Səhərlər günəşlənmək hansı xəstəliklərdən xilas edir? - Məşhur həkim izah etdi

Səhərlər günəşlənmək hansı xəstəliklərdən xilas edir? - Məşhur həkim izah etdiSəhərlər günəşlənmək daha faydalıdır, yoxsaa axşama doğru?
Bir çox mütəxəssis axşam günəş şüalarının zərər vermədən insan orqanizminə müəyyən faydalar verdiyini bildirirlər. Ancaq son illər səhərlər günəşlənməyin də inanılmaz təsirləri olduğu anlaşılıb.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, Dr. Ceykob Libermenin fikrincə, insan bədənindəki hər bir hüceyrənin düzgün işləməsi enerji mənbəyi olan işıqdan asılıdır. Günəş işığı son illər "düşmən" kimi qələmə verilsə də, doğru zamanda və tövsiyə edilən müddətdə günəşlənmə müalicəvi təsir edir. Həkim bildirir ki, bu baxımdan heç bir vitamin və ya qida əlavəsi günəş işığının xüsusiyyətləri ilə müqayisə edilə bilməz.
"Günəş işığı gözlərə daxil olduqda, "fotobiomodulyasiya" vasitəsilə bədəni istiqamətləndirir. Bu, işığın hüceyrə mitoxondriyaları ilə necə qarşılıqlı əlaqədə olduğunu göstərir. Səhərlər günəş işığı yuxusuz, yorğun hiss edən orqanizmi canlandırır, enerji verir.
Həmçinin serotonin və kortizol kimi vacib hormonların istehsalına kömək edir ki, bu da gündəlik işlərinizi yerinə yetirməyə imkan yaradır. Serotonin sirkadiyalı ritmlərimizi tənzimləyən melatoninlə əlaqəli olduğundan səhərlər qəbul edilən günəş vannası hər gecə bərpaedici yuxu rejimini təmin edir".
Həkimin sözlərinə görə, bir çox mütəxəssis mövsümi depressiyadan əziyyət çəkən insanlara işıq terapiyasını tövsiyə edir:
"Çox günəş işığı almayan soyuq iqlimlərdə yaşayan insanlara "işıq qutuları" adlanan parlaq, daxili işıqlar tövsiyə edilə bilər. Ancaq bu işıqlar günəş işığının faydalarını tam olaraq təmin edə bilməz. Özünüzü yorğun və ya halsız hiss edirsinizsə, hər gün ən azı 30 dəqiqə birbaşa günəş işığına məruz qalın. Səhərlər günəşlənməyə üstünlük verin, lakin bu alınmırsa, günorta saatları istisna olmaqla, digər vaxtlarda da günəş işığından yararlana bilərsiniz".
Doktor qeyd edir ki, səhərlər qəbul edilən günəş vannası təkcə psixi sağlamlığı gücləndirmir, həm də daha yaxşı yatmağa kömək edir.
"Həmçinin stress səviyyələrini və görmə kimi fiziki sağlamlıq problemlərini yaxşılaşdırır. Tədqiqatlar göstərir ki, günəş işığının olmaması miyopiya və ya yaxından görmə riskini artıra bilər.
Günəş işığı bədəndə ağ qan hüceyrələrinin istehsalını artırmağa kömək edərək infeksiyaların və bakteriyaların da qarşısını alır.
Səhərlər günəş işığına məruz qalmaq ürək sağlamlığını da yaxşılaşdıra bilər, çünki qan təzyiqini aşağı saldığı sübut edilmiş nitrik oksidin sərbəst buraxılmasına səbəb olur.
Kolorektal, prostat, döş xərçəngi kimi bəzi xərçəng növlərinin riskini azaldır.
Elm adamları artan D vitamininin, güclənən immunitet sisteminin və sirkadiyalı ritm modulyasiyasının xərçəng riskini azaltmaqda rol oynadığını aşkar ediblər.
Əgər arıqlamağa çalışırsınızsa, yenə atmalı olduğunuz ilk addım səhər saatlarında günəş işığından faydalanmağı vərdiş halına gətirməkdir. Araşdırmalar günəş işığının daha az çəki ilə əlaqəli olduğunu üzə çıxarıb. Başqa bir araşdırma kök qadınlarda üç həftə ərzində ən azı 45 dəqiqə səhərlər günəş işığına məruz qalmanın bədən yağının və iştahın azalmasına səbəb olduğunu göstərib".
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1096   Tarix: 31 may 2024
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

gelinlikler geyim dəbləri yay kolleksiyasi buga burcu 2026 gavali haqqinda paltar olmaq məlhəmlər kosmetika laylalar hakisda novruz bayramına aid bakışta xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır gulmeli hakista