Sərxan Kərəmoğlu: "Muradın imkanı olsaydı, birinci mənim arxamdan dəyərdi" - VİDEO

Sərxan Kərəmoğlu: "Muradın imkanı olsaydı, birinci mənim arxamdan dəyərdi" - VİDEOBAKU.WS aktyor və rejissor, eləcə də aparıcı kimi tanınan Sərxan Kərəmoğlu ilə müsahibəni təqdim edir:

- Xoş gördük, Sərxan.

- Xoş gördük hamınızı. "Maşın" realiti şoudan sonra ilk müsahibəmdir. Müsahibə istəyənlər çox idi, sadəcə o ruhda deyildim.

- Sərxan, budəfəki şounun ən çox müzakirə olunan iştirakçısı sən oldun. Ümumiyyətlə, Sərxan harada olursa olsun, danışılır. Sizi başqa iştirakçılardan fərqləndirən nə idi?

- Mən ilk dəfə "Maşın- 14"də iştirak etmişəm. O vaxt da önə çıxanlardan biri mən oldum. Sözlərim böyük səs-küyə səbəb olurdu. O zaman ən böyük səhvim əlimi maşından götürüb getməyim idi. Səbəbini belə deyərdim, harada olursan ol, gərək insan özü olsun. İnsanı öz beyni, zehni idarə etməlidir. Əgər insanı kənardan idarə edirlərsə, özü olmur. İnsan özü olmayanda sözləri də tutarlı olmur.
Sərxan Kərəmoğlu: "Muradın imkanı olsaydı, birinci mənim arxamdan dəyərdi" - VİDEO- Küçədə "Wi-Fi" axtaranlarla bağlı fikrinizə görə sosial şəbəkələrdə hücumlara məruz qaldız, təhqir edənlər də az olmadı.

- Mənim tənqid etdiyim insanlar küçə mədəniyyəti ilə məşğul olanlardır. Əgər buna mədəniyyət demək olarsa. Savadlı, mədəniyyətli insan tənqid edər, söyməz. Sərxanı nə qədər söyürsüzsə, söyün, nə olacaq mənə? Heç nə olmayacaq! Çünki nə toyum sizdən gəlir, nə də konsert dəvətlərim sizdən gəlmir. O insanlara səslənirəm, siz xalqın düşüncəsini, fikrini formalaşdıracaq durumda deyilsiz. Siz sadəcə olaraq pulsuz "Wi-Fi" axtarıb, internetə girib gündəmdə kim varsa onu söyməyi düşünürsüz. Yalnız söyməyi düşünürsüz. Bu insanlar üçün müqəddəs heç nə yoxdur, çünki müqəddəslik ailədən gəlir. Bu insanlar ailədə travma almışlardır. Onların üzərinə çox getmək lazım deyil. Onlarla mübarizə aparmaqdansa öz işimizlə məşğul olmalıyıq. Qoy söysünlər, sən də vaxtın olanda gir yaz ki, mənə dediyinin 100 qatı özünə getsin.

- Meyxanaçı Oqtay Kamili oyundan kənarlaşdıranda işlətdiyin cümlə də birmənalı qarşılanmadı. Kişilik sözünü deyirəm.

- Ondan soruşdum ki, Oqtay, kişi kimi de, mənim şəklimi sən atmısan? Dedi, yox. Mən də qayıdıb ona dedim ki, mən də kişi kimi deyirəm, sən mənim hədəfim deyilsən. Bu sözü eşidəndə ayıldı. Dedi ki, gəl kişilikdən danışmayaq, bu oyundur, oyunda kişiliyin nə dəxli var? Sənin şəklini mən atmışam, oynayırsan, gəl oynayaq. Dedim, buralarda ol. Ürəyimdə dedim ki, hələ sənin səviyyən o deyil ki, mənimlə oynayasan. Səs topladım və dedim ki, əgər kişiliyin bu oyunla əlaqəsi yoxdursa, gəl çıx get. Bu sözümdən sonra bəzi "İnstagram" səhifələrin adminləri mənim şəklimi qoyub yazdılar: "Oqtay, kişi kimi söz verirəm, səni çıxarmayacam" və "Kişiliyin nə dəxli var, gəl". Həmin adam tip olaraq, sənətçi olaraq cəmiyyətə maraqsızdır. Maraqlı olan Sərxandır. O adminlər Sərxanı vurmaq üçün deyil, sadəcə müzakirə üçün məni seçdilər. Çünki maraqlı obyekt idim. Amma dolayısı ilə məni söydürürdülər.

