SMS-icazə tətbiq olunacaq? - AÇIQLAMA

SMS-icazə tətbiq olunacaq? - AÇIQLAMA"Artıq koronavirusa yoluxma faizi bir neçə dəfə sağalanların sayından üstündür. Bu artıq ciddi siqnaldir. Və belə olan vəziyyətdə sərt karantin tədbirlərinin keçirilməsi labüd görünür".
Milli.Az MediaBaku.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
"Son günlər ölkəmizdə koronavirus pandemiyasına yoluxma faizi artmaqdadır. Və xüsusilə də, artıq bu günləri Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumat doğrudan da, bir daha təsdiqləyir ki, artıq müəyyən sərtləşdirmə tədbirlərin keçirilməsi qaçılmaz olacaq. 1429 nəfərin yoluxması, 548 nəfərin sağalması, 17 nəfərin isə ölüm faktı qeydə alınması, onu göstərdi ki, artıq koronavirusa yoluxma faizi bir neçə dəfə sağalanların sayından üstündür. Bu artıq ciddi siqnaldir.
Belə olan vəziyyətdə sərt karantin tədbirlərinin keçirilməsi labüd görünür. Xüsusilə də oxşar vəziyyətlərdə sərtləşdirmə tədbirləri bir müddət sonra effekt verir. Əlbətdə ki, bu sərt karantin rejimi müəyyən məhdudiyyətlər yaradır və insanların psixologiyasına da təsirsiz qalmır. Təbii ki, bu müəyyən sosial problemlərin artmasına səbəb olur. Lakin insan həyatı hər şeydən dəyərli və qiymətlidir. Və məsələyə bu məntiqlə yanaşdıqda, görünür ki, bu sahədə müəyyən boşluq yaranıb.
Mən hesab edirəm ki, metropolitenin uzun müddət işləməməsi nəticə etibarilə yerüstü nəqliyyat vasitələrindən xüsusilə də sərnişinlərin avtobuslardan istifadə faizini dəfələrlə artırılıb, biraz da açıq desək, milyonlarla insanların daşınmasını metropoliten həyata keçirirdi. İndi isə həmin funksiya avtobusların üzərinə düşüb. Belə olan vəziyyətdə avtobuslarda maska taxılır, dizinfeksiya vasitələrinden istifadə edilir. Amma üçüncü çox mühüm bir şərt yəni sosial məsafənin saxlaması 1.5 m və 2 metrlik sosial məsafənin saxlaması artıq qeyri-mümkün olur və insanlar bir çox hallarda avtobusda çox sıx şəkildə dayanmalı olurlar. Sosial məsafə gözlənilmədən bu faktiki əmr mümkün deyil. Bu isə nəticə etibarilə yoluxma faizinin artmasına gətirib çıxarır.
Mənə elə gəlir ki, artıq maskalardan istifadə ilə bağlı heç bir problem yoxdur. Yəni insanların mütləq əksəriyyəti maskalardan istifadə edir. Deməli sosial məsafə məsələsi əsas problemlərdən birinə çevrilib. Ona görə də, hesab edirəm ki, Operativ Qərargah qərarlar qəbul edərkən bu faktırı mütləq nəzərə almalıdır. Və görünür ki, artıq gün ərzində 1500-ə yaxın yoluxma faktı qeydə alınıbsa bu o deməkdir ki, müəyyən sərtləşdirmə tədbirlərinin həyata keçirilməsi, sms icazə verilməsi, labüd olacaq. Yəni bunu indidən proqnozlaşdırmaq mümkündür. Analoji vəziyyətlərdə Operativ Qərargah məhz belə addımlar atıb", - deyə millət vəkili bildirib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1839   Tarix: 26 mart 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

qaşların formalari gozel gorunmek sac duzumleri aybasi cantalar 2026 qiz usagini acmaq qisa saclarin yigilmasi kosmetika bahar oğlan evine aid hakisda faydalı məsləhətlər seksler novruz bayramına aid bakışta