"Sən gör nələrdən keçmisən ay Vüsalə, təslim olmağa haqqın yoxdur"
Aparıcı Vüsalə Əlizadənin böyrək əməliyyatı sayəsində 2-ci dəfə həyata qayıtmasının üstündən 14 il keçir. Aparıcı xanım hər il bu günü Allaha şükür edərək qeyd edir.
Təəssüratlarını bölüşən V. Əlizadə bildirib:
"Bu gün mənim həyatımın çox əlamətdar günüdür, doğum günümdür desəm yanılmaram. Bəli, 14 il əvvəl həyata gəldiyim gündür. İnsanlar bir dəfə doğulur deyəcəksiniz. Amma Allah-təala seçilmiş bəndələrinə, sevdiyi bəndələrinə bu şansı verir və çəkdiyim əzab-əziyyətlərə üzülmədən özümü xoşbəxt bəndə hesab edirəm. 1 il qərib ölkədə çətinlik, ağrı, acı, 3 gün tamamilə ruhumdan ayrılmış bədən... Rəbbim bitmədi deməsə bitməz! Çox şükür Allahım, bəlkə də o çətinlikləri yaşamasaydım, indi belə güclü qadın ola bilməzdim. İndi öz ayaqlarım üzərində dura bilməzdim. Arxaya baxanda "Sən gör nələrdən keçmisən Vüsalə, zəif gücsüz olmağa təslim olmağa haqqın yoxdur" deyirəm özümə. Bəlkə də, o çətinlikləri yaşamasaydım, indi Diləyim kimi həyatdakı tək var-dövlətim olmazdı. Bəlkə də sizlər məni tanımazdınız, bəlkə də çox şeylər. Mənə bu şansı verən tanrıma şükürlər olsun, canından can verən, məni yenidən həyata qaytaran anama şükürlər olsun, ailəmə, sevdiklərimə şükürlər olsun. Bunları demirəm ki, kimsə üzülsün, ya da kimsə mənə yaşadıqlarıma acısın. Məqsədim bu problemi yaşayan, xəstə yatağında həyatdan əlini üzmüş insanlara dəstək olmaq, onların həyat eşqini yüksəltməkdir. Həyatdan bərk yapışın,o sizi üzməsin, incitməsin, siz onu təəccübləndirin. Nə güclü, inadlı, həyat eşqi olan bəndədir, deyib sizdən qorxacaq. Allaha əl açıb dərdim var yox, dərdinizə üz tutub səni aşacağam, hər şeyə qadir Allahım var deyin. O halda mütləq ki, qalibsiniz! Həyata ikinci dönüşün, ikinci qayıdışın, ikinci doğum günün, 14 yaşın mübarək"./BiG.AZ/
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Tərəf müqabili oldular
20 yaş cavanlaşmağın qiyməti bilindi - Ebru sərvət ödədi
Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil
Bağırsaq sağlamlığını yaxşılaşdırmağın 5 elmi yolu
Qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq' - Xalq artisti
Məni Vaqif Gərayzadənin ad gününə çağırmadılar
Demans riskini azaltmaq üçün ideal yuxu müddəti