Sevgilinizlə qucaqlaşanda belinizi sığallayırsa deməli...

Sevgilinizlə qucaqlaşanda belinizi sığallayırsa deməli...Sevdiklərimizlə qucaqlaşmaq hər birimizə müsbət təsir edir. Alimlərin araşdırmalarına görə, qucaqlaşmaq yalnız psixoloji deyil, sağlamlıq baxımından da xeyirlidir. 10 saniyəlik qucaqlaşma insan beynində stress hormonu olan oksitosinin azalmasına gətirir. Bu isə qan təzyiqini azaldır, infeksiya və yorğunluqla mübarizə aparır, depressiya simptomlarını azaldır. Bəs qucaqlaşma formalarının nə məna verdiyini bilirsinizmi? Ailem.az bununla bağlı maraqlı məlumatı təqdim edir.

Bir münasibətin fərqli xüsusiyyətlərini özündə ehtiva edən müxtəlif qucaqlaşma formaları var. Onlara diqqət etsəniz, sevdiyinizin sizin haqda nə düşündüyünü biləcəksiniz.

1. Əllərinizi sevgilinizin ciblərinə soxaraq qucaqlamaq

Əllərinizi partnyorunuzun ciblərinə soxa biləcək qədər rahat olmağınız, onun sizin üçün bir məna ifadə etdiyini göstərir.

2. Qolları sevgilinin belinə dolayaraq qucaqlamaq

Qollarınızı sevdiyiniz insanın belinə dolamağınız qoruma instinktini göstərir. Onun üçün daim güvən və rahatlıq yarada biləcəyinizə dair özgüvəninizin işarəsidir.

3. Gözlərinin içinə baxaraq qucaqlamaq

Sevgilinizin gözlərinin içinə baxaraq qucaqlamaq həqiqi və səmimi bir əlaqə yaratmağı bacardığınız anlamına gəlir. Onu qucaqlayaraq gözlərinin içinə baxdıqda demək olar ki, münasibətiniz fiziki həzzi aşıb, artıq qarşınızdakı şəxsin ruhuna bağlanmısınız.

4. Qucaqlaşarkən belini sığallamaq

Bu, rahatlamaq mənası daşıyır. Həmişə o insanın yanında olmaq istəyirsiniz. Ona dəyər verirsiniz. Bu davranışla yaxınlaşdığınız şəxs adətən problemlərinizi anlatmağa və eyni zamanda onunkunu də dinləməyə könüllü olduğunuz şəxsdir.

5. Qolları çiyinlərə qoyaraq qucaqlamaq

Sevgiliniz qollarını çiyinlərinizə qoyaraq qucaqlayırsa, bu hərəkət dostluğu göstərir. Deməli, inam dolu bir münasibət qurmusunuz, amma dostanə bir yolla.

6. Qucaqlayarkən belini oxşamaq

Bel oxşamaq da dostluğun göstəricisidir. Bu forma dostluqdan o yana bir yaxınlıq istəmədiyinizi bildirir. Dostluğun ilk mərhələlərində olan şəxslərin etdikləri hərəkətdir.

7. Qucaqlaşarkən araya məsafə qoymaq

Belə edən şəxslər var. Əgər biri sizi qucaqlayarkən aranıza məsafə qoyursa, bu, özünü narahat hiss edir deməkdir. Bu vəziyyət inamsızlığı, ya da anlaşmazlığı göstərir. Yenə də pis bir şey düşünmək olmaz. Bəlkə də sizi daha yaxşı tanımamasının göstəricisidir.

Aile.lent.az

Maraqlı     Baxılıb: 5512   Tarix: 31 avqust 2017
f Paylaş

Oxşar xəbərlər

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir - Rektor

ADA Universiteti fəaliyyətdə olduğu 17 il ərzində keyfiyyətli müəllimlərin axtarışını və yetişdirilməsini qarşısına prioritet məqsəd kimi qoyub.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafi

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

turlar.az

adlarin menasi geyim dəbləri hamiləlik veten haqqinda atalar sozu qadın alt paltarları cinsi infeksiyalar sümük və saç kosmetika vətən həsrətinə aid bayatılar layla dolça hakiwda vətən həsrəti