- Xose ilə probleminiz nə idi?

- Xose dünənin gənc və istedadlı uşağıdır. Bu sənət camiəsində gözümüzün qarşısında böyüyüb. Çox ədəb-ərkanlı uşaqdır. Gündəm yaratmaqdan ötri digər üç nəfərlə görüşdü, mənimlə görüşmədi. Nə var, nə var, bir az bundan danışsınlar. İçəri keçən kimi qucaqlayıb dedi ki, efirdə əsəbi idim. Dedim ki, Xose, sən gedən yolları 10 dəfə getmişəm, qayıtmışam. O yollar artıq dağılıb. Bilməyənlər yazır ki, Sərxan kimdir ee. Sərxan 10 il sənətdə olanda Xose hələ doğulmamışdır.

- "Sərxan kimdir?" deyənlərə necə cavab verərdiz?

- Sərxan 2000-ci ildə rəsmi olaraq Moskvada Rusiya-Azərbaycan teatrını yaradıb. Ümumiyyətlə, xaricdə ilk Azərbaycan teatrının yaradıcısı mən olmuşam. Rusiya prezidenti prezident seçiləndən sonra Azərbaycana səfərində ulu öndərimizlə görüşdə mənim yaratdığım teatr haqqında məlumat verdi. Dedi ki, sizin hansısa sənətkarın adına bizdə ilk Azərbaycan teatrı açılıb. Açan gənc bir oğlandır. Digər layihələrimi, çəkdiyim filmləri sadalamağa ehtiyac görmürəm.

İnanırsız, "Sərxan kimdir?", "Sərxan haradan çıxdı?", "Sərxan nə vaxtdan aparıcı oldu?" yazanlar bizim öz camiəmizdən olan insanların 5-ci 6-cı "İnstagram" profilləridir. Onları da tapıb üzə çıxarmışam. O şərhlərin çoxusunun altına yazıram, "ey filankəs, ağıllı ol"! Anında profilinin adını dəyişir.
Sərxan Kərəmoğlu: "Muradın imkanı olsaydı, birinci mənim arxamdan dəyərdi" - VİDEO- Sonuncu verilişinizin bağlanma səbəbi də az müzakirə olunmadı. Əsl səbəb nə idi?

- Hamı elə bildi ki, Mətanət Əsədova ilə dava ilə bağlıdır. Xeyr! Veriliş sadəcə olaraq pulgir insanların acgözlüyünə görə bağlandı. Burada nə Mətanətin rolu vardı, nə də özünə əl qatan bir çoxlarının. Onlar bir az sevindilər, özlərini göstərdilər, ilhaməlik etdilər. Misal üçün deyirəm, nə təhər ki, biri tutulanda, kəsiləndə-asılanda, başına bir iş gələndə, qəza keçirəndə İlhamə Quliyeva çıxıb deyirdi ki, mən etmişəm, bax, elə insanlar indi də var. Həmin insanlar genəldilər.

- Şayiələr gəzirdi ki, Murad Dadaşov "Maşın" şouda sizə himayədarlıq edir. Bu nə dərəcədə düzgündür?

- Çox yerlərdə özüm də görmüşəm ki, yazırdılar ki, Sərxanı Murad Dadaşov özü saxlayır. Muradın imkanı olsaydı, birinci mənim arxamdan dəyərdi. Şouda ona ən böyük xərc, sərf etməyən iştirakçı mən idim. Mənə deyirdi ki, reklamları, səsverməni çıxsaq, sən məndən çox danışırsan. Yəni, mənim orada qalmağım Murad Dadaşova xeyir vermirdi.

- İştirakçlılar şouda belə bir ifadə işlədirdilər; səs deposu. Sizin səs deponuz var idimi?

- Mənim səs depom olsaydı, "Maşın" şouya niyə gəlirdim? Mənə səs göndərənləri tanısaydım, deyərdim, elə hərəniz o pulun 1000 manatını özümə verin, gedim bir maşın alım.

Müsahibənin tam olaraq aşağıdakı linkdə izləyə bilərsiz:
Sərxan Kərəmoğlu: "Muradın imkanı olsaydı, birinci mənim arxamdan dəyərdi" - VİDEO

Xəbərlər     Baxılıb: 1986   Tarix: 16 yanvar 2019
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

turlar.az

makiyaj etmek qaydalari qis geyimləri 2026 kosmetika mehsullari saç düzümləri bürclər iyun 2026 qızartma reseptləri hekim mesleheti kosmetika novruz bayramına aid masqalar bedii edebiyyat eqreb prostat