Şəhid atası FƏRYAD ELƏDİ: "Mən balamı istəyirəm..."-FOTOLAR

Bu gün xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi Ümumxalq Hüzn günü kimi geniş qeyd edilir. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsinə daxil olmuş qanlı 20 Yanvar faciəsinin 27-ci ildönümünü anılır. Hər il olduğu kimi bu il də Azərbaycan ictimaiyyəti 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir.

Kimisinin əlində qərənfillər, kimisi əliboş da olsa şəhidlərimizi yad etməyə gəlmişdi. Adam çox idi… Hər kəs addım-addım məzarları ziyarət edir, gül qoyub irəliyə doğru gedirdi. Böyüklərlə yanaşı, çoxlu sayda uşaqlar da var idi. Bütün məzarlar qərənfillərə bürünmüşdü. Sanki, hər tərəf qan içində idi. Yer-göy qan ağlayırdı. O gün bu gün idi… Və düşünürsən ki, tarix yenidən təkrarlanır, 27 il olsa da, sanki bu gün baş verib faciə. Unudulmayan bir tarix…

Hər kəsin üzündə bir kədər vardı. O kədər ki, onu ifadə etməyə belə çətinlik çəkirsən. Dil susur, gözlərdən kədər yağır.
Addımladıqca bir məzara sarılan və uca səslə ağı deyən qadını gördüm. Pis oldum və dayanıb bir neçə dəqiqə ona kənardan baxdım. Əvvəlcə yaxınlaşmağa çəkindim. Ancaq yaxınlaşdım:

– Allah rəhmət eləsin!

Bəsirə xanımın gözyaşlarını silib, buz kimi əllərini sıxıram. O, 27 ildir qardaş yolu gözlədiyini deyir:

– Biz Astarada yaşayırdıq. Qardaşım Bakıya işləməyə gəlmişdi. 32 yaşında tankın gülləsinə tuş gəlib, para-para oldu (hönkürtü ilə ağlayır). Qardaşım burda şəhid oldu. Həmin gecə elə bil içimizdə bir narahatçılıq vardı, hamımız evin içində o yan-bu yana vurnuxurduq. O vaxt da əlaqə yaratmaq üçün mobil telefon yox idi. Yatmadıq səhərə kimi, çox narahat idik. Çünki Bakıda baş verən hadisədən xəbərimiz vardı. Səhərə yaxın idi bizə vay xəbər gəldi ki, Çingiz (şəhid Əliyev Çingiz – red.) şəhid olub. Rəhmətlik atam başılovlu evdən çıxıb, Bakıya gəldi.

Hər il gəlirəm bura… qardaşımı yad etməyə. Deməsin ki, bacım məni unudub, etibarsızdır. Mayın 5-də də gəlirəm: onun ad günündə. Qurban olum sizə, taqətim yoxdur danışmağa (ağlayır).

Bəsirə xanıma səbr diləyib, qardaşı ilə baş-başa buraxırıq. Yenidən asta-asta addımlayan insanlara qoşulub, ziyarətimizə davam edirik.

Şəhid Nəsibov Allahyar İsgəndər oğlunun qohumu Müzəffər Məmmədov məzar daşını silir və fatihə verməyə başlayır. Ona yaxınlaşırıq…

Üzündən kədər yağan Müzəffər kişi Allahyarın Bakıya gəlməsinə valideynlərinin etiraz etdiyini deyir:

– Allahyarı atası, anası Bakıya qoymurdu gəlməyə. Çünki onu əziyyətlə böyütmüşdülər. Ancaq o, heç kimi eşitmədi və gəldi rus gülləsinə tuşlandı. O, iki övlad atası idi. Hər il gəlib, onu ziyarət edirəm. Onu çox istəyirdim, dost kimi idik onunla. Çox heyf… (gözündən yaş axır).

Şəhidlərimizi ziyarət edən vətəndaşlardan birinə yaxınlaşırıq… Onun da üzündə kədər var idi. O, məzarları keçə-keçə bir-bir yanındakı balaca oğlana göstərir və onu məlumatlandırırdı.

Məlikova Məlahət həmin hadisə baş verən vaxtı 9 yaşı olduğunu deyir:

– (kövrəlir). Biz həyət evində yaşayırdıq. Həmin gün qorxumuzdan çölə də çıxa bilmirdik. O vaxt mənim 9 yaşım vardı. İndiyə kimi gözümün önündən həmin hadisə getmir. Bu gün də oğlumla gəlmişəm şəhidlərimizi ziyarət etməyə.

Xiyabanı ziyarət edən İranəsilli, Almaniyada yaşayan 60 yaşlı professor Ağabəy Azərbaycani 1990-cı il yanvarın 21-də Almaniyadakı səfirliyə getdiyini deyir:

– Onlardan soruşdum ki, bu nə məsələdir, Azərbaycanda 700 nəfərin üstündən tankla keçib, atəşə tutmusunuz. İcazə verin biz köməklik edək. Onlar bizi aldatdı. Dedilər ki, "heç nə olmayıb, ancaq sabah sizə viza verərik". Bu, dünyada görünməmiş bir faciədir.

Kənardan yaşlı bir kişinin uşaq arabası ilə uca səslə ağlaya-ağlaya "ay Fuad, qəhrəman balam, səsimə səs ver", deyirdi:

– Mən Fuadın babasıyam. Özü könüllü əsgər gedib. Onun ölüm xəbəri bizə qəfildən verildi. Kaş ki, mən öləydim, kaş… Fuadın barəsində hətta "Əzablı yollarda" adlı kitab da yazdılar. Ancaq balam yanımda deyil, mən balamı istəyirəm (hönkürtü ilə ağlayır).

Yeniçağ.az
Şəhid atası FƏRYAD ELƏDİ: "Mən balamı istəyirəm..."-FOTOLARŞəhid atası FƏRYAD ELƏDİ: "Mən balamı istəyirəm..."-FOTOLARŞəhid atası FƏRYAD ELƏDİ: "Mən balamı istəyirəm..."-FOTOLARŞəhid atası FƏRYAD ELƏDİ: "Mən balamı istəyirəm..."-FOTOLAR

Xəbərlər     Baxılıb: 1854   Tarix: 21 yanvar 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

turlar.az

həkim məsləhəti hamilelikde qidalanma geyim necə seçməli praktiki məsləhətlər şorbalar mayalanma saç kəsimləri kosmetika sekisler qizlar saglam qidalanma hakışdalar oxatan