Skolioz necə müalicə olunur?

Skolioz necə müalicə olunur?"Skoliozun dərəcəsi imkan verirsə, mümkün qədər əməliyyatsız müalicə təyin olunur".
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-fizioterapevt, Mərkəzi Gömrük Hospitalının həkimi Səidə Kərimova açıqlayıb.
Mütəxəssis bildirib ki, müayinədən sonra sizə və ya uşağınıza idiopatik skolioz diaqnozu qoyulubsa, müalicə üsulunu seçərkən bir çox məqamlara fikir vermək lazımdır. Bu zaman öncə onurğada əyriliyin dərəcəsi və pasiyentin yaşına diqqət edilir.
Onun sözlərinə görə, skoliozun dərəcəsi imkan verirsə, mümkün qədər əməliyyatsız müalicə təyin olunur. Müalicə əsasən xüsusi idman hərəkətlərindən ibarət olur.
S.Kərimova bildirib ki, əsas müalicə üsulu alman mütəxəssisi  Katarina Schroth tərəfindən hazırlanmış Schroth müalicəsidir. Hazırda  Avropada, ABŞ-da, İsrail və digər ölkələrdə skolioz xəstəliyinin müasir Schroth metodu ilə müalicəsi geniş istifadə olunur: "Mən skolioz xəstəliyinin müasir Schroth metodu ilə müalicəsində 3D idman hərəkətlərindən, xüsusi tənəffüs texnikasından istifadə edirəm.  
Skolioz xəstəliyi zamanı onurğanın əyriliyi ilə yanaşı, insanda skolioz qaməti formalaşır. Bədəndə əyriliyə uyğun yaranan bu qamət vərdişi əyriliyin daha da artmasına səbəb olur. Çox vaxt uşaqlar oturanda əyilirlər. Əzələ korseti zəif olduğuna görə və bu cür oturuşa vərdiş yarandığı üçün belə olur. Schroth metodu ilə müalicədə bu səhv vərdişi - skolioz qamətini aradan qaldıran hərəkətlərdən istifadə olunur. Skolioz qaməti hər yaş kateqoriyasında ola bilər və həmin idman hərəkətlərindən həm uşaqların, həm də böyüklərin müalicəsində istifadə olunur".
Fizioterapevt qeyd edib ki, korset təyin etdikdə pasiyentin yaşı və xəstəliyin dərəcəsi qiymətləndirilir: "Əməliyyat yalnız xəstəlik konservativ müalicəyə cavab vermədikdə və yuxarı dərəcəli skoliozlarda təyin oluna bilər. Əgər uşaqda skolioz 45-50° dərəcədən yuxarıdırsa və sümüklərin inkişaf dövrü davam edirsə, o halda pasiyenti spinal cərrahın məsləhətinə yönəldirik. Əməliyyat travmatik və ağır olduğuna görə, xəstəliyin erkən diaqnostikası və əməliyyatsız müalicəsi çox önəmlidir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1301   Tarix: 09 yanvar 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

qadin sayti donlar 2026 qadın geyimi ailə psixoloqiyası kakoslu paxlava hazirlanmasi meyvələrin faydası bilik haqqinda atalar sozu kosmetika novruza aid hakistalar itburnu arxadan olmag google vətən haqqında bayatı