Serbiya ölkəyə giriş məhdudiyyətlərini ləğv edib
Serbiya hökuməti mayın 3-dən etibarən koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən bütün ölkəyə giriş məhdudiyyətlərini ləğv edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər.
"Gecə yarısından etibarən, əcnəbilər kimi Serbiya vətəndaşları da hansı ölkədən gəldiklərindən asılı olmayaraq, ölkəyə daxil olarkən mənfi PCR testi, sürətli antigen testi, yoluxmanın keçdiyinin təsdiqlənməsi və ya peyvənd sertifikatı tələb olunmur", - deyə açıqlamada deyilir.
Qeyd olunur ki, məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərar ölkədəki "mövcud epidemioloji vəziyyətə əsasən" qəbul edilib.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
Yaş artdıqca makiyaj seçimində nələr dəyişməlidir?
Zaur Rzayev harada dəfn olunacaq?