Seksoloq: Cütlüklərə həftədə 3-4 dəfə cinsi əlaqəni tövsiyə edirik - MÜSAHİBƏ

Müxtəlif ölkələrdə mütəxəssislər ailələrin seksual münasibətləri üzərinə araşdırmalar aparırlar. Araşdırmaların nəticələrinə görə, xarici ölkələrdən qadın və kişilərin az hissəsi - əhali sayına görə 5-6 faizi seksual həyatdan narazı qalırlar. Bunun səbəbi isə həmin ölkələrdə seks anlayışının normal formalaşmasıdır.

Azərbaycanda isə ailələrdə arvadın öz ərindən utanması, seksual həyatları bir kənara, ixtisas olaraq seksologiya belə normal inkişaf etməyib. Cəmiyyət bunu qəbul etmək istəmir və xəstəliyi olan insanlar müalicə üçün müraciət etmir.

Bu səbəbdən hər gün ailələrdə xəyanət, atanın öz qızını cinsi istismar etməsi, qardaşın bacını zorlaması kimi xoş olmayan hadisələrin şahidi oluruq. Bəs bunun səbəbi nədir? Niyə xəyanətlərin sayı artıb? Cəmiyyətdə insanları narahat edən seksual pozuntuları olan şəxslər niyə Həkimə müraciət etmir? Azyaşlı uşaqları pedofillərdən necə qorumaq olar? Ümumiyyətlə, cütlüklər arasında seksual münasibətlər necə olmalıdır?

Oxu.Az-ın bu və digər suallarını isə klinik psixoloq-seksoloq Təhmasib Cavadzadə cavablandırıb:

- Əvvəlcə seksologiya haqqında qısa məlumat verərdiniz. Bu profilə hansı problemlər daxildir?

Seksoloq: Cütlüklərə həftədə 3-4 dəfə cinsi əlaqəni tövsiyə edirik - MÜSAHİBƏ- İlk olaraq onu demək istərdim ki, XXI əsrdə yaşamağımıza baxmayaraq, bu sahə hələ də Azərbaycanda normal inkişaf etməyib. Eyni zamanda, cəmiyyət tərəfindən də digər ixtisaslar kimi qəbul edilməyib. Mən Tehranda Əllamə Təbatəbai adına dövlət universitetində təhsil almışam. Həmin zamanlar "Tehran Sex Clinic" adlı mərkəzdə çalışırdım, amma sonra adını dəyişdirib "İran Sex İnstitute" qoydular.

Hazırda həmin mərkəzin Azərbaycanda koordinatoruyam. Bu gün də bu profilin adlandırılmasında çətinlik çəkirəm. Seksoloq deyəndə həkimlər deyir, "Sən tibb üzrə təhsil almısan, niyə özünə seksoloq deyirsən?", seksterapevt deyəndə "Profil olaraq terapevt deyilsən, niyə özünü elə təqdim edirsən?" deyib irad tuturlar. İngilis dilində bu profil "Sex Theraphy" gedir və bir çox ölkələrdə bu profildə çalışan psixoloqları seksoloq adlandırırlar.

Seksologiya psixogen mənşəli cinsi problemlərin müalicəsini əhatə edir, fiziogen yox. Seksologiyaya insanın psixo-cinsi inkişafı, yəni onun cinsiyyəti, cinsi kimliyi, cinsi orientasiyası, cinsi rolu və cinsi davranışlarından bəhs edir. Sadaladığım bölmələrin birini cinsi davranışlarda cinsi disfunksiyalar və parafiliyaları (anormal cinsi davranışlar) əhatə edir.

Bu pozuntuların əhatə etdiyi problemlərə - hər iki cinsə aid edilə biləcək cinsi disfunksiyalar var. Cinsi əlaqədə (yəni qarşılıqlı cinsi əlaqə və ya tək cinsi akt zamanı (masturbasiya zamanı) müşahidə edilən zəiflik, cinsi ehtirassızlıq, istəksizlik, fobiya, orqazm ola bilməmək və s. daxildir. Qadınlarda vaginizm, kişilərdə isə elektil cinsi disfuksiya (cinsi orqanın bərkiməsi), tez boşalma və gec boşalma problemi və s. daxildir.

- Azərbaycanda ən çox hansı problemlə bağlı müraciət edirlər?

- Kişilərdə daha çox rast gəlinən erkən boşalma və ereksiya, qadınlarda isə vaginizmdir.

- Bəs bu kimi problemlər qarşı tərəfə nə kimi təsir edir?

