ŞOK! Azərbaycanlının Donald Trampa hədiyyə etdiyi xalçadakı ilmələrin SİRRİ

ŞOK! Azərbaycanlının Donald Trampa hədiyyə etdiyi xalçadakı ilmələrin SİRRİII Dünya müharibəsindən, Hitlerin ölümündən 73 il keçsə də, nasistlərin liderinin siyasi fəaliyyətinə, həyatına maraq azalmır. Milyonlarla insanın ölümünə səbəb olan nasistin arvadının lüt şəkillərinin yayılması isə ötən həftə gündəmə bomba kimi düşdü. Eva Braunun fotoları duş qəbul edərkən, gimnastika ilə məşğul olarkən çəkilib. 73 il sonra günümüzə gəlib çıxan fotolarda Eva Hitlerin papağını tamamilə yerə soxur. Hətta bu fotolar günümüzün standartlarını da tapdalayıb keçir.
Dünyaya hökm etmək istəyən Hitler axı hansı kişilikdən danışa bilərdi?! Çox irəli getsəydi, Evanın fotolarını çıxarıb atırsan qabağına, "necə kişisən, arvadının fotoları əl-əl gəzir" söhbətini vurursan üzünə, nasistlərin tanrı hesab etdiyi adamı çırpırsan göydən yerə. Əslində müharibəni dayandırmağın yeganə yolu bu idi. Görünür, 73 il qabaq Hitlerin qabağına azərbaycanlı çıxmayıb. SSRİ-nin başına Stalini gətirmişdilər, onun da işi-gücü Kremldə oturub əmrlər vermək olub. Özündən sonra miras qoyduğu isə Kris Evans kimi nəvədir. ABŞ-da yaşayan Kris sosial mediada əlisilahlı fotolarını paylaşaraq, məşhurlaşıb.
Amma II Dünya müharibəsi zamanı SSRİ-nin rəhbərliyində azərbaycanlı olsaydı, Hitleri bir söhbətdə susdurar, bütün qırğınların qabağını kəsərdi.

Bütün bunlar 70 il öncədə qaldı, indi bütün diqqət ABŞ-ın yeni prezidenti Donald Trampın nə edəcəyinə kəsilib. İki gün öncə and içərək, Ağ Evə daşındı. Dünyanın gələcəyi haqqında narahatlıq davam edir, hətta yeni müharibələrin ola biləcəyi ehtimalı böyükdür. Bütün bunların arasında azərbaycanlı xalçaçı Dağlar Səfərovun Trampa hədiyyəsi elə-belə məsələ deyildi. D.Səfərov xalçanın üzərində Trampın fotosunu həkk edərək, təbrik məktubu ilə birgə Ağ Evə göndərib. Bu bizim dostluq ənənələrimizdən irəli gəlir.
Amma o xalçanın üzərində Trampın ilmələrinin vurulması həm də xüsusi mesaj daşıyır.
Publika.az

"Səni ilmə-ilmə toxuyar, ilmə-ilmə sökərik".

Şəxsən mən bu mesajı belə oxuyuram. Çünki Azərbaycanın ABŞ-dan çəkdikləri artıq yetər! İndiyə kimi Qarabağ kimi məsələni kənara qoyub, bizə necə yaşamağı öyrətməyə cəhd etmədilərmi?! Problemimizi beynəlxalq aləmə çıxaranda, bizə başqa havalar oxumadılarmı?! Erməniləri bəsləyib qoltuqlarına qarpız vermədilərmi?! Artıq yetər.

İndi meydan bizimdir: ya Qarabağ, ya da... xalça məsələsi.

Göydən başımıza qızıl yağsa da, əl çəkən deyilik.

Xəbərlər     Baxılıb: 2311   Tarix: 22 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yeməkdən əvvəl, yoxsa sonra su içmək daha doğrudur? - Mütəxəssislər açıqlayır

Gündəlik həyatda tez-tez müzakirə olunan suallardan biri də suyun yeməkdən əvvəl, yoxsa sonra içilməsinin daha faydalı olmasıdır. Mütəxəssislər bildirirlər ki, bu məsələ orqanizmin xüsusiyyətlərindən və qidalanma vərdişlərində

.

ÜST "Hantavirus"la bağlı təcili brifinq keçirdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) narahatlıq doğuran son Hantavirus epidemiyası ilə bağlı təcili media brifinqi keçirib. xəbər verir ki, sosial media kanallarında canlı yayımlanan görüş zamanı virusun qlobal yayılma risk

.

Bədəninizi alkoqoldan tez "təmizləmək" üçün sadə ÜSUL

Mütəxəssislər alkoqolun qalıqlarını daha sürətli azaltmağa kömək edən sadə bir üsul aşkar ediblər.  bildirir ki, kanadalı ekspertlərin bu üsulu hiperventilyasiya yəni intensiv nəfəsalma prinsipinə əsaslanır. Mahiyyəti nədir?

.

Daha bir ölkədə hantavirus aşkarlandı

Fransada hantavirusla bağlı narahatlıq artır. xəbər verir ki, səhiyyə naziri Stefanie Rist hantavirus epidemiyasına məruz qalan kruiz gəmisində olan fransız sərnişinlərdən birinin test nəticəsinin müsbət çıxdığını açıqlayıb

.

Arıqlama iynələri möcüzədirmi?

Arıqlama iynələri son dövrün ən çox danışılan sağlamlıq trendlərindən biridir. Bəs bu dərmanlar həqiqətən möcüzədirmi və qalıcı çəki itkisi üçün təkbaşına kifayətdirmi? Yoxsa düzgün planlaşdırma və nəzarət olmadan istifad

.

Dar paltarların gizli təhlükəsi - İnfeksiya riski

Gündəlik həyatda dar paltarlar - xüsusilə cins şalvarlar və bədəni sıxan geyimlər - dəb baxımından cəlbedici görünsə də, sağlamlıq üçün müəyyən risklər yarada bilər. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu cür geyimlə

.

Portağalın hansı faydaları var?

Portağal sağlamlıq üçün ən faydalı meyvələrdən biri hesab olunur.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, portağal C vitamini ilə zəngin olduğundan immun sistemini gücləndirir və orqanizmi müxtəlif infeksiyalar

.

Qrip kimi başlayan ölümcül TƏHLÜKƏ: "Hantavirus"un simptomları nələrdir?

Hantavirus qripəbənzər simptomlara səbəb ola bilən nadir bir virusdur və irəlilədikcə ölümcül ağciyər və ya böyrək problemlərinə səbəb ola bilər. xəbər verir ki, əsasən siçanlar və ya siçovullar kimi yoluxmuş gəmiricilə

turlar.az

sac duzumleri gözəllik məhsulları geyim şəkilləri tutun xeyri sizanaqlara qarsi vasite sözlü şəkillər mütləq bilməlisiniz kosmetika google gunay babasil öpüşme oxatan