Siqaretdən sonra zədələnmiş ağciyərlərin təmizlənməsi üsulları

Siqaretdən sonra zədələnmiş ağciyərlərin təmizlənməsi üsullarıOrqanizmdən toksinləri təmizləmək üçün 4 üsul.

Hamıya məlumdur ki, siqaret çəkmək insanların sağlamlığına çox mənfi təsir göstərir. Xüsusilə də ağciyərlər böyük riskə məruz qalır. Siqaret çəkənlərin udduğu tüstü tənəffüs yollarının selikli qişasını yandırır. Bu tüstünün tərkibinəd toksinlər və digər zərərli maddələr vardır ki, onlar müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Siqaret çəkənlərin ağciyərləri dəhşətli görnüşə malik olur, onlar qara rəng alır, bəlğəmlə dolur, xırda damarlar isə ümumiyyətlə tıxanır. Bütün bunların nəticəsində nikotin qəbulu tənəffüs sisteminin işini pozur, xırıltılar, öskürək, təngnəfəslik yaranır.

Əgər siz bu zərərli vərdişdən əl çəkmək fikrinə düşsəniz belə, sizin ağ ciyərləriniz əlavə yardım tələb edəcək. Çünki toksinlər həmin anda orqanizmdən çıxmırlar. Aşağıda göstərilən 4 üsul siqaretdən sonra ağgiyərlərinizi təmizləməkdə sizə kömək edəcək.

1. Yulaf yarması ilə təmizləmə

Yulaf yarması ilə südün qarışığı orqanizmdən toksinləri çıxartmağa kömək edəcək. Bunun üçün 1 stəkan yulaf dənələrini 0,5 litr qaynamış təzə südə tökün. Qoyun südün yarısı zəif odda buxarlansın, amma bu zaman onu qarışdırmağı unutmayın. Nəticədə, təxminən yayım stəkan açıq qəhvəyi rəngli qatı sıyıq alınacaq. Onu hər gün, gündə 1 dəfə isti vəziyyətdə, yeməkdən 30 dəqiqə əvvəl qəbul edin. 5-7 gündən sonra ağciyərləriniz təmizlənməyə başlayacaq. Sizi öskürək narahat edə bilər, o cümlədən, laxta şəklində yaşıl və ya boz bəlğəm gələ bilər.

2. Kəklikotu və bənövşə həlimi

Bu həlim tənəffüs yollarında yerləşən epitelini kirpikcikləri stimullaşdırır. Həlimin hazırlanması üçün 1 xörək qaşığı üçrəngli bənövşəni və 1 xörək qaşığı kəklikotunu qaynamış suya tökün. Həlimi təxminən 1 saat saxlayın ki, cövhər alınsın. Həlim olan qabın üstünü dəsmal ilə örtməyi unutmayın. Həlimi gündə 1 neçə dəfə, isti şəkildə qəbul edin. Ancaq ona şəkər əlavə etməyin. Həlimdən müntəzəm istifadə etsəniz ağciyərləriniz tezliklə bəlğəmgətirici təsir olmadan qətran və bəlğəmdən azad olacaq.

3. İnhalyasiya

İnhalyasiya ağciyərləri toksinlərdən təmizləmək üçün effektli vasitə hesab edilir. Hansı ki, həmin toksinlər siqaret çəkdikdən sonra da tənəffüs yollarında qalırlar. İnhalyasiyanı aşağıdakı qaydada etmək olar: emallı qazanı su ilə doldurun və odun üzərinə qoyun. Su qaynayanda odu azaldın və suya 1 çay qaşığı şam, marjoram və ya evkalipt yağı əlavə edin, sonra başınızı qaba yaxınlaşdırıb dəsmalla örtün və 5-10 dəqiqə otların ətrini qoxlayın. Dərindən nəfəs almaq və verməklə ancaq ağzınızla nəfəs alın. Belə inhalyasiyanı 2 həftə ərzində hər gün etmək lazımdır.

4. Süd

Süd ağciyərləri toksinlərdən təmizləyən ən yaxşı vasitə hesab edilir. Effektli olması üçün hər gün yuxudan əvvəl isti südə 1 çay qaşığı bal və ya bir neçə damcı iynəyarpaqlı yağı qataraq için. Siz beləcə ağciyərdəki seliklərdən azad ola bilərsiniz.
Siz hələ də siqaret çəkirsiniz? Tezliklə bu zərərli vərdişdən uzaq olun. Əks halda o, sizin və yaxınlarınızın sağlamlığına zərər vuracaq. Ancaq siqareti atsanız, bu 4 qayda ağciyərlərinizi təmizləməyə kömək edəcək.

Nigar

Sağlamlıq     Baxılıb: 6746   Tarix: 26 may 2015
f Paylaş

Oxşar xəbərlər

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

turlar.az

yay geyimləri 2026 yaz geyimleri 2026 hamiləlik xina ucun hakistalar cennet almasi şirniyyat resepti hicablı geyimlər kosmetika veten haqqinda bayati novruz bayramına aid tanisliq turpun nağlı layla