Sevgilisi Təranəyə xəyanət etdi: "Arxamca həbsxana qapılarına gələn bu oğlan..."
Prodüser Təranə Səmədova xəyanətə məruz qaldığını iddia edib.
Open.az xəbər verir ki, o, "İnstaqram"da sevgilisi Samirin Vəfa adlı xanımla münasibətdə olduğunu qeyd edib.
T. Səmədova sosial şəbəkədə hər iki şəxsin yazışmasını paylaşaraq onları ifşa edib. Belə ki, sözügedən xanım Səmədovanın onun profilini paylaşmasına etiraz edərək Samirə yazıb. Samir isə xanıma cavab verərək prodüseri polisə verməyi məsləhət görüb.
"Bu zəmanədə heç kimə inanmayın, güvənməyin. "Heç zaman" dedikləriniz belə sizi aldadar, arxadan vurar. Arxamca həbsxana qapılarına qədər gələn bu oğlan yeni bir qızla tanış olub. Səhifəsini izləyir, fotolarını bəyənir. Etdiyim bütün fədakarlıqların cavabı budur", - deyə Təranə paylaşdığı görüntülərə şərh yazıb.
O, daha sonra postun şərh bölməsində mövzu barədə növbəti dəfə açıqlama edib: "Qız bilə-bilə ki, Samir həyatımdadır, onunla danışır. "Direct"inə yazıram, cavab vermir. Hekayə bölməsində onun profilini paylaşdıqdan sonra reaksiya verir. Əsas günah Samirdədir. Amma xanım da hörmət qoymağı bacarmalıdır".










Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür