Sinir sistemi xəstəliklərinə qarşı XALQ TƏBABƏTİ üsulları

Sinir sistemi xəstəliklərinə qarşı XALQ TƏBABƏTİ üsullarıSİNİR SİSTEMİ XƏSTƏLİKLƏRİNƏ VƏ BAŞ AĞRISINA QARŞI İŞLƏDİLƏN DƏRMAN MADDƏLƏRİ: 
 Əsəb sakitləşdirici dərman kimi damotundan dəmləmə, tinktura və duru ekstrat formasında istifadə edilir. Dozası: Dəmləməni gündə 3-4 dəfə xörək qaşığı ilə, tinkturanı 3 dəfə 25 damcı: ekstratı 3-4 dəfə 40 damcı qəbul etməli.
Sinir sistemi xəstəliklərində zəfəran tinkturası xeyirlidir. O, sinir sistemini tonuslandırır. Dozası: Gündə 3 dəfə 25-30 damcı qəbul etməli.
Əsəb sistemini sakitləşdirmək üçün bal faydalıdır. İstifadə qaydası: Bir ay ərzində yatmazdan yarım saat əvvəl bir stəkan suya 2-3 qaşıq bal qatıb içməli.
Pişikotunun dəmləməsi, tinkturası və ekstratı sinir sistemi xəstəlikləri zamanı sakitləşdirici dərman kimi işlədilə bilər. Qaydası: Dəmləməni gündə 3 dəfə xörək qaşığı ilə, tiknturanı 15-20 damcı, ekstratı 30-40 damcı qəbul etməli.
Xardal yemək yaddaşı yaxşılaşdırır.
Əncir və fındıq beyin fəaliyyətini gücləndirir, fəhmi artırır. faydalıdır.
Sinir sistemi xəstəliklərində düyü yemək xeyirlidir.
Balqabaq mürəbbəsi beyin fəaliyyətini gücləndirir.
Xörəkdə istiot, dəfnə tumları və zəncəfil işlətmək hafizəni gücləndirir.
Qoza mürəbbəsi sinir sistemi üçün faydalı vasitələrdəndir. Bu məqsədlə şam qozasının içini çıxarır, bal və suda bişənədək qaynadırlar. Ədviyyat əlavə edilə bilər.
Kəklikotu gülünün mürəbbəsi beyin fəaliyyətini və zchni qüvvətləndirir. Gül yağı baş və beyin üçün çox münasibdir. Buruna gülab çəkmək huşsuzluğa qarşı faydalı olmaqla bərabər, diqqəti möhkəmləndirir. Bu baxımdan yasəmən və nərgiz iyləmək də faydalıdır.
Çöl kökü mürəbbəsi sinir sistemini gücləndirən vasitələrdəndir.
Gül mürəbbəsi beyinin fəaliyyətini gücləndirməklə yanaşı, iflic üçün də faydalıdır.
Sinir sistemi xəstəliklərində darçın işlətmək münasib sayılır.
Əsəb ağrıları üçün çobanyastığı gülü işlətmək şəfaverici təsir göstərir. Qaydası: 1 xörək qaşığı quru çobanyastığı gülünü 100 qram qaynadılmış suda 1 saat dəmə qoyur, süzüb şəkər əlavə edərək içirlər.
Əsəblər yorulanda bədmüşk gülünün və ya yarpağının dəmləməsindən İstifadə etmək məsləhət görülür. Qaydası: Bitkinin 50 qram qurudulmuş gülünü 1 litr qaynar suda 12 dəqiqə dəmləmək lazımdır (şəkər qatmaqla dadını şirinləşdirmək olar).
Əsəbləri möhkəmləndirmək üçün badam təsirli vasitələrdən hesab olunur. İstifadə qaydası: Badamı isladıb qabığını soyaraq hər dəfə 10 ədəd yemək məsləhət görülür.
Əsəbilik hallarında və yuxu qaçdıqda yatmazdan əvvəl alma yemək məsləhət görülür.
Yuxusuzluq dərmanı kimi itburnu meyvəsi münasib sayılan vasitələrdəndir. İstifadə qaydası: Təzə dərilmiş və quru meyvələrdən 50 qram götürüb ortadan kəsərək 1 litr soyuq suda 3 saat islağa qoyurlar. Sonra onu mülayim od üzərində 5 dəqiqə qaynadır, 15 dəqiqə dəmə qoyub, şəkər əlavə edərək gün ərzində bir neçə dəfə içirlər.
Zehni əməklə məşğul olanlara çoxlu soğan işlətmək məsləhət görülür.
Yuxusuzluq hallarında pərpələng bir dərman vasitəsi kimi işlədilə bilər. Bu məqsədlə 25 qram pərpələngi 1 litr suda dəmləyib içməli.
Əsəb xəstəliyi hallarında 5-10 gün ərzində yarpız və kəklikotunu dəmləyib içmək məsləhət görülür.
Sklerozu sarımsaqdan hazırlanmış ekstrat ilə müalicə etmişlər.
Yuxusuzluq hallarında işlədilən vasitələrdən biri pişikotunun dəmləməsidir. İstifadə qaydası: Bitkinin quru kökündən 60-100 qram götürür, 1 litr suda 12 saat saxlayıb süzürlər. Yatmazdan əvvəl 1 fincan içməli.
Baş gicəllənməsi hallarında gündə 2-3 diş sarımsaq yemək faydalıdır. Bu, həm də baş ağrılarını kəsir.
Darçın yağını bədənə sürtmək və onunla masaj etmək iflic və titrəmə zamanı xeyirlidir.
Bal baş ağrısını sakitləşdirir. Bu məqsədlə bir ay ərzində yatmazdan yarım saat əvvəl bir stəkan suya 2-3 qaşıq bal qatıb içməli.
Gavalı şərbəti və ispanaq xörəkləri baş ağrısını sakitləşdirir.
Baş ağrıyanda zoğal qurusu işlətmək şəfaverici təsir edir. İstifadə qaydası: Yarım stəkan zoğal qurusunu qaynadıb süzür, sonra əl ilə ovub tumunu çıxarırlar. Ona 100 gram düyü, 1 xörək qaşığı un əlavə edib bişirirlər. Yeyərkən 2 xörək qaşığı şəkər tozu əlavə edilir.
Baş ağrısı üçün çobanyastığı işlətmək şəfa verər. İstifadə qaydası: 1 xörək qaşığı quru çobanyastığı gülünü 100 ml qaynanmış suda 1 saat dəmə qoyur, süzüb şəkər əlavə edərək içirlər.
Sevinc Hüseynova 
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 2462   Tarix: 05 aprel 2023
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

turlar.az

sac duzumleri geyim necə seçməli toy makiyaji sekilleri toy qabağı saç hörükləri dogusdan sonra matkanin yigilmasi sepgilere qarsi maska kosmetika burcler haqqinda nağıllar novruza aid hakisda yemekler veten haqqinda bayati