Şəkərsiz diabet. Əlamətləri və müalicəsi

Şəkərsiz diabet. Əlamətləri və müalicəsiŞəkərsiz diabet termini altında çox miqdarda durulaşmış sidik ifrazı ilə xarakterizə olunan xəstəliklər toplanıb.
Əksər hallarda həmin xəstəliklər antidiuretik hormonun istehsalı və ya təsirinin pozulması ilə əlaqədar olur.
Şəkərsiz diabet şəkərli diabetlə müqayisədə nadir hallarda rast gəlinən xəstəlikdir. Şəkərli diabet insulin çatışmazlığı və ya insulinə rezistentlik, qanda qlükoza səviyyəsinin yüksəlməsi səbəbindən susuzluq və sidik ifrazının artması ilə xarakterizə olunursa, şəkərsiz diabet zamanı yaranan poliuriyanın qanda qlükoza səviyyəsi ilə heç bir əlaqəsi olmur.
Orqanizmdə mayenin həcmini və onun tərkibini balanslaşdıran xüsusi sistemlər fəaliyyət göstərir. İlk növbədə böyrəklər mayenin artığını orqanizmdən xaric edir və sidik əmələ gətirir. Orqanizmə daxil olan suyun miqdarı azalanda, yaxud hədsiz tərləmə və ya ishal nəticəsində maye itkisi baş verəndə böyrəklər kompensator olaraq daha az sidik ifraz edir, bununla da maye balansını qorumuş olur.
Böyrəklərin maye balansını tənzimi funksiyası birbaşa hipotalamusun nəzarəti altındadır. Orqanizmin bütün endokrin sisteminin işini tənzimləyən hipotalamus, digər adı vazopressin olan antidiuretik hormon adlı maddə ifraz edir. Həmin hormonun böyrəklərə təsiri nəticəsində mayenin qan dövranına geri sorulması sürətlənir və əmələ gələn sidiyin sutkalıq miqdarı azalır. Vazopressinin daha bir təsir effekti qan damarlarını daraltmasıdır, lakin həmin mexanizm yalnız şok və ya qanaxma kimi kritik hallarda işə düşür.
Şəkərsiz diabetin dörd tipi ayırd edilir: mərkəzi şəkərsiz diabet; nefrogen şəkərsiz diabet; dipsogen şəkərsiz diabet; hestasion şəkərsiz diabet.
Əlamətləri
Xəstəliyin əsas əlaməti poliuriya - sidik ifrazının artmasıdır. Yüngül formalarda 2-2,5 litr, ağır hallarda isə 20 litrə qədər maye itkisi müşahidə edilir. Bunun nəticəsi olaraq susuzluq hissi yaranır və xəstə itirdiyi qədər maye qəbul etmək məcburiyyətində qalır. Gecə saatlarında çoxlu sidik əmələ gəldiyinə görə xəstənin bir neçə dəfə yuxudan oyanması gecə yuxusunun pozulmasına, ümumi halsızlıq və yorğunluğun yaranmasına səbəb olur. Vaxtında diaqnoz qoyulmadıqda və adekvat müalicə başlamadıqda xəstənin orqanizmi susuzlaşır, dərisi quruyur, çəki azalır, baş ağrıları yaranır, ağız suyu ifrazı azaldığına görə ağızda quruma və yaralar əmələ gəlir. Xəstədə arterial təzyiqin düşməsi və taxikardiyanın yaranması susuzlaşmanın ağırlaşması barədə xəbər verir. Susuzlaşma sinir sistemində də pozulmalara gətirib çıxarır. Xəstə ya çox oyanıq və aqressiv vəziyyətdə olur, ya da əzginlik, qızdırma, stupor, bəzən hətta komatoz vəziyyət inkişaf edir.
Diaqnoz
Şəkərsiz diabet diaqnozunun qoyulması üçün bəzi diaqnostik kriterilərdən istifadə olunur:
- sutka ərzində 3 litrdən artıq sidik ifrazı;
- normoqlikemiya;
- sidiyin nisbi sıxlığının 1005 vahiddən aşağı olması;
- sidiyin osmolyarlığının 300 mosm/kq-dən aşağı olması;
- böyrək patologiyasının, hiperkalsemiya və hipokalsemiyanın aşkar olunmaması;
- MRT-də hipotalamo-hipofizar bölgənin törəməsinin olmaması
Həmçinin xəstə quru qida testindən keçirilir. 8-12 saat ərzində xəstəyə maye verilmir. Əgər nəticədə sidiyin nisbi sıxlığı və osmolyarlığı artmır və bədən kütləsi 5 faizdən çox azalırsa, şəkərsiz diabet diaqnozu təsdiqlənir.
Müalicə
Mərkəzi tipli şəkərli diabet daha ciddi formasıdır və hipotalamo-hipofizar sahənin zədələnməsi nəticəsində inkişaf edir. Onun səbəbi onkoloji proses, kəllə-beyin travmaları, infeksion xəstəliklər, meninqoensefalitlər, beyin damarlarının anevrizmaları, neyrocərrahi əməliyyatlar və ya genetik defektlər olur. Patologiyanın həmin növünün müalicəsi üçün antidiuretik hormonun sintetik analoqu olan desmopressinlə əvəzedici terapiya təyin olunur.
Nefrogen şəkərsiz diabet böyrəklərin antidiuretik hormona qarşı həssaslığının itməsi nəticəsində yaranr və onun səbəbi bəzi dərman maddələri, məsələn, litium preparatları, böyrəklərin polikistozu, oraqvari hüceyrə anemiyası, xroniki böyrək çatışmazlığı və ya genetik pozulmalar ola bilir. Nefrogen şəkərsiz diabetin müalicəsində sidikqovucular, qeyri-steroid iltihab əleyhinə preparatlar təyin olunur və qəbul edilən qidada xörək duzunun miqdarı azaldılır.
Bəzi hallarda mərkəzi tiplə nefrogen şəkərsiz diabeti ayırmaq üçün desmopressinlə sınaq müalicə aparılır və həmin preparat nefrogen tipdə səmərəsiz olur.
Dipsogen şəkərsiz diabet hipotalamusda yerləşən susuzluq mərkəzinin anadangəlmə qüsuru və ya zədələnməsi nəticəsində yaranır. Zədələnmə anomal susuzluq hissinin yaranması və xəstənin hədsiz miqdarda çoxlu maye qəbul etməsi ilə nəticələnir. Çoxlu su qəbulu qanda vazopressinin səviyyəsinin yüksəlməsinə və sidik idrazının artmasına səbəb olur. Dipsogen diabet əksər hallarda psixi pozulmalarla müşayiət olunduğundan onun adekvat müalicəsi müəyyən olunmayıb.
Hestasion şəkərsiz diabet hamiləlik zamanı yaranır, bu zaman plasenta fermentləri ananın qanında olan antidiuretik hotmonu parçalayır. Patologiya adətən III trimestrdə baş verir və doğuşdan sonra spontan olaraq keçir. Hamiləlik müddətində desmopressin preparatlardan istifadə olunur.
Xalq təbabəti reseptləri
- Mərkəzi tipli şəkərsiz diabet xəstəliyində hormonoterapiya ilə yanaşı adı noxud unu qəbul edilir. Noxud unu qlütamin turşusu ilə zəngin olduğuna görə sinir hüceyrələrində mübadilə proseslərini sürətləndirir, neyronların hipoksiyaya davamlılığını artırır, neyronlararası əlaqəni və beynin funksional vəziyyətini yaxşılaşdırır. Gündə 3-4 dəfə 1 çay qaşığı noxud unu yeməkdən əvvəl qəbul edilir.
- Nefrogen şəkərsiz diabet zamanı böyrəklərdə olan iltihabı azaltmaq, filtrasiyanı yaxşılaşdırmaq və bədəndə maye toplanmasının qarşısını almaq üçün 2 filtr-bağlama Urotea çayı 1 stəkan qaynar suda dəmlənir və gündə 2-3 dəfə yeməkdən sonra qəbul edilir.
- Eyni məqsədlə hərəsindən 1 xörək qaşığı ayıqulağı yarpaqları, tozağacı yarpaqları və çöl qatırquyruğu otu 2 stəkan qaynar suda dəmlənir, soyuyandan sonra süzülür və gün ərzində 3 dəfəyə içilir.
- Sinir oyanıqlığını azaltmaq və yuxunu tənzimləmək üçün gündə 2-3 dəfə Sedativ çayın dəmləməsi və ya Nat-Sedativ kapsulu qəbul edilir.
- Neyroendokrin sistemin funksional aktivliyini tənzimləmək üçün arı məhsullarından istifadə olunur. Müalicəyə 200 qram balla 10 qram çiçək tozunun qarışından başlamaq tövsiyə olunur. Qarışıq 7-10 gün 2 çay qaşığı qəbul olunur, sonrakı günlər qarışığın miqdarı 5 çay qaşığına qədər artırılır və arı südü ilə birlikdə istifadə olunur.
Mənbə: Herba Flora jurnalı
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1239   Tarix: 24 dekabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

gelinlikler aksessuarlar toy gecesi boşanmalar moda xəbərləri badimcan murebbesi hazirlanmasi xına bəzəkləri kosmetika insan gulmeli hakista hakışdalar dieta uşaq nece olur