Selen və onun xərçəng əleyhinə rolu

Selen və onun xərçəng əleyhinə roluSelen 1818-ci ildə İsveç kimyasıçısı Jons Jacob Berzelius tərəfindən aşkarlanmış və yunan mifologiyasından ay allahının adi ilə adlandırılmışdır. 140 il sonra Schwarz və Foltz tərəfindən aparılan eksperimentlər zamanı Selenin heyvan qaraciyərində təyin edilən əsas elementlərdən birinin olması aşkarlanmışdır. Selenin insan sağlamlığında rola malik olması haqqında fikirlər keçən əsrin 60-cı illərində meydana çıxmağa başladı və bu gün  Selenin insan sağlamlığında əhəmiyyəti barədə alimlər arasında yekdil fikir formalaşmışdır (Arthur, 2010). Selen yeganə elementdir ki, insanın genetik materialında iştirak edir (Frausto da Silva &Williams, 2009). Selen genetik materialda Selenocysteine şəklində (SeCys, 21-ci amin turşusu)  mövcud olur və toxumaları oksidləşmə stresindən qoruyur (Rayman, 2000).  SeCys özünün mürəkkəb birləşmə mexanizmi və sintez mərhələləri ilə digər 20 amin turşularından fərqlənir və bü xüsusiyyətləri ilə xərçəngin profilaktikasında əhəmiyyətli rol oynayır (Hatfield & Gladyshev, 2002).
Bu günki elmi məlumatlar təsdiq edir ki, Selen insan orqanizmində çox vacib funksiyaların həyata keçirilməsində əsaslı rol oynayan bir elementdir. Selen qalxanabənzər vəzi hormonlarının mübadiləsi, antioksidant müdafiə sistemi kimi bir çox metobolik proseslərin və immun funksiyaların əsas komponentlərindən biridir.  Fizioloji şərtlər altında Selen Selenosistein tərkibində həmişə ionlaşmış vəziyyətdə olur (K.M.Brown,2001).  
Keçən dövr ərzində 30 yeni Selenoprotein aşkarlanmışdır  və onlardan 15-nin bioloji funksiyaları bu və ya digər şəkildə xarakterizə olunmuşdur (Hatfield & Gladyshev, 2002).  Güman edilir ki, 100-dən çox selen tərkibli protein mövcuddur (Burk RF, 1993).
Bir çox Qərb ölkələrində aparılan tədqiqatlar təsdiq edir ki, qanda selenin azlığı xərçəng və ürək-damar xəstəliklərinin artmasına səbəb olur (K.M.Brown,2001). Selenin qida əlavəsi kimi qəbulu iyirminci əsrin doxsanıncı illərindən tövsiyyə olunur və onun müsbət effekti haqqında çoxlu sayda sübutlar mövcuddur (Rayman, 2000).
Sübuta əsaslanan tədqiqatlar təsdiq edir ki, mütəmadi Selen qəbulu xərçəng əmələgəlmə riskini azaldır (H. E. Ganther, 1999). Hətta bəzi müəlliflər iddia edirlər ki, Selen qəbulu xərçəngin digər orqanlara yayılma ehtimalını da azaldır (Rayman, 2000).  Belə düşünülür ki, Selen təribli proteinlər normal hüceyrələrdə oksidativ stresi azaldaraq onların genetik materialının zədələnməsinin və şişə transformasiya olunmasının qarşısını alır. Selen qəbulunun bir çox xərçəng növlərinin, xüsusilə qaraciyər, prostat, kolorektal və ağciyər xərçənginin inkişaf etmə riskini azaltması haqqında məlumatlar var (Arthur, 2001).
Aşağıda selenle zəngin bəzi qida maddələrinin siyahısını veririk:
  -Çərəz, xüsusilə də Brazilya qozu selenin ən zəngin mənbələrindən biridir. Brazilya qozu həm də maqneziumla zəngindir. 100 qram Brayilya gozunda 1917 μq selen mövcuddur. Qarışıq çərəzin 100 qramında isə orta hesabla 422μq selen olur
  -Mollyusk və istridyələr selenle yanaşı dəmir, zink, mis və Vitamin B12-nin zəngin mənbəyidir. Sakit okean istridyələrinin 100 qramında 154μg selen olur. Digər mollyusk tiplərində də kifayət qədər selen qeyd edilir (hər 100 qramda 90-130 μg selen)     -Qaraciyər selenin ən zəngin   mənbələrindən biri hesab edilir. Heyvan qaraciyərinin hər 100 qramında 116μq selen olur.
  -Balıqlar B1, B2, B3, B6  və B12 vitaminləri ilə yanaşı selenin də zəngin mənbələrindən biridir.Balıq növündən aslı olaraq hər 100 qramında selenin miqdarı 50-80μq olur.
  -Günəbaxanın hər 100 qramında 80 μq selen müəyyən edilir. Bundan əlavə, günəbaxan Vitamin E, dəmir, Vitamin 1, Vitamin B6, maqnezium, kalium və mislə də zəngindir.  
  -Kəpəkli məmulatlarda da kifayət qədər Selen olur. Məsələn, buğda kəpəyinin 100 qramında 78μq selen qeyd edilir.
  -Kürünün hər 100 qramında 70 μq selen olur. Bundan əlavə kürünün tərkibində dəmir, zülallar və B12 vitamini də yüksək miqdarda olur.
  -Xərçəngin hər 100 qramında 59.2μq selen qeyd edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1489   Tarix: 21 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

aksessuarlar makiyaj instagram yay geyimləri 2026 ayaq sismesi daginiq skleroz mualicesi sirin qiz statuslari dolmalar kosmetika olumu namiq qaraçuxurlu seksual novruz hakısdası badambura