ŞOK! Azərbaycanda it əti satılır- cəriməsi isə...

ŞOK! Azərbaycanda it əti satılır- cəriməsi isə..."Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi bu günlərdə çıxıb dedi ki, it, at, eşşək, ulaq əti də yeməlidir. Ancaq bunun üçün ətin adı deyilməlidir. Bu açıqlama ilə qətiyyən razı deyiləm".

BAKU.WS xəbər verir ki, bunu "Yeni Müsavat"a müsahibəsində "Azad İstehlakçılar Birliyi"nin (AİB) sədri Eyyub Hüseynovdeyib. O, bildirib ki, belə açıqlama verilən nazirliyin qarşısında it əti mağazası açmaq lazımdır: "Bu, biabırçılıqdır. Azərbaycanda at-eşşək ferması yaradıb guya ətini xaricə göndərən adamlar da ifşa olunmalıdır. Bu məsələ birdəfəlik Azərbaycan gündəmindən çıxmalıdır. Azərbaycan vətəndaşlarının bədəninə at-eşşək, it ətinin harmonları yaddır. Bu ətlər insan bədəninə düşəndən sonra azad radikallar yaradır, bağırsaqlarda yuva salıb vətəndaşların sağlamlıqlarına xətər yetirəcək".

E. Hüseynov deyib ki, Azərbaycanda "leş mafiya"sı var və 20 ilə yaxındır bu mafiyə ilə mübarizə aparır: "İstehlakçı hüquqlarının qorunmasına dair qanun zəifdir. Qanun deyir ki, istehlakçıya 100 manata qədər aldatmaq olar. Yəni it ətini quzu əti adı altında alıcıya sat, bunun üçün məsuliyyət yoxdur. 101 manat oldusa, məsuliyyət var. 10 ton murdar əti 3-5 kiloqram olmaq şərti ilə sata bilərsən. Qanunla bu yaramaz əmələ görə satıcının məsuliyyəti yoxdur. Cərimə də elədir ki, onu asanlıqla ödəyə bilirlər.

Şanlı İqtisadiyyat Nazirliyi guya məqsədyönlü siyasət aparır. Cənab prezident fərman imzalayıb ki, sahibkarlara toxunmaq olmaz. 2 il əvvəl həmin fərmanda nəzərdə tutulurdu ki, qiymətlər aşağı düşəcək, məmurlar rüşvət almayacaqlar. Qiymətlər göz qabağındadır, məmurlar da gizli yoxlamalar aparmaqda davam edirlər. Əksinə, məmurlar sahibkarları himayə etməli fərmandan öz şəxsi maraqlarını təmin etmək üçün həmin o sahibkara qarşı istifadə edirlər. Gizli yoxlamalar aparırlar. Digər tərəfdən də bazarda zir-zibil məhsulların, murdar ətlərin piştaxtalara çıxmasına şərait yaradırlar.

Dövlət qurumlarının əməli dəstəyi olmasa, vəziyyət belə də davam edəcək. Tələb varsa, təklif də olacaq. Azərbaycanlılar özləri də bilmədən it, at, ulaq, eşşək, ölmüş heyvanların ətini yeməkdə davam edəcəklər. Bunu uşaq baxçalarında uşaqlara, restoranlarda qonaqlara, kafelərdə müştərilərə yedizdirəcəklər. Bazar-dükanlardan vətəndaş belə ətləri ən müxtəlif şəkildə - farş, kolbasa, sosiska şəkilində alacaq. Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi deyəndə ki, it ətini də satmaq olar, vəziyyət dəyişməyəcək. Əlbəttə ki, bu açıqlama belə ətlərin satışına "yaşıl işıq" yandırmaqdır.

Ətlərə xüsusi dadlandırıcılar vurulur, belə ətləri emal edib piştaxtaya çıxarırlar. Sadə alıcı həmin ətin ümumi görünüşünü mal ətindən ayıra bilməz. Kolbasa və digər ət məhsullarının tərkibində isə ümumiyyətlə hiss etməz. Çünki o qədər dadlandırıcı, ədviyyat vurulur ki..."

Xəbərlər     Baxılıb: 1932   Tarix: 17 aprel 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.  xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:. İçindək

.

Həyatımızı idarə edən hormon - KORTİZOL

"Stress hormonu" kimi tanınan kortizol orqanizmin stress reaksiyasını tənzimləyən əsas hormonlardan biridir və gündəlik həyatda mühüm rol oynayır. xəbər verir ki, böyrəküstü vəzilərdə ifraz olunan kortizolun metabolizmə

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

turlar.az

adlarin menasi geyim dəbləri hamilelikde qidalanma kompot yay kolleksiyasi cinsi xəstəliklər xəyanət kosmetika big.az bayatılarımızda vətən həsrəti xocali xərçəng bürcü novruza aid