Samirə Bağırova: "Hər qız evinin xanımı olmaq, evində çılpaq gəzmək istəyir

Samirə Bağırova: Bir neçə gündür, aparıcı Xoşqədəm Hidayətqızının ARB TV-də yayımlanan "Səni axtarıram" verilişində ortaya atılan gəlin-qaynana mövzusu sosial şəbəkələrdə müzakirə yaradıb. Belə ki, verilişdə psixoloq Əli Nağıyev "Psixoloji qanunlara görə, gəlin qaynana və qaynatadan ayrı yaşamalıdır. Mən də valideynəm, övladlarımız qaynatalı-qaynanalı evə getməməlidirlər, bu, psixoloji problem yaradır. Hətta ana və qız eyni mətbəxdə bir tükə görə belə dava çıxara bilirlər, o ki qaldı gəlin-qaynana ola. Ana-atasının evindən çıxa bilməyən kişi xeylağı evlənməməlidir" fikirlərini səsləndirib.
Müzakirələrlə bağlı tanınmış psixoloq Samirə Bağırova Pravda.az-a fikirlərini bölüşüb: "Bu məsələnin mentalitetlə heç bir əlaqəsi yoxdur. "Mentalitet" sözü də, qaydaları da cəmiyyəti iflic vəziyyətdə saxlayır. Ümumiyyətlə, verilişlərdə savadlı ekspert qismində iştirak edən, demək olar ki, yoxdur. Bu mövzunun da müasirlik, Qərb qaydaları ilə heç bir əlaqəsi yoxdur. Valideynlərim 1955-1959-ci il təvəllüdlü olublar. Eyni fikirli insanlar olaraq evləniblər və bizə də eyni tərbiyə verilib ki, hər bir ailə qurmaq istəyən şəxs ayrı yaşamalıdır. Normal ailələrdə sıx-sıx görüşlər davam edir. Kişi ayrı yaşamaq gücündə deyilsə, ev ala bilmir, yaxud kirayə ödəyə bilmirsə, ayrı yuva qura bilmirsə, evlənməyi nə məcburdur? Hər bir qız öz evinin xanımı olmaq istəyir, hər bir insan evində çılpaq gəzmək, yaxud həyat yoldaşı ilə cinsi fantaziyası, bəzən tənbəllik etmək istəyi olur. Hər qadının öz ev qaydaları var. Gəlin, qaynana evinə gəldikdə 20-30 illik qaynananın qurduğu ev qaydalarına qarışa bilmir. Çünki qaynananın hüzurunu pozmuş olur. Ev qaynana və qaynatanındır, mütləq söz-söhbət olacaq. Çünki hər birinin illərlə vərdiş etdikləri qaydaları var. Bu mövzuda "mentalitet" sözünü hallandıranlar eqoist insanlardır. Yəni məsələyə gəlinə qulluq etdirmək, "gəlin tabe olmalıdır" mövqeyi ilə yanaşanlardır. Kimsə öz ailəsində elə görübsə, demək ki, şəxsi sərhədləri olmayıb. Yəni zəif xarakterə sahib olub. Evlilik qərarı verən kişi birmənalı şəkildə öz yuvasını ayrıca qurmalıdır. Əks təqdirdə, evliliyə hazır deyil. Buna evlilik deyilmir, nikaha fiziki olaraq cinsi tələbatını yerinə yetirmək və valideyinlərinə baxan birini almaq üçün imza atır. Elə buna görə də ailə qurmaq istəməyən xanımlar az deyil, çünki "öz evimdə, öz ata-anama baxıram" səbəbini gətirirlər. Yeni qurulan ailənin ayrı yaşamağı ən doğru yanaşmadır. Yeri gəlsə, lap elə mental baxışdan da birgə yaşamaq ayıbdır. Dərinə gedəndə bəy və gəlin valideyinlərinin yanında gecə yataq otağına çəkilir. Hər kəs də bilir ki, orada nə baş verir..."
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 3940   Tarix: 04 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

turlar.az

geymler 2026 qadin dunyasi sac duzumleri bilik haqqinda atalar sözləri dirnaq ucun maskalar qadindunyasi.az gözəllik kosmetika seksi faydalı məsləhətlər qizliq perdesi banan həmidə