Siqaretdən imtina etmək istəyənin ən güclü silahı onun iradəsidir

Siqaretdən imtina etmək istəyənin ən güclü silahı onun iradəsidirHər il noyabrın üçüncü cümə axşamı Ümumdünya Tütündən İmtina Günü qeyd edilir. Həmin gün 1977-ci ildə ABŞ-ın Onkoloji Cəmiyyəti tərəfindən təsis edilib.
Son illər ölkəmizdə də tütündən istifadənin azaldılması sahəsində xeyli iş görülüb. 2017-ci il dekabrın 1-də Milli Məclisdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunun qəbul edilməsi bu sahədə ən uğurlu addımdır. Həmin Qanunun qəbulundan sonra da tütünün sağlamlığa vurduğu zərərin azaldılması üçün ardıcıl tədbirlər həyata keçirilir.
Dünyada hər on saniyədən bir tütündən ölüm halının baş verdiyini nəzərə alsaq, bu zərərli vərdişin necə dəhşətli bəla olduğunu təsəvvür etmək mümkündür. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat verən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Gülnar Qasımzadə deyib: "Tütünün istifadə olunması ağız boşluğundan başlayır və orqanizmə daxil olduğu andan zərərli təsirini göstərir. Lakin onun zərərini yalnız bir orqanla məhdudlaşdırmaq olmaz. Nəzərə alsaq ki, qan oksigenlə təchiz olunur və ağciyərlərdə gedən qaz mübadiləsi nəticəsində qan oksigeni orqanizmə daşıyır. Tütün istifadəsi zamanı isə tənəffüs oksigenlə deyil, qazlardan ibarət hava ilə gedir. Bu, çox təhlükəlidir. Yəni onun istehlakı hüceyrələrə toxuma səviyyəsində öz zərərli təsirini göstərməyə başlayır. Ürək-damar, xroniki obstruktiv ağciyər, bronxial astma xəstəlikləri və hətta xərçəngin 20-dən çox növünün yaranmasına səbəb olur. Hər il dünyada 8 milyondan çox insan tütünçəkmənin zərərli təsirinin yaratdığı qeyri-infeksion xəstəliklərə yoluxma nəticəsində həyatını itirir. Onların 1 milyon nəfərini passiv siqaret çəkənlər təşkil edir".
Müsahibimiz siqaretdən imtinanın doğurduğu dəyişikliklər barədə bildirib: "Siqaretdən imtina edən şəxsin ən böyük və güclü silahı onun iradəsidir. İradəsinə hakim olan hər kəs ondan istədiyi anda imtina edə bilər. Əlbəttə ki, bu, fərdi xüsusiyyət daşıyır və daha çox psixoloji səbəblərlə bağlıdır. Siqaret çəkən şəxsin əlləri və ayaqları zərərli vərdişin yaratdığı təsirin nəticəsində həmişə isti olur. İmtinadan sonra əl və ayaqlarda soyuma, bəzən büzüşmə yaranır və belə hal təşviş hissi yaradır. Lakin əslində bu, uyğunlaşma dövrüdür və bədən öz daxili temperaturunu qorumağa çalışır. Lakin səbirlə buna dözüm göstərdikdə bədənin uyğunlaşması çox müsbət keyfiyyətlərə səbəb olur. Araşdırmalar göstərir ki, siqaretdən imtina edilən andan orqanizmdə müsbət dəyişikliklər başlayır. İmtinadan üç-dörd ay sonra insan özünü çox gümrah hiss etməyə başlayır. Ağciyərləri oksigenlə daha yaxşı təmin olunur, səhər yuxudan oyananda özünü daha xoşbəxt hiss etmək ovqatı yaranır. Hətta bəziləri özlərini ikinci dəfə doğulmuş kimi hiss edirlər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 993   Tarix: 28 noyabr 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

qadin sayti gelinlikler geyim və ayaqqabılar daban agrisi sizanaga qarsi maskalar 1 hefteye 5 kq ariqlamaq göyəmin faydası kosmetika gunay vətən həsrətinə aid bayatılar maraqli hakistalar cinsi əlaqə novruz haqistalari