Şirniyyat yeyəndə bulanıq görürsünüzsə... - Həkimdən xəbərdarlıq

Şirniyyat yeyəndə bulanıq görürsünüzsə... - Həkimdən xəbərdarlıqBəzi insanlarda şirniyyat yedikdən sonra yaranan "bulanıq görüntü" göz yorğunluğu ilə deyil, qanda şəkərin səviyyəsinin sürətli dəyişməsi ilə əlaqədardır.
Milli.Az xəbər verir ki, bunu oftalmoloq Xədicət Süleymanova açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, məsələn, çoxlu miqdarda qarpız yedikdən sonra qanda qlükozanın səviyyəsi kəskin şəkildə artır. Bu zaman qlükozanın bir hissəsi büllurda sorbitola çevrilir, o isə mayeni saxlayaraq şişməyə səbəb olur. Nəticədə büllurun forması və işığın sınma göstəricisi dəyişir, görüntü dumanlı və "axıcı" hala gəlir. Bu vəziyyət adətən "miyopik sürüşmə" adlanır və görmə mənfi istiqamətə dəyişir.
"Şəkərin kəskin qalxması göz yaşının tərkibinə də təsir edir, onu daha az stabil edir. Buna görə də şəkərli qidalar qəbulundan sonra bir çox insan hər iki gözdə bulanıqlıq və pərdə effekti hiss edir", - deyə Süleymanova qeyd edib.
Adətən bu simptom yeməkdən 30-60 dəqiqə sonra yaranır və 1-3 saat davam edir. Lakin maddələr mübadiləsi pozulmuş şəxslərdə bu hal 4-8 saata qədər uzana bilər. Prediabet, insulinə qarşı dözümsüzlük və 2-ci tip diabeti olan insanlarda bu effekt daha aydın hiss olunur.
Həkim əlavə edib ki, belə hallarda görmədəki bulanıqlıq iki tərəfli olur, göz qırpmaqla keçmir və tez-tez susuzluq, baş ağrısı və yorğunluqla müşayiət olunur. Əgər bulanıqlıq 1-2 gündən çox çəkərsə, tək gözdə yaranarsa və ya gözdə ağrı, işıq haləsi və ya "uçan nöqtələr" müşahidə edilərsə, bu, ciddi problemin göstəricisi ola bilər.
Süleymanova bildirib ki, şəkərin qısa müddətli yüksəlişi göz daxili təzyiqin artmasına da səbəb olur. Bu isə xüsusilə qlaukoma xəstələri üçün təhlükəlidir.
Mütəxəssis, şəkərli qidaların qəbulunda porsiya ölçüsünə və yemək sürətinə diqqət etməyi məsləhət görür:
"Qarpızın böyük dilimini sürətlə yemək riski artırır. Əgər şirniyyat zülal, lif və yağla birlikdə qəbul edilərsə, şəkərin qalxması yüngülləşir."
Oftalmoloq əlavə edib ki, belə simptomlar təkrarlanarsa, bu, şəkər mübadiləsinin pozulmasının erkən əlaməti ola bilər: "Bu kimi hallar baş verərsə, şəkər səviyyəsini və göz təzyiqini yoxlatmaq, həkimə müraciət etmək vacibdir."
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1304   Tarix: 04 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

turlar.az

makiyaj etmek qaydalari toy makiyaji sekilleri geyim şəkilləri məlhəmlər masaj kabablar kekslər kosmetika yutube maraqli hakistalar gunay dovsan olumu