Selin Şenocak: "20 Yanvar Azərbaycanın qəhrəmanlıq dastanıdır"

Selin Şenocak: "20 Yanvar Azərbaycanın qəhrəmanlıq dastanıdır""20 Yanvar Azərbaycan xalqının azadlıq uğrunda yazdığı qəhrəmanlıq dastanı, eyni zamanda bütün dünyaya göstərdiyi sarsılmayan milli iradədir".

BiG.AZ xəbər verir ki, bunu trend-ə Türkiyənin Strateji Araşdırmalar Diplomatik Mərkəzinin rəhbəri və Paris Universitetinin mədəni diplomatiya kafedrasının müdiri Naciye Selin Şenocak deyib.

S.Şenocak qeyd edib ki, 1990-cı il 20 yanvarda müdafiə mexanizmlərindən məhrum edilən Azərbaycan xalqının azadlıq uğrunda başladığı milli mübarizəsi boğulmağa cəhd edildi:

"20 Yanvar faciəsi dağılmaq üzrə olan SSRİ-də erməni quldur dəstələrinin təşəbbüsü ilə dörd bir tərəfdən mühasirə olunan Azərbaycanda törədilən ən böyük soyqırımlardan biridir. Təəssüflər olsun ki, tarixə qara hərflərlə həkk olunan bu faciə Qərbin də göz yumduğu faciələrdən biridir".

S.Şenocak onu da bildirib ki, bu gün siyasi vəziyyət dəyişmiş olsa da, Azərbaycanın 20 % torpağı hələ də Ermənistan işğalı altındadır: "Dağlıq Qarabağ məsələsinə ATƏT və Birləşmiş Millətlər Təşkilatı ikili standartlarla yanaşaraq, münaqişənin həlli üçün dəstək göstərmək əvəzinə, uzanmasına səbəb olurlar".

O hesab edir ki, ATƏT və Birləşmiş Millətlər Təşkilatı ciddi addımlar atmadıqca, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həllini tapmayacaq və Ermənistan işğalçı mövqeyindən əl çəkməyəcək: "1980-1990-cı illərdə Ermənistana dəstək olan qüvvələr bu gün də var. Bu qüvvələr bölgədə stabilliyin olmasını istəmirlər. Bölgədə stabilliyin olması Azərbaycanın regional gücünün daha da artması deməkdir ki, bu da həmin qüvvələrin maraqlarına ziddir".

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Xəbərlər     Baxılıb: 1480   Tarix: 20 yanvar 2018
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

geyim seçimi makiyaj etmek qaydalari gozel gorunmek ayaqqabı modelləri uşaq dünyası güllərin mənası şirniyyatlar kosmetika ginekoloq oglaq novruz bayramına aid hakışta hakista novruza aid