- Belə izah edim ki, misal olaraq əgər cinsi münasibətdə olan iki nəfərdən birində vaginizm xəstəliyi müşahidə edilirsə, bir neçə müddətdən sonra artıq qarşı tərəfdə cinsi istəksizlik yarada bilir. Əslind, bu pozuntular insanların özündən asılı olmur. Həyəcan, qorxu, stress nəticəsində cinsi orqan ətrafındakı əzələlər gərilir və vaginizm dediyimiz pozuntu ortaya çıxır.

Vaginizmdən əziyyət çəkən qadınlar, əslində, seks istəyir, sadəcə olaraq, müəyyən travmalardan və fobiyalardan dolayı istədikləri cinsi əlaqəyə girə bilmirlər. Seks istəmədikləri halda, bu artıq başqa problemə - aseksuallığa tərəf irəlləyir.

- Bəzən eşidirik ki, insanlar pedofiliya kimi anormal cinsi davranışlara yol verirlər. Bu, xəstəlik hesab edilirmi?

- Bəli, bunlar fetişizm, pedofiliya, vuayerizm (digər insanların cinsi əlaqəsini gizli izləmək), eksqibinizim (cəmiyət içərisində bədənini açmaq), frotterizm (avtobus ya metrolarda insanlara sürtünərək cinsi ehtiras yaratmaq), sadomazoxizmdir. Maraqlı məqam budur ki, biz bu insanlara parafiliyaya yol verdiklərini, bunun bir pozuntu, problem olduğunu onların özünə sübut edə bilmirik.

Onlar heç vaxt bununla bağlı mütəxəssisə müraciət etmirlər. Çünki psixoloji olaraq bunu özlərində pozuntu hesab etmirlər. Bu etdikləri anormal cinsi hərəkətlər onları bezdirəndə və həyatlarını iflic etdikdə mütəxəssisə müraciət edirlər.

Misal olaraq, sadizmlə məşğul olan şəxs öz mazoxist partnyoruna qarşı artıq sadistik davranışlar etmədikdə partnyoru şikayət olaraq mütəxəssisə müraciət edir ki, partnyorum artıq mənə qarşı əvvəlki hərəkətləri etmir. Sadomazoxist olduqları üçün bu davranış onlar üçün nornaldır. Əlbəttə, bu davranışlar uşaqlıqda baş verən travmaların nəticələridir.

- Cinsi problemlərin müalicəsi necə aparılır?

- Biz seksoloqlar cinsi psixoterapiyalar zamanı dərman preparatlarından istifadə etmirik. Ümumiyyətlə, psixoloqların dərman preparatlarını təyin etmə hüququ yoxdur. Gəlin, ardıcıllıqla danışım, daha aydın olsun. Bizə müraciət edən pasiyentlər ilə kliniki müayinə aparılır. Daha sonra test üsulu ilə yoxlama təşkil edilir.

Əvvəlcə onlardan bütün problemləri olduğu kimi danışmalarını tələb edirik. Sona qədər dinlədikdən sonra onlara fərdi şəkildə verilən suallar əsasında hansı problemdən əziyyət çəkdiklərini aydınlaşdırmağa çalışırıq. Seksual problemlərin müalicə prosesi olduqca ağır və incə prosesdir. Xüsusilə anormal seksual davranışların müalicəsi çətin prosesdir. Çünki burda birbaşa insanın həzz almasından söhbət gedir. İnsan həzz aldığı şeylərdən isə asanlıqla əl çəkə bilmir. Problem və səbəbi tam aydınlaşdıqdan sonra isə hər pasiyentə uyğun individual cinsi psixoterapiya proqramı qururam və tətbiq edirəm.

- Ümumiyyətlə, seksual asılılıq insana nə kimi mənfi təsir edə bilir?
- Ümumiyyətlə, hər hansı bir asılılıq normal hal deyil. Normadan artıq olan hər şey özü ilə bərabər problem gətirir. Seksual fetişizm və ya masturbasiya zamanı asılılıq daha tez-tez müşahidə edilir. Bu, artıq o dərəcəyə çatır ki, insan gün ərzində 10-15 dəfə masturbasiya edir. Hətta özünə bunu borc bilir. Təbii olaraq, bu asılılıq insanın həm işinə, həm də gündəlik həyatına mane olur. Psixoloji olaraq o hər şeydən təcrid olunur və bütün fikrini həzzə kökləyir, artıq elə həddə çatır ki, həzzdən çox əziyyət çəkir.

