"Səy-səy danışırsan" - Faiq Ağayevdən Damlaya
Xalq artisti Faiq Ağayev müğənni Damlanı tənqid edib.
Open.az xəbər verir ki, "Söhbətsiz" verilişinə qonaq olan müğənni aparıcının Damlanın dediyi "Azərbaycanda meqastar yoxdur" sözlərinə sərt reaksiya verib:
"Meqastar ölkənin ən nailiyyətli müğənnisi anlamına gəlir. Bu savaddan irəli gəlir. Onlar "meqa" sözünün nə olduğunu bilmirlər. Məsələn, mən "meqa" ilə "giqa" arasındakı fərqi onlardan soruşsam, bilməyəcəklər.
Ölkədə ən nailiyyətli ifaçı "meqastar" sayılır. Ona kimyadan sual versək, desək ki, kükürdlə su reaksiyaya girə bilər? Cavabında deyəcək ki, bu nə səy-səy danışırsan mənlə? Axı sən də "meqastar yoxdur" deyəndə, səy-səy danışırsan.
Müsabiqələrin birində Damlanın münsifi olmuşam. O zaman ona dedim ki, sən səsinə çox güc verirsən. Mənə elə gəlir ki, öz üzərində çalışmalıdır. İllər öncəki ifamla indiki arasında fərq var. Bu sözləri peşəkar, vokal üzrə dərs keçmiş bir insan kimi deyirəm".









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür