"Sibelcan" adı ilə kişiləri "tora" salan qadın - Bakıda ağlasığmaz cinayət

"Sibelcan" adı ilə kişiləri "tora" salan qadın - Bakıda ağlasığmaz cinayətBakı şəhər sakini, 1975-ci il təvəllüdlü Dünya Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Teleqraf.com xəbər verir ki, Dünya Cəfərova 2013-cü ilin aprel-sentyabr aylarında bir qrup şəxslə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib.

Dünya Cəfərova başqa şəxsin təklifi ilə ayrı-ayrı şəxslərlə telefon əlaqəsi yaratmaqla, onlarla cinsi əlaqəyə girməyi, sonradan guya həmin şəxslər tərəfindən zorlanmaya məruz qalması barədə həqiqətə uyğun olmayan ərizələr yazıb.

Dünya Cəfərovanın tanışı həmiş şəxsləri iş yerinə dəvət edərək barələrində rüsvayedici məlumatlar olduğunu deyib və məlumatların yayılmaması üçün külli miqdarda pul tələb edib.

Dünya Cəfərova 2013-cü il mayın əvvəllərində başqa şəxsin ona verdiyi nömrəyə zəng edib. O, nömrə sahibi olan Bakı şəhər sakini Samir İsmayılov ilə əlaqə yaradıb və özünü "Sibelcan" adı ilə təqdim edib.

Dünya Cəfərova ilə Samir İsmayılov ilə mayın 7-də intim əlaqəyə girib. Bundan bir gün sonra Dünya Cəfərova Samir İsmayılov tərəfindən zorlanması barədə ərizə yazıb. O, adı istintaqa məlum olmayan şəxs vasitəsi ilə həmin ərizəni Samir İsmayılova çatdırıb.
Araşdırma aparılması adı ilə həmin şəxs Samir İsmayılovu mayın 14-də özünün iş yerinə dəvət edib və şikayətçi qadına qarşı zor tətbiq etdiyinə görə barəsində cinayət işi başlanacağı və cinayət məsuliyyətinə cəlb ediləcəyi təqdirdə intim həyatı ilə bağlı rüsvayedici məlumatların yayılacağını deyib. Onlar Samir İsmayılovdan 8 min manat tələb ediblər.
Bundan sonra Dünya Cəfərova "Sibelcan" adı ilə Biləsuvar rayon sakini Vasif Kiçikəliyevə zəng vurub.

O, mayın 24-də Vasif Kiçikəliyev ilə görüşərək intim əlaqədə olub. Daha sonra Vasifin dostu Fərrux Eyvazov da özünü "Sibelcan" kimi təqdim edən Dünya Cəfərova ilə cinsi əlaqəyə girib.
Daha sonra Dünya Cəfərova guya iki dost tərəfindən zorlanmasına dair hüquq-mühafizə orqanlarına ərizə yazıb. Bu adla həm Vasif Kiçikəliyevə və həm də Fərrux Eyvazova hədə-qorxu gələrək hər birindən 10 min manat tələb ediblər. Həbs olunacaqlarından qorxuya düşən iki dost onun və onunla birlikdə hədə-qorxu gələnlərə 10 min manat veriblər.
Daha sonra Dünya Cəfərova "Tanya" adı ilə İmişli rayon sakini Qaçay Əliyevə zəng edib. Qaçay Əliyev ilə tanış olan Dünya Cəfərova həmin gün onunla cinsi əlaqəyə girib. Dünya Cəfərova sonra Qaçay Əliyevin dostu Fəxrəddin Cəlilov ilə görüşüb. O, Fəxrəddin Cəlilov ilə də cinsi əlaqədə olub.
Hər iki dostla cinsi əlaqədə olan Dünya Cəfərova başqa tanışı vasitəsi ilə onları şantaj edib və hər birində 3000 min manat tələb edib. O, Fəxrəddin Cəlilovdan 3000 manat ala bilsə də, Qaçay Əliyevdən pul ala bilməyib. Tələb olunan pulu tapa bilməyən Qaçay Əliyev hüquq-mühafizə orqanlarına şikayət edib.
Dünya Cəfərova 2014-cü ilin iyulun 17-də həbs edilib.
O, Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmək) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dünya Cəfərova 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Dünya Cəfərova apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, ona həbs olmayan cəza ilə cəzalandırılmasını xahiş edib.

Dünya Cəfərovanın şikayəti Bakı Apelyasiya Məhkəməsində araşdırılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Dünya Cəfərovanın şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan Dünya Cəfərova Ali Məhkəməyə müraciət edib. Dünya Cəfərovanın şikayəti təmin edilməyib.

Xəbərlər     Baxılıb: 2107   Tarix: 24 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Bağırsaq sağlamlığını yaxşılaşdırmağın 5 elmi yolu

Bağırsaq sağlamlığı təkcə həzm sistemi üçün deyil, həm də immunitet, enerji səviyyəsi və hətta psixi vəziyyətimiz üçün həlledici rol oynayır. Elm sübut edir ki, bağırsaq mikrobiomumuzu (orada yaşayan faydalı bakteriya v

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Ev heyvanları ilə bağlı vacib XƏBƏRDARLIQ: Səbəb tükdür?

"Ev heyvanları bəzi insanlarda allergiya riskini artıra bilər". xəbər verir ki, bnunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onun sözlərin

.

Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil

Jujube (hünnap) yüksək C vitamini tərkibi ilə limon və portağalı geridə qoya bilər. Uzaq Şərq təbabətində uzun illərdir istifadə olunan bu meyvənin immunitet sistemini gücləndirdiyi bildirilir. xəbər verir ki, mütəxəssisləri

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

turlar.az

geyim dəbləri sac duzumleri həkim məsləhəti qaynar qazan sengulum nagili körpə gəzintidə hakışta sözləri kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır saglam qidalanma tapmaca sac modelleri laylalar