Siqaret tüstüsündə koronavirus təhlükəsi – Mütəxəssis AÇIQLADI

Siqaret tüstüsündə koronavirus təhlükəsi – Mütəxəssis AÇIQLADIAilə təbabəti üzrə mütəxəssis professor Dilek Toprak siqaretin nəfəs alınmasından sonra koronavirusun ötürülmə riski olduğunu söyləyib.
Publika.az xəbər verir ki, mütəxəssis siqaret və tütün asılılığının vacib ictimai sağlamlıq problemi olduğunu və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə dünyada təxminən 7 milyon insanın tütün istifadəsi səbəbilə öldüyünü bildirib. O, tütünün pandemiya zamanı siqaret çəkənlərə həmişə olduğundan daha çox ziyan vurduğunu deyib:
"5 əsas araşdırmanı əhatə edən "Tütün tətbiq olunan xəstəliklərdə" adlı sistemli araşdırmada siqaret çəkənlərdə COVID-19 səbəbilə ağır simptomların yaranma riski çəkməyənlərə nisbətən 1,45 dəfə, reanimasiyada olanlarda isə 2,4 dəfə artdığı ortaya çıxıb. 1099 nəfərin iştirakı ilə Çində aparılan geniş araşdırmada, 1,3 faizinin siqaret çəkməyi tərgidənlər və 1,8 faizinin isə yüksək aludəçisi olduğu da daxil olmaqla bu xəstələrin 173 nəfərinin ağır vəziyyətdə olduğu bildirilib. Reanimasiyaya yatırılan və ya ölənlərin 25,5 faizinin aktiv siqaret çəkənlər, 7,6 faizinin isə siqareti buraxanlar olduğu müəyyən edilib. Yüngül xəstəlikləri olan insanlarda aktiv siqaret çəkmə nisbəti yalnız bir faizdir. Bununla da siqaret çəkən koronavirus xəstələrinin çəkməyənlərə nisbətən daha ciddi əziyyət çəkdiklərini söyləmək olar".
Dilek Toprak siqaretin ağciyəri qoruyan və nəfəs almağa imkan verən səthi aktivant zülalına və immun hüceyrələrə təsir etdiyini, təsirə məruz qalan toxunulmazlıq elementlərindən biri olan tənəffüs yollarının siliyer epiteliyində dəyişikliklərin olduğunu qeyd edib. Ağciyərlərin uzun müddət siqaret tüstüsünə məruz qalması səbəbindən tutumun azaldığını deyən həkim, onun havadan oksigen ala biləcək qədər sahəyə sahib olmadığını bildirib.
"Bu, onun əsas vəzifəsidir. Bədənin tələb etdiyi oksigeni təmin edə bilmir və ya oksigeni təmin etmək üçün daha çox səy göstərmək gücündə olmur. Normaldan daha az tutarlılığa sahib olur, bu da nəfəs yollarına təsir edir və infeksiyaya zəmin yaradır. Siqaret çəkən COVID-19 xəstələrində ürək və xərçəng kimi xəstəliklər olduqda, bunlarla əlaqəli əlverişsiz hallar daha çox müşahidə olunur".
Akqabay

Sağlamlıq     Baxılıb: 1975   Tarix: 27 may 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

turlar.az

geyim və ayaqqabılar kosmetoloq geyim necə seçməli 2026 donlari arıqlama sirləri gəlin qayınana qadın döşü kosmetika kokelmek prostat qurd xəstəliklərinə qarşı mualicə rus dilini oyrenek 2ci ders veten seirleri