Və ya çox zaman kişilərdə rast gəldiyimiz fetişizmi götürək. Kişilər hündürdaban ayaqqabıya, müəyyən növ corablara baxaraq özlərini ehtiraslandırırlar. Bunu kişilərdə daha çox qadınlar müşahidə edir. Praktikamda olub ki, qadın hündürdaban ayaqqabı geyinmədiyi zaman kişinin onu saymadığını, ona yaxın getmədiyini deyib. Bu da seksual asılılıqdır.

Transvestit fetişizm hər iki cinsin nümayəndəsində müşahidə edilir. Amma daha çox oğlanlarda rast gəlinir. Qarşı cinsin paltarında cinsi əlaqəyə girmək. Bəzən cütlüklər bunu fantaziya kimi qiymətləndirir, lakin bu, davamlı olaraq olsa, artıq seksual pozuntu sayılır. Bu, xüsusilə gənc yaşlarda masturbasiya zamanı oğlanların özünü qadın geyimləri ilə ehtirasa gətirməsi ilə meydana gələn problemdir, sonradan asılılıq halına gəlir.

Bu tip və ya digər anormal cinsi davranışların hər biri - uşaq və yetkin yaşlarından alınan travmalar, ilk cinsi münasibət zamanı yaşanan uğursuz hallar onların yaddaşında elə həkk olur.

- Pornoqrafik filmlər?

- Bəli, bu da səbəb ola bilər. Bunun müsbət və mənfi tərəfləri var. Təəssüf ki, psixoloji cəhətdən zəif olan insanlara bu məzmunlu görüntülər pis təsir edir və asılılıq halı yarada bilir.

- Bəs cinsi disfunksiya problemlərinin müalicəsi varmı?

- Əlbəttə, var. Sadəcə olaraq, bizim əhali arasında bu pozuntuları heç kim ciddi qəbul etmir və vaxtında mütəxəssisə müraciət etmirlər. Bəzən elə hallar olur ki, 5-6 il sonra cütlüyün uşaqları olmur. Ailədən kimsə onları həkimə müraciət etməyə məcbur edir, nəticədə, məlum olur ki, tərəflərdən heç biri artıq cinsi əlaqəyə girmək istəmir. Onlarda cinsi disfunksiya olur.

- Ailə yaxınlarının bu cür problemi bilməsi müalicə perioduna mənfi təsir etmir?

- Əslində, çox yaxşı məqama toxunursunuz. Bu problem psixoloji olaraq həmin şəxslərə əlavə təzyiqdir. Bəzən görürəm ki, dayı, əmi, bibi, xala, ana, ata - hamısı qoşulub gəlib klinikaya. Misal olaraq qadında vaginizm problemi var, anası, atası, qayınana, qayınata, dayısı, əmisi düşüb qabağa gətirir.

Bu, adi boğaz ağrısı xəstəliyi deyil axı. Qətiyyən düzgün deyil. Ananı, qayınananı başa düşmək olar. Amma tövsiyə edirəm ki, xəstələr ailə içi və iki nəfərin arasında olan məsələni belə ictimailəşdirməsinlər. Bu, müalicə zamanı onların özlərinə mənfi təsir edir və daim pasiyenti stressdə saxlayır.

- Rayon yerlərində hələ də mentalitetin tələbi olan yengə problemi. Necə düşünürsünüz, buna ehtiyac var?

- Artıq paytaxtda bu kimi adətlərin qalmadığına ümid edirəm. Çünki yengə məsələsi olduqca ciddi travma yarada bilər. Bu, kişilərin, eləcə də, qızların psixologiyasına çox daha ağır zərbədir. Rayon, kənd yerlərində hələ də toy olan kimi, bütün kənd camaatı sabah səhər gələcək xəbəri gözləyir. Bu kimi məqamlar qarşı tərəfə mənfi təsir edir və insan cinsi həyatına travma ilə başlaya bilər. Bu da kişilərdə erektil disfunksiya və qadınlarda vaginizmin başlanğıcı ola bilər. Psixoloji cəhətdən zəif insanlar bu prosesdən sonra ciddi travma ala bilər.

- Homoseksuallıq sağalan "xəstəlik"dir? Ümumiyyətlə, orientasiya problemi xəstəlikdir, yoxsa seçim?

- Homoseksuallıq orientasiyaya aiddir və cinsi orientasiyalar pozuntu sayılmır. Yəni heteroseksual, homoseksual və biseksual orientasiyaların heç biri psixoloji pozuntu, ya xəstəlik sayılmır. Amma bu məsələdə ilk olaraq psixoloji yoxlanış aparılır. Sübut olunduqdan sonra ki həmin adam homoseksualdır, daha sonra onun dərəcəsi müəyyənləşdirilir.

