Siqareti tərgitmək istəyənlərə MENYU: 20 gün ərzində iki qaşıq...

Siqareti tərgitmək istəyənlərə MENYU: 20 gün ərzində iki qaşıq...Bir çox insan siqareti tərgitmək üçün sözün həqiqi mənasında mübarizə aparır. İradəli insanlar bunun öhdəsindən gəlir, digərləri isə siqaretə məğlub olur. Lakin gündəlik yediyimiz qidalar arasında siqareti tərgitməyə kömək edənlər də az deyil. Məsələn, türkiyəli dietoloq Aslıhan Kiçik deyir ki, süd içdikdən sonra çəkilən siqaret pis dad verir. Bu səbəbdən də siqaretdən imtina etmək üçün südün xeyli faydası var. Aile.lent.az mütəxəssisin siqareti tərgitməyə kömək edən qidalar haqda verdiyi bilgini təqdim edir.

Həkimin sözlərinə görə, bəzi qidalar çəki artırmadan siqareti tərgitməyə köməkçi olur: "Ürəyiniz siqaret çəkmək istədikdə və nikotinə ehtiyac duyduqda badımcanın tərkibindəki nikotinlə özünüzü rahatlaşdıra bilərsiniz. İlk 1 ay pomidor suyu içmək də siqareti tərgitməyi asanlaşdırır. Həm siqaretdən imtina edib, həm də sağlam və gümrah olmaq istəyirsinizsə, pomidor suyundan faydalanın. Pomidor suyu və siqaret beyində eyni bölgəni xəbərdar etdiyi üçün siqareti tərgitmək mümkündür. Siqareti tərgitməyə kömək olan digər qidalar arasında banan da var".

Aparılan araşdırmalardan biri sübut edib ki, iyirmi gün ərzində yeyilən iki yemək qaşığı yulaf sıyığı nikotin asılılığını azaldır. Ekspert qeyd edir ki, aşağı kalorili "atışdırmalıqlarla" ağızı məşğul etmək çəki artırmadan siqareti tərgitməkdə faydalıdır: "Siqareti tərgidən insanların bəlkə də ən çox çətinlik çəkdikləri məqam əl vərdişidir. İnsanlar əllərinə keçəni yeyərək siqaretlə aralarındakı fiziki vərdişi doldurmağa çalışırlar. Bax, elə çəki artıran əsl faktor bu tez-bazar yeməkdən qaynaqlanır".

Yemə ehtiyacını azaltmaq və yaranan boşluğu doldurmaq üçün şirniyyat, şokolad, çips, tum kimi yüksək kalorili qidalar əvəzinə, saqqız, xiyar, təzə və quru meyvə, aşağı kalorili qəlyanaltılar seçmək lazımdır. Xüsusilə, kivi və kök suyu içmək nikotini bədəndən təmizləyir. Buna görə də dietoloq yüksək lifli qidalara yönəlməyi məsləhət görür: "Siqaret aludəçiləri siqaret çəkdikdən sonra bağırsaqlarının aktiv işlədiyini deyirlər. Siqareti tərgitdikdən sonra qəbizlik problemi yaşamaqdan qorxmayın! Tam taxıllı, çovdarlı, kəpəkli məhsullar, bol meyvə-tərəvəz, təbii qatıq yeyərək bağırsaq problemlərinə qarşı mübarizə apara bilərsiniz".

Nikotinin dad bilmə duyğularına təsir etdiyini bilirsiniz? Siqareti tərgitdikdən sonra yediyiniz yeməklərin və içkilərin dadını daha yaxşı bilməyə başlayar, iştaha nəzarət etməkdə çətinlik çəkərsiniz. Buna görə də həmin müddətdə kalorisi aşağı, qida dəyəri yüksək olan qidalara üstünlük verin: "Tərəvəzlər, süd və süd məhsulları, lifli qidalarla zəngin yeməklər yeyin. Yağ, sadə karbohidrat, qazlı içkilər və hazır meyvə sularından uzaq olun. Bol su için. Yeməklərdən əvvəl və yemək arası su içmək həm su itkisinə mane olar, həm də sizi yüksək kaloridən qoruyar. Bu, eyni zamanda iştahanızı nəzarət altında saxlamağa da kömək edər".

