Sevda Yahyayeva: "Ana olmaq istəyirəm" — MÜSAHİBƏ

Sevda Yahyayeva: "Ana olmaq istəyirəm" — MÜSAHİBƏÖlkə.az-ın növbəti qonağı müğənni Sevda Yahyayevadır.

- Sevda xanım, bəzən nə barədə düşünürsünüz?

- Həmişə yaxşı işlər barəsində düşünürəm. Çalışıram ki, pessimist olmayım. Çünki uğurlar yaxşı düşüncələrə bağlıdır. Hər şeyə real baxıram və hər şeyin yaxşı olacağına inanıram.

- Real görünməyən nədir bəs?

- Görünən hər şey realdır?

- Nəyi görə bilirsiniz?

- Görmək istədiyimi görürəm, görmək istəmədiyimi də görmürəm.

- Zamansız nə baş verdi bəs?

- Mənim üçün zamansız heç nə olmayıb. Nə olubsa, vaxtında olub.

- Qurunun oduna yanmısınızmı?

- Qurunun da oduna yanmışam, odun da oduna yanmışam. Həyatdır, hər şey olur. İnsan bərkə-borşa düşür.

- Həmin o bərklik sizi sərtləşdirdimi?

- Çox sərtləşdirdi.

- Hiss olunur ki, qapalı bir insansınız. İnsanlarla öz aranızda nə qədər məsafə qoymusunuz?

- Bəli, qapalı biriyəm. Bu, yəqin ki, mənim xasiyyətimdən və bürcümdən irəli gəlir. Amma özümə aid bir çevrəm var. Yaxınlarımla yaxınam, uzaqlarla məsafəli.

- Bir dəryaya baş vurdunuz. Oradan necə çıxdınız?

- Hələ də oradan çıxmağa çalışıram. Dərydan baş açmaq və oradan çıxmaq çətin məsələdir.

- Baş verə biləcək hansı bir hadisə sizi sənətdən soyuda bilər?

- Mən öz sənətimi çox sevirəm. İnsanların sevgisini hiss edirəm. Bu, məni çox xoşbəxt edir. Səhnəyə görə mənim "yox" dediklərim, olub-olmazlarım var. Səhnədə olmaq mənim üçün çox şeydən üstündür. Amma görsəm ki, mənə qarşı olan sevgi artıq azalır, onda bəlkə soyuya bilərəm. Şükürlər olsun ki, tamaşaçı sevgisi azalmır, əksinə, günbəgün artmaqdadır. Yaxşı ki, mən düzgün yoldayam. Yaxşı ki, sənətdəyəm.

- Deyirlər ki, ümid öldürmək intiharın bir növüdür. Çoxmu "intihar" etdiniz?

- Qətiyyən. Mənim həyatda öz istəklərim, arzularım var. Hər şeyə pozitiv baxıram. Ümid sonda ölür.

- Tamaşaçılar sizin hansı tərəflərinizi görə bilmirlər?

- Realda daha sərbəstəm, şənəm. Efirin qayda-qanunularına görə həyatda olduğum kimi ola bilmirəm. Buna görə də məni özündənrazı, soyuqqanlı biri kimi tanıyırlar. Lakin ünsiyyət qurduqdan sonra fikirlərini 180 dərəcə dəyişirlər.

- Verdiyiniz hansı qərar sizin həyatınızı dəyişdi?

- Qarşıma qoyduğum arzum və getdiyim yol.

- Yoldan qayıtmaq istəmisinizmi?

- Elə bir an olub. Hərdən çox yoruluram. Amma ümumi fikirləşəndə görürsən ki, yox, belə deyil.

- Gülərkən içiniz qan ağlayıbmı?

- Əlbəttə, belə məqamlar olub. Lakin həmin hislərimi tamaşaçılara, izləyicilərimə yansıtmamışam. Çalışmışam ki, onlara pozitiv nəsə verim. İstəmirəm ki, tamaşaçılarımı qəmlə yükləyim.

- Bəs özünüz nə ilə yüklənmisiniz?

- O qədər şeylə yüklənmişəm ki… (gülür)

- Əliniz çatmayan yerə ayağınızı uzatmısınızmı?

- Çalışmışam ki, əlim çatmayan yerə ayaq uzatmayım.

- Qığılcım yarada bilirisinizmi?

- Deyilənə görə, yarada bilirəm.

- Sizin üçün nə tərsinə gedir?

- Şükürlər olsun, hələ ki, hər şey düzünə gedir.

- Ailə qurmağın vaxtı çatıbmı?

- Vaxtı çoxdan çatıb. Allah nə zaman qismət etsə, onda olacaq.

- Ola bilərmi ki, ümumiyyətlə ailə qurmayasınız?

- Hər şey ola bilər. Heç nəyə zəmanət verilmir bu həyatda.