Müalicə ilə müəyyən dərəcədə dəyişiklik etmək olur. Lakin əvvəlcə nəzərə alırıq ki, onların belə qalması yaxşıdır, yoxsa heteroseksuala (əks cinsə qarşı cinsi meylin olması) çevirmək olar. Çox vaxt klassik homoseksualları elə olduğu kimi saxlayırıq. Klassik homoseksual, yəni heç bir travma və seksual təcrübə olmadan insanın seksual fanraziya və cinsi istəyinin öz cinsinə qarşı olmasıdır. Çünki onu müalicə etmək mümkün deyil.

Biz onları aldada bilmərik ki, sən nə vaxtsa düzələcəksən və heteroseksual orientasiyaya sahib olacaqsan. Biseksuallar (həm öz, həm də qarşı cinsin nümayəndəsinə cinsi meylin olması), lezbiyanlar (qadın homoseksuallığı), geylər (kişi homoseksuallığı) - bu insanların özlərindən asılı olmayan prosesdir. Bəzən seçim deyirlər, insanları təcrid edirlər. İnsaniyyət cəhətdən onların heteroseksuallardan heç bir fərqləri yoxdur.

Əksinə, biz Tehranda bu istiqamətdə araşdırma aparmışdıq. İnsani keyfiyyətlərinə, İQ səviyyəsinə, yəni emosionallıq baxımından homoseksuallar heteroseksuallardan kifayət qədər fərqli və yüksək nəticələr əldə etmişdilər. Bunu normal qəbul etməyən insanlar var, lakin tibb və elm homoseksualları normal şəkildə qəbul edir. Ola bilər homoseksuallar davranışlarında bir qədər qadınları xatırladır, oğlanlara "padxod" etməyə çalışır və s. Amma onlar cəmiyyətdə az olduqları üçün bu vəziyyət tez gözə dəyir.

- Bu problemlər uşaq yaşlarından yaranır?

- Bəli. Bu problemlər məhz uşaq yaşlarından yaranır. Hər bir uşaq beş yaşına kimi bilməlidir ki, o oğlandır, yoxsa qız. Bunu şüurlu şəkildə dərk etməlidir. Əgər bunu dərk edə bilmirsə, artıq onda seksual pozuntu var deməkdir. Bu, artıq cinsi kimlik pozuntusuna aparan yol ola bilər. Bəzən valideynlər buna fikir vermir. Cinsi kimliyin formalaşması önəmlidir. Hərdən valideynlər bunu özü edir. Praktikamda çox olub ki, ana öz oğlunu götürüb gəlib ki, bəs özünü qız kimi aparır.

Söhbət edən zaman məlum olub ki, ata işdə olub. Qadın özü hara gedib, oğlunu da aparıb. Uşaqlıqda oğluna qız paltarları geyindirib. Qadınların içərisində böyüyüb və bu uşaq davranışda qadına bənzəyən oğlan olub. Bunu bəzən homoseksualla səhv salırlar. Burda cinsi rol pozulub. Soruşanda da deyirlər ki, mən bilmirdim, belə olar. Ola bilər ki, cinsi orientasiyasında pozuntu olmasın. Əks cinsin nümayəndələrinə meyilli olsun. Amma hərəkətlərində artıq kişi hərəkətləri müşahidə edilmir.

Bəzən də analar azyaşlı uşaqlarının yanında soyunurlar. Bu, çox ciddi problemdir. Üç yaşından sonra uşaq cinsi dərk edir. Nə olsun ki cinsi istəyi formalaşmayıb? Bütün bunlar uşaqların gələcəkdə seksual pozuntuların yaranmasına səbəb olur.

- Bu sadaladığınız məqamları transseksuallara aid etmək olar?
- Xeyr. Transseksuallıq orientasiya deyil, o, cinsi kimlik bəhsinə aiddir. Bu, pozuntu sayılır. Onun müalicəsi ya psixoterapiya aparıb öz cinsindən razı salmaqdır və ya cinsini dəyişməkdir. Çünki transseksuallar artıq öz bədənindən razı olmayıb, bunu seçim edərək dəyişənlərdir. Bəzən qadın geyimi ilə gəzən, lakin kişi bədəninə sahib insanlara da transseksual deyirlər. Amma onlar tam olaraq transvistit adlandırılır.

Tehranda transseksualları məcburi şəkildə iki illik müalicəyə cəlb edirlər. Bunun səbəbi isə odur ki, cinsini dəyişmək istəyən şəxs ani verilən qərardan sonra peşman ola bilər. Çünki cinsini dəyişib, bununla yaşaya bilməyib intihar edən şəxslər az olmayıb. Həkim psixiatrlar və klinik psixoloqlar bu iki il ərzində onları ciddi müşahidə edirlər. Qeyd edim ki, iki il həmin şəxslər əks cinsin paltarında gəzməli və onların həyat tərzi ilə yaşamalıdır.

