"Sevgililər günü" ilə bağlı QEYRİ-ADİ ADƏTLƏR

"Sevgililər günü" ilə bağlı QEYRİ-ADİ ADƏTLƏRCütlüklərin səbirsizliklə gözlədiyi, əksər tənhaların isə ürək qızdırmadığı "Sevgililər günü"nə cəmi bir gün qalır. Bu tarix beynəlxalq bayram kimi qeyd olunsa da, bu gün o, dünyanın fərqli ölkələrində fərqli formalarda qeyd olunur.

Hindistanda ürək işarəsi həyat deməkdir. Həmin gün Hindistanda bir adama ürək vermək, ona həyatını həsr etmək mənasını verir.
Braziliyalılar "Sevgililər günü"nü 12 iyunda qeyd edir. Onlarda bu gün "Dia dos Namaorados" (Tərcümədə "Aşiqlər günü"- red.) adlanır. Braziliyada həmin gün qızlar bəyəndikləri kişilərin adlarını kağızlara yazıb bükürlər. Sonra kağızları qarışdırıb içindən birini seçirlər. Onlar kağızda yazılan adamın gələcəkdə ərləri olacağına inanırlar.

Qvatemalada 14 Fevral yalnız məhəbbət günü kimi deyil, məhəbbət, dostluq, ailə günü kimi qeyd olunur. Gənclər sevgililəri ilə vaxt keçirir, yaşlılar küçədə milli geyimlərdə gəzirlər.
Filippində hər il 14 Fevralda kütləvi şəkildə nikah mərasimləri keçirilir. Yüzlərlə gənc toyunu məhz bu günə salır. Beləcə, kişilər evləndikləri günü heç vaxt unutmur.

Çində "Sevgililər günü" ay təqviminə görə, 7-ci ayın 7-ci günündə qeyd olunur. Bu gün "Qi Xi Jie", yəni, "Yeddilərin gecəsi" adlanır. Əfsanəyə görə, Niulanq adlı bir çoban Tsin adlı bir pəriyə aşiq olur. Ancaq cənnət ilahəsi ikisinin evlənməsinə icazə vermir və pəri ölür. İnanca görə, onlar ildə yalnız bir dəfə bir körpünün üzərində görüşüb danışa bilirlər. Həmin tarixdə cütlüklər və subaylar məbədlərə gedib dua edirlər.

Yaponiyada isə 14 fevralda qadınlar əlləri ilə hazırladığı şokoladı sevdiklərinə verir və kişilərin rəyini öyrənirlər. Əgər kişilər şokoladı bəyənsə, bir ay sonra onlar da sevgililərinə şokolad hazırlayır. Bu bir aylıq müddət "Ağ gün" adlanır.

İngiltərədə də "Sevgililər günü" çox maraqlı qeyd olunur. Belə ki, bu bayram ərəfəsində İngiltərədə qadınlar iynə ilə yataqlarının kənarına dörd yarpaq tikir və yumurta yeyirlər. Beləliklə, gələcək ərlərini yuxularında görəcəklərinə inanırlar. Bu yalnız bir inanc olsa da, qadınlar illərdir ki, bu ritualı əyləncə xətrinə yerinə yetirir.

14 fevral Bolqarıstanda həm də şərab günüdür. Sevgililər də o günü şərab içərək qeyd edir.

Argentinalılar "Sevgililər günü"nü qeyri-adi şəkildə qeyd edir. Belə ki, onlarda iyul ayında şirniyyat həftəsi təşkil edilir. Bu həftə ərzində hər bir şirniyyata bir öpüşlə cavab verirlər. Bu mərasim, əslində, şirniyyat satışını artırmaq üçün keçirilir. Lakin ehtiraslı Argentina xalqı bu mərasimi çox sevir.

14 fevral tarixi son illərdə çox populyar olmasına baxmayaraq, Çexiyada ənənəvi "Sevgililər günü" mayın 1-i qeyd olunur. Həmin gün cütlüklər Petrin parkda görüşüb orada şair Karel Hinek Maxanın heykəlini ziyarət edir. Deyilənlərə görə, həmin gün albalı ağacının altında öpüşmək cütlüyə şans gətirir.

Estoniyada 14 fevral dostluq günü kimi qeyd olunur. Həmin gün romantik cütlüklər yox, sadiq dostlar bir-birini təbrik edir.
Bu tarix Finlandiyada da dostluq günü kimi daha çox məşhurdur.

14 fevralda Fransa aşiqlərin yaşadığı cənnətə çevrilir... Evlər, küçələr güllərlə bəzədilir, ağaclardan isə sevgi etirafları asılır. Qeyd edək ki, bu tarixdə sevdiyi qadına evlilik təklif etmək Fransada da geniş yayılmış adətdir.

2007-ci ildən etibarən kakao istehsalçısı kimi tanınan Qana turizmi artırmaq üçün 14 fevralı Milli Şokolad günü kimi qeyd edir. Bu tarixdə şəhərin küçələrində satıcılar şokolad sərgiləri təşkil edir.

14 fevral Rumıniyada quşların nişanlandığı gün kimi tanınır. Onlarda "Sevgililər günü" və baharın gəlişi eyni vaxtda qeyd olunur. Qızlar və oğlanlar meşəyə çiçək toplamağa gedir, bəziləri isə üzünü qarla yuyur. İnanclara görə, üzünü qarla yumaq sağlamlıq və xoşbəxtlik gətirir.

Cənubi Afrikada gənc qadınlar qollarına sevdiyi kişinin adını döymə etdirir.

Cənubi koreyalılar ancaq fevralın deyil, bütün ayların 14-ünü bayram kimi qeyd edir. May gül, iyun öpüş, dekabrın 14-ü isə qucaqlaşma günüdür.

İspanlar üçün ilin ən romantik günü 9 oktyabr "Müqəddəs Dionis" günüdür. Bu gün bir sıra məşhur festival və tədbirlər təşkil olunur, kişilər məhəbbətlərinin əlaməti olaraq tərəf-müqabilinə Mokadora verir.

Sevgililər günü Azərbaycanda 14 fevral tarixi ilə yanaşı, 30 iyunda da qeyd olunur. Bu tarix 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun vəfatından sarsılaraq intihar edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. Uşaqlıq dostları olan İlham və Fərizə 1989-cu ilin 30 iyun tarixində ailə qurublar./publika.az/

Maraqlı     Baxılıb: 3617   Tarix: 14 fevral 2016
f Paylaş

Oxşar xəbərlər

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

turlar.az

geyim necə seçməli donlar 2026 yay geyimləri 2026 moda lüğəti viktoriya sekret dil haqqinda atalar sozu bitki dərmanları kosmetika hakışta usaq geyimleri hakışda faydalı maskalar qız bürcü