SƏHİYYƏMİZDƏ NÖVBƏTİ BİABIRÇILIQ! 2 hamiləliyi yarımçıq qalan ana üçüncü körpəsi ilə birgə öldü

SƏHİYYƏMİZDƏ NÖVBƏTİ BİABIRÇILIQ! 2 hamiləliyi yarımçıq qalan ana üçüncü körpəsi ilə birgə öldüAğcabədi rayonunda doğuş zamanı baş verən ana və körpə ölümünün ilkin səbəbi məlum olub.
Qadinsayti.az xəbər ki, Ağcabədi Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, Qaraşova Təzəgül Əliş qızının ölümünə preeklampsiya və böyrək çatışmazlığı səbəb olub.

Xəstəxanaya çatdırılan 32 yaşlı qadın qeysəriyyə əməliyyatı ilə 2, 100 qram çəkidə qız uşağı dünyaya gətirib. T.Qaraşova əməliyyatdan sonra vəfat edib. 9 aylıq hamiləlik dövrü tamamlanmadığı üçün doğulan körpənin Sabirabad rayon Perinatal Mərkəzinə aparılmasına qərar verilib. Körpə mərkəzə aparılarkən yolda ölüb.

Ağcabədi MRX-dan onu da bildiriblər ki, bu, T.Qaraşovanın 3-cü hamiləliyi olub. Bundan əvvəl iki dəfə onun hamiləliyi vaxtından əvvəl başa çatdığı üçün körpələr ölüb.

Qeyd edək ki, hadisə ötən gecə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının Doğum evində baş verib.

Ağcabədi rayon Rəncbərlər kənd sakini, 1985-ci il təvəllüdlü Qaraşova Təzəgül Əliş qızı və onun dünyaya gətirdiyi körpə həyatını itirib.

Faktla bağlı rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

***

Azvision.az-a Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Azad Hüseynov bildirib ki, ana əməliyyatdan 6 gün sonra rəhmətə gedib:

"Biz Sabirabad Perinatal Mərkəzi ilə əlaqə saxladıq. Oradan bildirildi ki, xəstəni mərkəzə ağır vəziyyətdə gətirsək, yolda vəziyyəti pisləşə bilər. Bu səbəbdən xəstə təcili əməliyyata alındı. Qeysəriyyə əməliyyatından sonra uşaq Sabirabad Perinatal Mərkəzinə göndərildi, amma orada dünyasını dəyişdi. Ana isə əməliyyatdan 6 gün sonra rəhmətə getdi".

A.Hüseynovun sözlərinə görə, əməliyyatdan sonra ana sidiyə gedə bilmədiyindən vəziyyəti ağırlaşıb: "Bakıdan həkimlər çağırdıq. 6 gün reanimatoloji tədbirlər görüldü. Ancaq nəticəsi olmadı. Ananın bundan əvvəl iki dəfə hamiləliyində düşük olub. Onlar da böyrək problemi ilə bağlı olub. Hamiləlik zamanı ana müayinəyə mütəmadi getməyib. Dəfələrlə həkimlər evə gəlib, müraciət etsə də, müayinələrdən vaxtlı-vaxtında keçməyib".

Xəbərlər     Baxılıb: 2947   Tarix: 20 yanvar 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

kosmetoloq toy makiyaji sekilleri geyim və ayaqqabılar pirojna reseptləri buga burcu qadın və cəmiyyət fotoqaleriya kosmetika anabaci bayati arıqla sağlıq hakista