Məsələn, bir kişi cinsini dəyişmək istəyirsə, iki il müddətinə yalnız qadın geyimlərində, qadınların həyat tərzi ilə yaşamalıdır. Cəmiyyətdə qadın və kişi olmağın nə demək olmasını bu üsulla insanlara izah edirlər. Bizim Tehrandakı klinikamızın həkiminin dediyinə görə, 700-dən çox cinsiyyətin dəyişdirilməsi əməliyyatını aparmışdı.

- Dünya ölkələri arasında cinsiyyət dəyişdirilmə əməliyyatı üzrə ilk pillələrdə yer alan hansıdır?

- Bu məsələdə Tailand birinci yerdədir. Onlar cinsiyyətini çox dəyişir. İki, ya üçüncü yerdə İran qərarlaşır. İranlılar da cinsiyyətini dəyişməkdən çəkinmirlər. İran İslam Respublikası olmasına baxmayaraq, dində cinsin dəyişdirilməsinin günah olması barəsində müəyyən bir sübut yoxdur. İranda bu şəxslər qəbul edilir. Hətta onların şəxsiyyət vəsiqələri də dəyişdirilərək əks cinsin vəsiqələri ilə əvəz edilir. Həmin şəxslər hicab örtərək, bütün qaydalara əməl edərək yaşayırlar.

Bu, qəti problem olmur, çünki onlar onsuz da qadın kimi yaşamağı arzulayırlar. Lakin homoseksuallıq İranda cinayət sayılır və edam hökmü var. İran psixiatrları homoseksualları edam hökmündən yayındırmaq üçün homoseksualığı psixi xəstəliklər siyahısında saxlayıblar.

- Praktikanızda hansı maraqlı hadisəni bölüşə bilərsiniz?

- Əslində, pasiyentlərim haqqında danışmağı sevmirəm. Çünki bu, etik deyil. Üstəlik, onlar çox həssas olurlar və oxuduqları bənzər məlumatları özlərinə qəbul edə bilirlər. Amma bizim Tehranda tanıdığımız bir nəfər vardı, o, həyat hekayəsini motivasiya kimi bölüşürdü. Kişi olaraq dünyaya gəlsə də, həyatına qadın kimi davam edirdi. Əsgərlik çəkmişdi. Daha sonra cinsiyyətini dəyişmək qərarına gəlmişdi. Hətta çox gözəl qadın olmuşdu deyə bilərəm. Bir dəfə müsahibələrindən birində danışmışdı ki, ona nişan gələndə atası səhvən deyib ki, qızımız əsgərlik də çəkib.

Oğlan evi də məsələni bilmirmiş, elə gəldikləri kimi də durub gediblər. Amma sonra fikirlərini dəyişib yenidən elçi gəlirlər və qızı alırlar. Yəni transseksualların hamısı bunu biznes üçün etmir. Normal həyat tərzinə davam etmək istəyənlər də var. Təbii ki, cinsiyyət tam dəyişir. Kişi cinsiyyət orqanı çıxarılır və müəyyən əzələlərdən süni qadın cinsiyyət orqanı düzəldilir (və ya əksinə, süni kişi cinsiyyət orqanı). Lakin onlar normal kişi və ya qadın orqanizminin yerinə yetirdiyi funksiyaları yerinə yetirə bilmirlər. Hər şey beyində başlayır və beyində bitir. Onlar, əsasən, psixoloji həzz alır.

- İkili cinsiyyət orqanı ilə doğulan insanlar var. Bu zaman sizə müraciət ediləndə müalicə məsələsi necə olur?
- Biz ona elmi dildə hermofrodit deyirik. On mində bir nəfərdə rast gəlinir. Nadir haldır. Onlarda həm qadın cinsiyyət orqanı var, həm də kişi. Bu, uşaq yaşlarından müalicə olunmalıdır. Bəzən gözləyirlər, müəyyən yaşa çatsın. Artıq onda da psixoloji travma yaranır. O, artıq bilmir ki, qızdır, yoxsa oğlan. Həkimlər hormonları yoxlayır və hansı cinsi orqan daha çox inkişaf edibsə, onu saxlayıb digərini cərrahi üsulla götürürlər. Müəyyən yaş, əlbəttə ki, lazımdır ki, orqanizm inkişaf etsin.

- Bəs normal cütlüklər arasında cinsi əlaqə üçün limit varmı?

- Cinsi münasibətlərdə limit yoxdur. Sadəcə olaraq bu insanın rutin həyatına mane olmursa, orqanizmə heç bir ziyanı yoxdur. Seksoloq məsləhətinə qaldıqda, biz cütlüklərə həftə ərzində 3-4 dəfə cinsi əlaqəni tövsiyə edirik. Tibbi cəhətdən bu orqanizmin seksual ehtiyaclarını tam olaraq qarşılayır. Lakin insanların seksual istəkləri də fərqli olduğu üçün həftədə 3-4 dəfə cinsi münasibəti çox sayanlar da olur, az hesab edənlər də. Başqa bir məqam seks asılılığıdır. Bu, artıq müntəzəm olaraq cinsi əlaqəyə meyil deməkdir ki, bu da cinsi pozuntuya aparır.

- Bütün bu problemlər yalnız kişilərə aiddir, yoxsa qadınlara da şamil edilə bilər?

- Bu, hər iki cinsin nümayəndəsinə şamil edilə bilər. Bəzən kişilərlə yanaşı, qadınlarda da cinsi istəklər normadan artıq olur.

- Bəzən insanlar həyat yoldaşlarını bürclərə görə seçir. Belə bir fərziyyələrin əsası varmı?

- Əlbəttə ki, yox. Bu problemlər, sadəcə olaraq, insanlar arasında şəxsiyyət tiplərinə uyğun olaraq aparılır. İnsanlar arasında cəmi 10 şəxsiyyət tipi var. Onların hər birinin fərqli cinsi istəkləri var. Əsasən "A", "B", "C" qrupu olmaqla, üç yerə ayrılır. "A" qrupuna daxil olan insanların cinsi istəkləri orta, "B" qrupuna daxil olan insanların cinsi istəkləri daha çox, "C" qrupuna daxil olan insanların isə cinsi istəkləri olduqca orta-zəif olurlar.

- Cəmiyyəti narahat edən əsas məqamlardan biri də azyaşlıların zorlanması, atanın qızına, qardaşın bacısına təcavüz etməsinə dair xəbərlərdir.

- Bilirsiniz, əslində, onlar bunu özləri seçmir. Özlərini də xəstə hesab etmirlər. Tez-tez eşidirik ki, azyaşı uşaqlar zorlandı, valideyn öz övladına təcavüz etdi. Bunlar hər biri pedofiliya əlamətidir. Onlar nə vaxtsa uşaq vaxtlarında təcavüzə uğramış və bunun travması ilə böyüyən şəxslərdir. Müşahidə etsəniz, onlar öz hədəflərini seçərkən beş yaş fərqə diqqət edirlər.

Məsələn, pedofilin 20 yaşı varsa, o, özünə 15 yaşında uşaq seçəcək. Pedofillər, əsasən, seçdikləri qurbanlarla daimi münasibət saxlasa da, 18 yaşı olandan sonra onu atır və başqa birini axtarırlar. Əslində, onlar uşaqları şirin dillə ələ alırlar. Pedofiliya psixoloji pozuntudan əlavə, həm də birbaşa cinayətdir. Və təəssüf ki, pedofillərin heç biri sağalmır. Onlar həbsə düşüb çıxdıqdan sonra belə, öz əməllərini davam etdirirlər.

- Yazını oxuyanları təlaşlandırdınız. Bəs bu kimi hallardan uşaqları necə müdafiə etmək olar?

- Təlaşlanmalı bir məqam yoxdur. Bu, tək Azərbaycanda deyil. Amerikada pedofillər daha çoxdur və mübarizə üsulu da var. Bizdə valideynlər azyaşlı uşaqlarla küçəyə çıxanda, kimsə uşaqları əzizləyəndə, öpəndə bunu nazlama və tərif kimi qəbul edə bilər. Buna şərait yaradırlar və uşaq da yad insanın ona toxunmasının icazəli olduğunu sana bilər. Əslində, bu olmaz.

Amerikada siz heç kimin uşağını əzizləyə, toxuna bilməzsiniz. Eyni zamanda, Avropa ölkələrində əgər hər hansı küçədə daha əvvəl pedofilliklə həbs edilən şəxs yaşayırsa, ərazidə hər kəsə bu barədə məlumat verilir. Bildirilir ki, sizin qonşular arasında pedofil var, uşaqlarınıza diqqət edin. Azərbaycanda da valideynlər övladlarına qarşı bir az diqqətli olmalıdırlar.

