Sirkə, duz, aspirin... - Kəpəkdən sadə üsullarla xilas olun

Sirkə, duz, aspirin... - Kəpəkdən sadə üsullarla xilas olunKəpək müasir dövrün sağlamlıq problemlərindən biridir. Bu problemlə qarşılaşmayan insan demək olar ki, yoxdur. Hər kəs də onunla mübarizə yolları axtarır. Bəs kəpəkdən tam qurutlmaq mümkündürmü?
Milli.Az medicina.az-a istinadən bildirir ki, kəpək dəri xəstəliyidir. Bəzi insanlarda mövsümi, bəzilərində müxtəlif səbəblərdən qaynaqlana bilər. Lakin həll edilə bilən problemdir. Kəpək başdakı ölü dərilərin tökülməsindən qaynaqlanır və saçların arasından görünməyə başlayır. Bu isə ən əsası xoş olmayan görünüş və diskamfort yaradır. Saçın çirkli, ya da təmiz olmasından asılı olmayaraq kəpək xaricdən çirkli görünüş yaradır. Bununla yanaşı, sağlamlıq baxımından da ciddi bir problemdir.
Kəpəkli saçlarda meydana gələn problemlər:
- Tökülmə
- Qaşınma
- Dəridə qızartı
- Saçların nazikləşməsi
Bu problemlər qarşısında aptek və ya marketlərdə satılan kəpək şampunları gücsüz qala bilər. Belə vəziyyətdə isə həkim-dermatoloqa getməkdən başqa yol qalmır. Lakin evdə hazırlaya biləcəyiniz bəzi qarışımlarla da bu problemin öhdəsindən gələ bilərsiniz.
Sirkə
Saçları şampunlamazdan əvvəl 2 qaşıq sirkəni, əgər istəsəniz, spreyli şüşəyə tökərək saçlarınıza səpə bilərsiniz. Saçlarınıza masaj edərək sirkəni bütün dəriyə yayın və 10 dəqiqə saxladıqdan sonra durulayıb, şampunlayın. Sirkədən istifadənin digər yolu da şampundan sonra 2 stəkan soyuq suya 1 fincan alma sirkəsi əlavə edərək durulamaqdır.
Aspirin
Saçlarınızın gurluğuna uyğun olaraq 2-3 aspirini əzib toz halına gətirin. İstifadə edəcəyiniz şampuna əlavə edin. Şampunladığınız saçı 3-4 dəqiqə bu cür saxlayın və durulayın.
Duz
Yumazdan əvvəl süfrə duzunu saçınıza töküb bir az masaj etsəniz, başınızdakı kəpəklər tökülər.
Ağız qarqarası
Ağız qarqarası bir çox problemlər kimi saçdakı kəpəyə də yaxşı təsir edir. Saçınızı ağız qarqarasıyla bir dəfə yuyun, sonra duru su ilə yenidən durulayın.
Karbonat və ya qabartma tozu
Karbonat və ya qabartma tozu kəpək üçün ən məşhur həll yoludur. Əvvəl saçlarınızı isladın. Bir paket və ya bir ovuc qabartma tozunu saç dərinizə tökün və yaxşıca ovalayın, sonra durulayın. Bunu saçlarınızı yumazdan əvvəl həftədə 3 dəfə edə bilərsiniz. Lakin bu üsulu tətbiq etdikdə saçlarınızı yuyarkən şampunlamayın. Əvvəl saçlarınızda quruluq görəcəksiniz. Sonra isə saçlarınız təbii yağ istehsal edəcək və yumşaqlığı qayıdacaq.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1145   Tarix: 22 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

geyim seçimi gözəllik məhsulları toy makiyaji sekilleri qan qruplari badimcandan qisa hazirliq cennet almasinin hazirlanmasi manikür və pedikür kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır həmidə webnem tovuzlu pomidor gözellik