"Sevgim sonsuzdur, onsuz ölərəm" Məşhur müğənnimiz sevgisini belə etiraf elədi
"Bu mahnı 10 gün onsuz qaldığım zaman yaranıb. 10 gün mən xaricdə olmuşam və bu mahnı ortaya çıxıb. Bu, mənim üçün dəyərli olan şəxsə yazılıb. Həmin şəxsin adını orda çəkə bilməzdik, ona görə də, mahnının sözlərini dəyişdik".
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Ceyhun Əliyev ARB Ulduz-un "Şou məkan" verilişində deyib.
Sənətçi bildirib ki, "Onsuz" adlı mahnısını həyat yoldaşına yazıb:
"Onsuz, onsuz yaşanmaz onsuz. Bunu hər anımda anladım və çözdüm. Ona sevgim sonsuzdur, ölərəm onsuz. Bu, təbii ki, övladımın anasıdır.
Mənə hər dəfə deyirdilər ki, "Bal dadır", "Onsuz" mahnını niyə çıxartmırsan, saxlayırsan və ya niyə satmırsan? Dedim ki, bu mahnını yaxşı təqdim edəcəm".
Ceyhun bir çoxlarının ona paxıllıq etdiyini deyib:
"Şou-biznesdə və kənarda bilirəm ki, bir çox adama qıcıq yaradıram. Bəzi insanlar da məndə qıcıq yaradırlar. Qısqanclıq, gözügötürməməklik məni narahat etmir. Əgər orda dayanıb qalsam, yaradıcılığımda addımlaya bilmərəm".
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin