Sinklə zəngin qidalar: Virusdan da qoruyur?

Sinklə zəngin qidalar: Virusdan da qoruyur?Viruslardan qorunmaq üçün güclü immunitetin zərurətə çevrildiyi bir məqamda sağlam qidalanma mühüm əhəmiyyət kəsb edir.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, mütəxəsisslərə görə, burada önəmli olan bir məqam sinklə zəngin qidalaraı izləməkdir. Bu mikroelementin çox zaman unudulduğu bildirilir. Halbuki onun çatışmazlığı maddələr mübadiləsini kompleks şəkildə pozmağa qadirdir. Belə olan halda ən çox immunitet sistemi əziyyət çəkir. Sink zülallar və DNT istehsalı, əzələlərin böyüməsi və bərpası üçün, dad və qoxu hissi üşün, eləcə də yaraların sağalması üçün çox önəmlidir. Sink həm də immun sisteminə bakteriya və viruslarla mübarizədə kömək edir, həzmi yaxşılaşdırır və hormonların istehsalını tənzimləyir.
Çoxsaylı klinik tədqiqatlar göstərir ki, sink soyuqdəymə başlayandan  sonrakı ilk gündə qəbul olunarsa, orqanizm daha sürətlə canlanır. Mütəxəssislər hesab edirlər ki, bədəndə kifayət qədər sink virusların yayılmasına mane ola bilər, çünki sink virus patogenləri üzərində qoruyucu bir membran meydana gəlməsini stimullaşdırır, bu da onların tənəffüs yollarında selikli qişalara daxil olmasının qarşısını alır.
Bəs sinklə zəngin qidaları necə müəyyənləşdirmək olar?
Sinkin daha çox göyərtilərdə, qırmızı ətdə, dana qaraciyərində, istiridyada (balıq növü), günəbaxan tumlarında, balqabaqda, qoz-fındıqda, küncüt toxumunda, mərci və soyada toplandığı bildirilir.
Amma bitki məhsullarında olan sink ət və dəniz məhsulları ilə müqayisədə daha pis sorulur. Orta hesabla bir yetkin insan gündə 40 mq-a qədər sink qəbul etməlidir. Gənclər üçün bu, 30 mq-a, uşaqlar üçün isə 15-dən 20 mq-a qədər olmalıdır.
Amma çatışmazlıq kimi, sinkin artıq olması da orqanizm üçün xoş nətə  sayılmır. Xəstələnməmək qorxusu ilə bağlı yalnız sink tərkibli məhsullar qəbul etmək olmaz. Qidaları balanslı qəbul etmək daha yaxşıdır.
Bundan başqa, 1 kq almada, portağalda, limonda, əncirdə, qreypfrutda, bütün lətli meyvələrdə, yaşıl tərəvəzlərdə, mineral sularda  0,25 mq-a yaxın, 1 kq balda 0,31 mq-a qədər sink olduğu bildirilir.
Moruqda, qara qarağatda, əksər dəniz balıqlarında, yağsız mal ətində, süddə, təmizlənmiş düyüdə, adi və şəkər çuğundurunda, pomidorda, kartofda, turpda, çörəkdə 2-8 mq/kq-a yaxın sink olur.
Soğanda, sarımsaqda, təmizlənməmiş düyüdə, yumurtada 8-20 mq/kq sink var.
Kakaoda, yumurta sarısında, dovşan, toyuq ətində, qozda, noxudda, lobyada, yaşıl çayda, qurudulmuş balatada 20-50 mq/kq-a yaxın sink olur.
Mal qara ciyərində, bəzi balıq növlərində 30-85 mq/kq-a yaxın sink var.
Buğda yarmasında, cücərmiş buğda dənələrində, boranı və günəbaxan tumlarında isə 130-202 mq/kq-a yaxın sink mövcuddur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1728   Tarix: 29 mart 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

geyim seçimi yay kolleksiyasi gözəllik məhsulları ev dizaynlari qonaq otagi royanin oglu şirniyyatların hazırlanması buga burcu 2026 kosmetika novruz hakistalari qoğalın nağlı yemek reseptleri qiz burcu gulmeli hakista