Sevgilisinin evlilik təklifini rədd etdi: "Səni sevmirəm"
Aparıcı Burcu Esmersoy bir ildir sevgili olduğu iş adamı Tuna Aksudan evlilik təklifi alıb.
Axşam.az-ın məlumatına görə, təxminən 25 min lirəlik qızıl dəsti ilə sevgilisinə evlənmə təklif edən Tuna gözlədiyi cavabı almayıb.
Daha əvvəl bir dəfə ərdə olmuş 40 yaşlı Burcunun onun təklifini rədd edərək deyib:
"Səni sevmirəm və buna görə də səninlə evlənməyi, hətta səndən uşaq dünyaya gətirməyi düşünmürəm".
O, daha sonra "Münasibətimiz gözəl gedir, evlənməyimizə ehtiyac yoxdur" deyərək pərt olmuş sevgilisinin könlünü almağa çalışıb.
f Paylaş