Sızanaq qızartısını bu üsulla yox edin

Sızanaq qızartısını bu üsulla yox edinSızanaqlarınızın sayı artıb? Bu stresli bir dövr keçirməyinizdən, yediyiniz yeməyin keyfiyyətindən, hormonal problemlərdən və dəyişən hava şəraitindən asılı ola bilər. Qısaca çox fərqli səbəb və nəticələri var. Bəziləri tez sağalır, bəziləri isə geridə ləkələr və qızartı izləri buraxır.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, sızanaqlar meydana gəlib iz buraxana qədər üç fərqli mərhələdən keçir. Əvvəlcə aktiv sızanaqlar meydana gəlir, sonra yara kimi qalmağa davam edir və geridə ləkə və ya qızartı qalır.
Bəs sızanaq qızartısını necə müalicə etmək olar?
Sızanağın sağalması və qızartı izinin keçməsi üçün ona vaxt verin. Sağalmadığı təqdirdə qəhvəyi rəng alırsa, bu ləkənin meydana gəlməsinin başlanğıcı deməkdir. Tez keçməsi üçün sivilcəni sıxmayın. Artıq iltihab və bakteriya hücumuna məruz qalan dəriniz kifayət qədər mübarizə apararkən, fiziki zədə vuraraq işini çətinləşdirməyin. Fiziki müdaxilə izin qalma ehtimalını daha da artırır.
Əgər sıxmısınızsa, zədələnmiş bölgəni tərkibində pantenol, sentella və ya keramid kimi maddələr olan kremlərlə sağaldın. Bu kremlərdən artıq yaralar sönməyə başladıqdan sonra istifadə edin.
Sızanaqdan sonra qalan qızartı ləkələrinə kojik turşusu, tamanu yağı, C vitamini, arbutin, niasinamid olan kremlər və ya serumlar tətbiq edin.
Eyni zamanda, buz və ya xiyar aktiv sızanaqların qızartısını aradan qaldırır, lakin qəti bir həll üsulu deyil. İsti su ilə nəmlənmiş parça ilə kompres tətbiq etsəniz, sızanaqdakı iltihabın uzun müddətli azalması mümkündür. Bu üsul məsamələrin açılmasına və iltihabın öz-özünə axmasına yardımçı olur. Bunu gündə bir neçə dəfə təkraralaya bilərsiniz.
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1032   Tarix: 09 yanvar 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

geyim şəkilləri yaz geyimleri 2026 geyim necə seçməli dirnaq maskalari analiq məktəbi sifahi xalq edebiyyati qis salatlarinin hazirlanmasi kosmetika haxışda gözəllik vətənə aid bayatı veten haqqinda atalar sozu hamilelik