- Sevda xanım, əlinizdən nəyi aldılar?

- Əlimdən heç nə almadılar, əksinə, əlimdən tutub mənə dəstək olanlar çox oldu. Ona görə də mən həyatımda olanlara şükür edirəm. Heç nədən narazı deyiləm.

- Təsirə düşürsünüzmü?

- Hərdən olur. Məsələn, balaca uşaqların xəstəlikləri, kiminsə çətinliyi, uğursuzluğu və s. məni çox təsirləndirir.

- Analıq hissidən başqa hansı hissi yaşamaq istəyirsiniz?
- Hal-hazırda ən çox yaşamaq istədiyim hiss məhz analıq hissidir.

- İllər Sevda Yahyayevanı necə dəyişdi?

- Yaxşılığa doğru dəyişdi.

- Yatağan insansınız?

- Yatmağı çox sevirəm, amma yatağan deyiləm.

- Yuxudan oyananda ilk olaraq nə barədə düşünürsünüz?

- Görəcəyim işləri.
- Dediniz ki, zaman sizə sərtləşdirdi. Bəs sizə nə əridə bilər?

- Ürəyimcə olan bir hadisənin olması məni yumşalda bilər.

- Özünüzdə tam bir güvən formalaşdıra bilmisinizmi?

- Mən özümə həmişə inanmışam.

- İnana bilmədiyiniz nədir?

- Hər şeyə inanmağa çalışıram.

- Real həyatda improvizə edə bilirsinizmi?

- Bəli, lazım olan məqamlarda edirəm.

- Bu qulaqdan alıb o biri qulaqdan verdiyiniz nədir?

- Yaxşı olmayan xəbərləri bu qulaqdan alıb, o birindən verirəm.

- Ətrafınızda niyyəti pis olan insalar olubmu? Olubsa da, onları uzaqlaşdırmısınızmı?

- Mənim ətrafımda indiyə qədər yaxşı niyyətli insanlar cəmləşib. Niyyəti pis olanları uzaqlaşdırmağa gərək yoxdur. Çünki zaman özü onları ələyir.

- Siz özünüz kiminsə ələyində ilişib qalmısınızmı?

- O da olub. Həyatdır… Çox sevinirəm ki, həyatımda etibarlı dostlarım var.

- Nədən qorxmursunuz? Nəyin üzərinə hücum edirsiniz?

- Allahdan savayı heç kimdən, heç nədən qorxmuram. Həyat bir mübarizədir. Yaşamaq istəyirsənsə, mübarizə aparacaqsan.

- Şam olmaq istəyirsiniz, yoxsa pərvanə?

- Heç biri (gülür).

- Nəyi nəzərə almırsınız?

- Nəzərə alınmayan hadisələri çalışıram ki, nəzərə almayım.

- Özünüzlə danışanda içinizdəki "mən" sizə nə deyir?

- Deyir ki, sən güclüsən, sən ağıllısan.

- Sosial şəbəkələr vasitəsilə sizə edilən evlilik təkliflərindən ən maraqlısı, yaddaqalanı hansı olub?

- Belə təkliflər çox olur. Xoş sözlər, maraqlı etirflar, qeyri-adi sevgi təklifləri eşitmək xoşdur (gülür).

- Əlinizin duzu varmı?

- Var, yaxşıdır.

- Öz gözəlliyiniz üçün bir ayda nə qədər "qurban" verirsiniz?

- Düzünü deyim ki, mən çox şeylərə maliyyə sərf etmirəm. Çox şükür ki, vaxtında ad üçün işlədim və indi ad mənim üçün işləyir.

- Bizneslə məşğul olmusunuzmu?

- Heç vaxt olmamışam. İnşallah, gələcəkdə istərdim ki, özüməməxsus brend geyim mağazam olsun.

- Nədən qıcıqlanırsınız?

- Bəzən yersiz suallardan. Ümumiyyətlə, qıcıq yaradan bütün hallardan qıcıqlanıram.

- Əsəbi olarkən nə edirsiniz?

- Həmin an çox çirkin oluram. Düzdür, səbrliyəm. Amma səbrim daşanda çox pis olur. Dəfələrlə olub ki, əsəbi olduğum zaman kimlərinsə xətrinə dəymişəm. Sonra üzr istəmişəm.

- Kiməsə əl qaldırmısınız?

- Xeyr.

- Nəyin yeri yoxdur?

- Əsas odur ki, bizim yerimiz var. Hamımız öz yerimizdəyik.

Xəbərlər     Baxılıb: 2550   Tarix: 04 avqust 2018
f Paylaş

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

hamilelikde qidalanma kosmetik vasiteler qis geyimləri 2026 avto qadın daban agrisi elme aid atalar sözləri heyvanlarin cinsi elaqesi kosmetika rus dili 2ci ders gunay haqisda gulmeli hakista qogal