Şərab xərçəng riskini azaldır - ARAŞDIRMA

Şərab xərçəng riskini azaldır - ARAŞDIRMACastilla-La Mancha Universitetinin (UCLM) alimləri müəyyən ediblər ki, şərabın orta səviyyədə istehlakı dəri, mədə və beyin şişləri də daxil olmaqla müəyyən xərçəng növlərinin inkişaf riskini azalda bilər. Araşdırma "Frontiers in Nutrition" jurnalında dərc olunub.
Milli.Az lent.az-a istinadən bildirir ki, tədqiqatçılar bir neçə bazadan yüksək keyfiyyətli 73 araşdırma seçiblər. Yalnız şərab istehlakı ilə yuxarı mədə-bağırsaq traktının, böyrəklərin, kolon və düz bağırsaq, dəri, mədəaltı vəzi, beyin, ağciyər və ginekoloji toxumaların xərçəngləri arasındakı əlaqəni qiymətləndirən tədqiqatlar təhlilə daxil edilib. Daxil edilən məqalələrin nəşr müddəti 1986-2021-ci illər arasında dəyişib və tədqiqatlarda Avstraliya, Qərbi Avropa və Şimali və Cənubi Amerikadan 18-103 yaş arası 4.346.504 insan iştirak edib.
Təhlil şərab istehlakı ilə xərçəng riski arasında heç bir əlaqə tapmayıb. Bunun əksinə olaraq, şərab xüsusilə beyin, ağciyər, dəri və mədəaltı vəzidə şiş riskinə qarşı qoruyucu tendensiyalar göstərib. Bunun səbəbi, iltihabı azaldan və hüceyrələri reaktiv oksigen növlərindən zədələnmədən qoruyan fitoestrogenlər və antioksidantlar kimi şərab komponentləri ola bilər. Həmçinin, içki mədənin turşuluğunu artıraraq, Helicobacter pylori kimi mikroorqanizmlərin inkişafını zəiflədir. Bu bakteriya mədə xərçəngi üçün əsas risk faktorudur.
Seçilmiş nəşrlər şərab istehlak səviyyələrini sənədləşdirməyib. İstehlak olunan şərabın miqdarı, pəhriz, həyat tərzi və sosial-iqtisadi vəziyyət nəzərə alınmaqla, içkinin xərçəng riskinə həqiqi təsirini müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac var.
Milli.Az

Xəbərlər     Baxılıb: 976   Tarix: 29 oktyabr 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

geyim və ayaqqabılar adlarin menasi sac duzumleri atalar sozu elm haqqinda makaronlar erotik paltar romantik pozalar kosmetika kahfe falı olumu qaynanaya aid masturbasiya nedir novruz bayramına aid hakışta