Daim fiziki fəaliyyətdə olun. Fiziki fəaliyyət kaloriləri yandırar, həm nikotinə, həm də yeməyə fokuslanmağı azaldır. Nikotin bədəndən xaric olduqca metabolik sürətiniz zəifləyə bilər. Bunun qarşısını almaq üçün nizamlı məşq proqramına başlayın. Eyni zamanda, nizamlı fiziki fəaliyyət siqareti tərgidərkən mübarizə apardığınız ən böyük düşməniniz olan stressi də azaldır.

Dietoloq ağciyərləri təmizləməyə kömək olan qidaları da sıralayıb:

- Sarımsaq: ağciyərlərinizi təmizləməyə kömək olar.
- Əmənkömənci çayı: siqaretin təsirlərini yox edir. Ac qarına içildikdə ağciyərləri təmizləyir.
- Zəncəfil və darçınla hazırlayacağınız alma çayı ilə ağciyərlərinizi siqaretin təsirlərindən təmizləyə bilərsiniz.
- Səhərlər ac qarına üç-dörd ədəd keçibuynuzunu suda qaynadaraq içsəniz, siqaretin təsirlərini azaldarsınız.

Sağlamlıq     Baxılıb: 2170   Tarix: 07 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda orqazm: səbəblər və xüsusiyyətlər

Yuxuda orqazmın səbəbləri sonuna kimi öyrənilməmişdir. Biri aydındır: kişilərdə və qadınlarda o yuxuda müxtəlif xarakteri daşıyır və müxtəlif səbəblərlə çağırıla bilər. Yuxuda orqazmın ən sadə variantı cinsiyyət yetişməs

.

Cinsi aktivlik üçün istifadə olunan dərmanlar - Azərbaycanlı həkimin ŞƏRHİ

Dünyada, eləcə də Azərbaycanda cinsi istəyi artıran preparatlara hər zaman tələbat olub. Bu tələbatın fonunda cinsi aktivliyi artıran "Viaqra" kimi preparatların bəzi hallarda ölümə səbəb olduğu barədə müxtəli

.

Samirə Bağırova: "Hər qız evinin xanımı olmaq, evində çılpaq gəzmək istəyir

Bir neçə gündür, aparıcı Xoşqədəm Hidayətqızının ARB TV-də yayımlanan "Səni axtarıram" verilişində ortaya atılan gəlin-qaynana mövzusu sosial şəbəkələrdə müzakirə yaradıb. Belə ki, verilişdə psixoloq Əli Nağıye

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Qadınlara dodaq boyasına niyə icazə verilmirdi? - Zərərli idi, yoxsa... Qəribə FAKTLAR

Bəzi ölkələrdə dini səbəblərə  görə qadağan edilən dodaq boyası (pomada) buna baxmayaraq, son 137 il ərzində  ardıcıl olaraq hazırlanan kosmetik vasitədir. Müasir dövrdə çantasında dodaq boyası daşımayan bir qadın tapa bilməzsiniz

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Cinsi akt niyə pozulur? - Təsbitlənmiş 5 tibbi faktor

Cinsi hərəkət qeyri-razı və ya məcburi davranış, məlumatlı razılığın olmaması və ya iradəsinin əksinə olaraq kiməsə məcbur edildiyi zaman pozula bilər. Cinsi pozuntular cinsi təcavüz, zorlama, cinsi qısnama və arzuolunma

turlar.az

sonxeber.az adlarin menasi qaşların formalari sade makiyaj sekilleri roya ayxan nişan geyim modelləri yasil pomidor tutmasi 2024 ci ilin debi kosmetika novruza aid kahfe kali nagillar statuslar qızlıq pərdəsi