Uşaqlar cinsi tərbiyə almalıdır. Uşaqlara izah edilməlidir ki, küçədə yad insanlarla ünsiyyətə girmək olmaz. Onlardan heç nə qəbul etmək olmaz. Cinsi orqana yalnız həkim və ya valideyn zərurət olan halda baxa bilər və s. Adətən, cinsi zorakılığa məruz qalanlar və ya pedofillərin qurbanı 8-14 yaş arası olur.

- Təəssüf ki, sizin profilə daxil olan problemlər insanları xəyanətə sürükləyir və ailələr dağılır.
- Baxın, bu xəyanət məsələsinə yanaşma tərzi yanlışdır. İnsanı xəyanətə sürükləyən cinsi həyatın normal olmamasıdır. Kim deyirsə ki, ailəmiz belə hörmət, sevgi kimi dəyərlər üzərində qurulub, bu, sadəcə, özünü aldatmaqdır, bunu nə vaxtsa anlayacaqlar. Bəli, ailə seksə görə qurulmur, amma ailəni ayaqda saxlayan əsas amil seksdir.

Cinsi həyat qaydasında olarsa, partnyorlar bir-birinin seksual ehtiyaclarını tam qarşılayarsa, onların arasında baş verə biləcək istənilən problem həll yolunu tapacaq. Amma normal olmayanda, bəli, artıq tərəflər istəklərini qarşılaya biləcək şəxsləri kənarda axtarmağa başlayırlar. Seksual cəhətdən hər şey əla olanda, qadın süfrəyə yanmış yemək belə qoysa, kişi onu bəh-bəhlə yeyəcək. Kişilərin 90 faizi, qadınların da 10 faizi partnyorlarını dəyişməyə meyillidirlər. Amma psixologiyadan yanaşsaq, bunu qəbul etmək bir qədər asan gəlir. Çünki biz onların şəxsiyyət tiplərini bilirik.

Ümumiləşdirsək, xəyanətə səbəb cinsi münasibətdə tərəflərin bir-birini qane etməməsidir. Bizim insanlar isə bu məsələni böyük ayıb bilirlər. Ər-arvad bir-birindən utanır. Nə istədiklərini deməyə çəkinirlər. Başa düşürsünüz? Bu, düzgün deyil. İnsanın heyvani hisslərinin büruzə verildiyi məqamlardan biri də seksdir. Onu mədəniləşdirmək olmaz. Ailə, cütlük onu ürəyindən gəldiyi kimi yaşamalıdır. Əks təqdirdə, ailədə, xüsusilə də cinsi münasibətlərdə problem yaranacaq. Və bu, bütün münasibətlərə təsir edəcək.

Xəyanətə görə adam öldürmək, video çəkmək, qadının saçını qırxmaq və s. insanların cahilliyidir. Çünki xəyanət bizim profildə ailədən kənar əlaqələr adlanır və seksologiyaya aiddir. Ailədə xəyanət varsa, demək ki, tərəflərdən hər ikisinin həmin xəyanətdə payı var.

- Bəs masturbasiya məsələsi? Bəzən həkimlər bunun ziyanlı olduğunu deyir.

- Masturbasiya məsələsinin heç bir ziyanı yoxdur. Təbii ki, asılılıq halına gətirilmədiyi müddətcə. Hərdən deyirlər ki, kişilərin bədəndən tez-tez sperm atması ziyandır. Amma bu da əsassızdır, çünki onsuz da hüceyrələr müəyyən müddətdən bir yenilənir. Qadınlar üçün də ziyanı yoxdur, bu nə bakirəliyin pozulmasına, nə də gələcəkdə ana olmalarına heç bir problem yaratmır.

- Psixoloji cəhətdən bəylər üçün bakirəlik nə deməkdir?
- Bu, hələ də öz cavabını tapmayan bir sualdır. Psixoloji yükü yoxdur, sadəcə, sosial problem, mentalitet. Amma düşünürəm ki, kişilər, sadəcə, cəmiyyətin qınağından qaçdıqları üçün evlilik qərarı alanda bakirə olmasını önəmsəyirlər. Diqqət etsəniz, ikinci evlilik zamanı və ya gec ailə quran kəslər buna çox diqqət yetirmir. Qadınlar da bununla müqayisədə, ilk evlilik zamanı oğlanın əvvəl ailə qurmamasını istəsə də, müəyyən yaşdan sonra artıq ailəli olub ayrılmasına, hətta övlad sahibi olmasına da fikir vermir.

Bəzən isə deyirlər ki, bakirə ilə ailə qurmaq ona görə lazımdır ki, çoxsaylı seksual partnyoru olan qadın və ya daha əvvəl bir neçə dəfə ailə qurmuş qadın orqanizmində həmin kişilərin genini daşıya bilir. Təbii ki, bu, tam təsdiqini tapmayıb, amma xarici mənbələrdə buna rast gələ bilərsiniz.

