Sizdə varikoz xəstəliyi inkişaf edə bilər? TEST
Aşağıdakı İfadələri təsdiq və ya inkar edir. Hər təsdiq olunmuş ifadə - 1 baldır.
Balları toplayın və özünüzdə bu xəstəliyin gələcəkdə inkişaf olmağının ehtimalını təyin edin.
1. Siz tez-tez hündürdaban ayaqqabı geyinirsiniz. (1 ball)
2. Sizin valideynləriniz və (və ya) yaxın qohumlarınız (nənə, bibi, xala və s.) arasında varikoz xəstəliyindən əziyyət çəkənlər var. (1 ball)
3. Gün ərzində siz bir vəziyyətdə çox qalırsız (oturursuz və ya ayaq üstə dayanırsız). (1 ball)
4. Sizdə artıq çəki var. (1 ball)
5. Sizdə yastıpəncəlik var. (1 ball)
6. Siz isti vannalar tez-tez qəbul edirsiz, hamama, saunaya gedirsiniz. (1 ball)
7. Siz tez-tez dar paltar (dar cins və s.), bədəni sıxan alt paltar geyinirsiz. (1 ball)
8. Demək olar ki, siz piyada gəzmirsiz. (1 ball)
9. Siz idmanla, bədən tərbiyəsi ilə məşğul olmursuz. (1 ball)
10. Qidalanmanızda meyvə-tərəvəz tez-tez olmur. (1 ball)
11. Siz tez-tez ağır əşyalar (çantalar və s.) qaldırırsınız və daşıyırsınız. (1 ball)
NƏTİCƏNİ YOXLAYIN:
3 bala kimi - sizdə bu xəstəliyin inkişafı riski azdır.
3 - 6 ball - sizdə bu xəstəliyin inkişafı riski ortadır və ya sizdə bu xəstəliyin ilkin əlamətləri var.
7 - 11 ball - sizdə bu xəstəliyin inkişafı riski böyükdür və ya sizdə bu xəstəlik artıq inkişaf edib.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi