SOCAR itkin düşən neftçilərin ailəsinə 2 min manat verib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən il dekabrın 15-də N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə nəticəsində dünyasını dəyişmiş və itkin düşmüş şəxslərin ailələrinə maddi yardım göstərilməsi ilə bağlı məlumat yayıb.
SOCAR-dan Qadinsayti.az-a verilən xəbərə görə, ümumilikdə 10 neftçi ailəsinə maddi yardım göstərilib.
Məlumatda deyilir ki, qəza nəticəsində itkin düşənlərin ailələrinə iki dəfə olmaqla 9 ailəyə hər dəfə min manat olmaqla ümumilikdə 2 000 manat maddi yardım göstərilib. Vəfat etmiş İlham Qafarovun ailəsinə isə 3 000 manat maddi yardım verilib: "SOCAR-ın 28.12.2016-cı il tarixli sərəncamına əsasən, hər bir ailəyə 5 000 manat maddi yardım göstərilib. Bundan əlavə ANQSİHİRK tərəfindən hər bir ailəyə 1000 manat, N.Nərimanov adına NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən 500 manat məbləğində maddi yardım göstərilib. Eyni zamanda, Hacəliyev Həsənağa Hüseynağa oğlunun 2013-cü ildə Sahil qəsəbəsində "Neftçi" MTK-dan götürülmüş mənzilə olan 31 840 AZN məbləğində (15.12.2016-cı il tarixə) borcun "Xalq Bank" ASC-yə ödənilməsi nəzərdə tutulur. Bundan başqa, vəfat edənlərdən Abasov Ramiz Qulu oğlunun 2 övladı, Əsədov Samir Atabala oğlunun 3 övladı, Zülfüqarov Güloğlan Hacıbala oğlunun 3 övladı, Zülfüqarov Azay Hacıbala oğlunun 2 övladı, ümumilikdə 10 nəfər uşağın N.Nərimanov adına NQÇİ tərəfindən himayəyə götürülməsi nəzərdə tutulur, yəni onlara hər ay minimum əmək haqqının 2,5 misli - hazırda 262,5 manat veriləcək. İtkin düşənlərdən bəzilərin ailə üzvləri artıq SOCAR tərəfindən işlə təmin olunub".
"Keçən il də təbii fəlakət qurbanlarına həmçinin əlavə yardım kimi 15 000 manat Nazirlər Kabinetinin qərarı ilə verildi, habelə 26 nəfər üzrə sığorta ödənişləri orta hesabla 52 000 manat civarında olub. Dekabrın 15-də baş vermiş fəlakətdə itkin düşənlərin ailələrinə də təqribən bu həcmdə əlavə müavinətlərin verilməsi gözlənilir" - məlumatda qeyd olunub.
f Paylaş








Rusiyada qazaxıstanlı reperə cinayət işi açıldı
Məzarı açıb ölən modelin başını oğurladılar
Hüseyn Almaxanımın iddialarını yalanladı - 'Səni heç kim tanımırdı
Rihanna müəlliminə ev aldı
Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?
Madonna xalqdan kömək istəyir
Həddindən artıq yuxu niyə təhlükəlidir?
Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş
Space TV-də bu veriliş də yayımlanmayacaq
Şabaşla varlananların sonu faciə ilə bitir
Böyük sağlamlıq faydaları VAR
Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI
Anam yaşındasan, ayıb olsun' - FOTO
Pünhan Piriyev nişanını geri qaytarıb? - Özündən açıqlama