- Ümumi olaraq pasiyentlərə nə tövsiyə edirsiniz?

- Cəmiyyətdə seksə hörmətlə yanaşılması yaxşı olardı. Seksi həddən artıq böyütmək və qloballaşdırmağa ehtiyac yoxdur. Bu, həm insanların şəxsi həyatlarında yaşadıqları problemləri yüngülləşdirəcək, həm də seksual problemləri olan insanların həkimə, ya seksoloqa müraciət etmələrinin qarşısını alan kompleksi aradan qaldıracaq.

Cəmiyyətdəki aqressivliyin bir səbəbi də qınaq obyekti olmamaq üçün bu kimi problemlərin aradan qaldırılması üçün heç nə edə bilməməkdir.

/oxu.az

Xəbərlər     Baxılıb: 3754   Tarix: 03 aprel 2019
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda son günlər yayılan virus nədir? - İnfeksionist açıqladı

Son günlər ölkə ərazisində insanlar arasında kəskin mədə ağrısı, ürək bulanma kimi əlamətlərlə özünü göstərən infeksiya yayılıb.   -a istinadən bildirir ki, sürətlə yayılan bu virus əsasən uşaq və yaşlılarda özünü göstərir

.

Hər gün bir nar yeyin

Qırmızı rəngi ilə seçilən nar güclü antioksidant mənbəyidir. Son araşdırmalar narın zəngin tərkibi olduğunu təsdiqləyir. İnsanı xərçəngdən tutmuş qan təzyiqinə qədər bir çox xəstəliklərdən qoruyur. .   -a istinadən narı

.

Xəyanət etmək xroniki sağlamlıq problemlərinə səbəb ola bilər

ABŞ-dan olan bir qrup tədqiqatçı belə qənaətə gəlib ki, münasibətlərdə aldatma xroniki sağlamlıq problemlərinə səbəb ola bilər. -ə istinadən bildirir ki, bu barədə "Inside Edition" məlumat yayıb. Son araşdırma

.

Bu dərmanlar əhaliyə pulsuz veriləcək

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib. APA-ya istinadən bildirir ki, İclası açan komitənin sədri Əhliman Əmiraslanov gündəliyin birinci məsələsi - Səhiyyə komitəsini

.

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları YEMƏYİN

Dünyada ən çox görülən ölüm səbəblərindən biri olan infarkt riskini azaltmaq üçün həyat tərzinizdə bəzi dəyişikliklər etmək vacibdir. . -a istinadən xəbər verir ki, türk alimləri mövzunu müzakirə ediblər. Qeyd ediblər ki

.

17 növ xərçəngdən qoruyan möcüzə içki

Həkimlər bu giləmeyvə içkisinin insanı xərçəngdən qoruduğunu açıqlayıb. -a istinadən xəbər verir ki, həkim reabilitoloq Sergey Aqalkin qırmızı mərcan giləmeyvəsinin güclü antioksidant təsiri olduğunu bildirib. "Mərca

.

Daha bir qlobal epidemiya riski - ÜST-dən xəbərdarlıq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ruandada xəstəliyin ilk halları qeydə alındıqdan sonra yeni Marburq virusu epidemiyası təhlükəsi barədə məlumat yayıb. .   -a istinadən xəbər verir ki, hazırkı məlumata görə, yoluxmaları

.

Yeni ilə qədər təzə və xırtıldayan xiyarı belə saxlayın - Az adam bilir

Xiyarları bir ay belə təzə saxlamaq çətin işdir. Çünki tərəvəzlər elastikliyini və şirəliliyini itirirlər.   -a istinadən xəbər verir ki, bunun səbəbi onun tərkibində suyun çox olmasıdır. . Bununla belə, təxminən altı a

.

Azərbaycanda ürək-damar əməliyyatları neçəyə başa gəlir? - ŞOK QİYMƏTLƏR

Azərbaycan, kişilərdə ürək-damar xəstəlikləri üzrə ölüm halları ilə dünya üzrə 1-ci yerdədir; qadınlarda isə bu göstərici 2-ci yerdədir. İcbari tibbi sığorta çərçivəsində müxtəlif ürək əməliyyatlarının qiymətləri də açıqlanmışdır

turlar.az

sonxeber.az maskalar toy makiyaji sekilleri qadin dunyasi toy gecesi dəriyə qulluq kivi murebbesi vətən bayatıları kosmetika toyuq salati ağır itki birlik maska yemekler