Siqaretdən 10 qat daha zərərli: Hər evdə var
Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha çox artırır.
Milli.Az xəbər verir ki, ətirli şam və ya tüstü yandırarkən mühitə aşağıdakı zəhərli qazlar yayılır:
Kükürd dioksid
Karbon monoksid (dəm qazı)
Azot oksid
Bu qazların təsiri siqaretdən gələn tüstüdən 4 dəfə daha güclü və təhlükəli ola bilər.
Sağlamlıq üçün risklər
Qısa müddətli təsirlər: Ağciyərlərdə, gözlərdə, burun və boğazda qıcıqlanma, öskürək, asqırma və tənəffüs çətinliyi.
Uzun müddətli təsirlər: Xroniki bronxit, ürək-damar xəstəlikləri və ağciyər xərçəngi riskinin artması.
Şamların yaydığı partikullar astma krizlərini tətikləyə bilər.
Təbii şamlar tam təhlükəsizdirmi?
Bəzi insanlar riskləri azaltmaq üçün təbii arı mumundan hazırlanan şamlara üstünlük verirlər. Lakin araşdırma göstərir ki, bunlar da tam təhlükəsiz deyil. Belə şamların tərkibindəki bəzi komponentlər otaq havasındakı ozonla reaksiyaya girərək zəhərli yan məhsullar yarada bilir.
Lalə Qüdrətova
Milli.Az









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
İsti havalarda su əvəzinə süd için
Məşhur fenomen süni dolğu infeksiyası səbəbindən əməliyyat olundu
47 yaşlı aktrora xərçəng diaqnozu qoyuldu
Aparıcıdan diqqət çəkən paylaşım: "Sizi çox gözəl tanıyıram
İnsan neçə dəqiqəyə yuxuya getməlidir?
Tanınmış müğənni 84 yaşında vəfat etdi
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
Professor D vitamini çatışmazlığının risklərini açıqlayıb
Məzuniyyətdə işdən uzaq qalmaq niyə vacibdir?
İllər sonra Bakıdadır