ŞOK CİNAYƏT! Atasının evlənmək istədiyi qadının bütün ailə üzvlərini öldürdü

ŞOK CİNAYƏT! Atasının evlənmək istədiyi qadının bütün ailə üzvlərini öldürdüİzmirin Buca məlləsində telefon satışı ilə məşğul olan 27 yaşlı Hüseyin Tiryakinin cəsədi ötən gün səhər saatlarında yol kənarında tapılıb.

A24.Az xəbər verir ki, o, döyüldükdən sonra silahla vurularaq öldürülüb. Hüseyin və digər ailə üzvləri ilə əlaqə saxlaya bilməyən yaxınları onların yaşadıqları evlərinə gəliblər. Zəngi basmalarına baxmayaraq evin qapısının açılmaması və telefonlara da cavab verilməməsindən şübhələnən qohumlar çilingərin köməkliyi ilə qapını sındırıb içəri giriblər. Onlar Hüseyin Tiryakinin 4 ay əvvəl evləndiyi və 3 aylıq hamilə həyat yoldaşı olan Fadimənin, anası Ayselin, anasının ögey qızı, universitet tələbəsi Behiyənin bıçaqlanaraq öldürülmüş cəsədləri ilə qarşılaşıblar. Ailənin öldürülən bütün fərdlərinin eyni evdə yaşadığı, qurbanlardan Aysel Aslanın daha əvvəl iki dəfə ailəli olduğu müəyyən edilib.

5-Cİ CƏSƏD DƏ TAPILDI

Polis evin qapısının zorla açılmadığını müəyyən etdikdən sonra cinayətin onları tanıyan biri tərəfindən törədildiyi ehtimalı üzərində dayanıb. Ətrafdakı iş yerlərinin təhlükəsizlik kameraları qeydlərini araşdıran polis əməkdaşları səhər saatlarında öldürülən Hüseyin Tiryaki ilə evlərinin yaxınlığındakı aptekdə 35 yaşlı Hakan Kılıçın birlikdə görüldüyünü müəyyən edib.

Polisin H. Kılıçın evini müəyyən edərək ora yollanması zamanı da ortaya müəmmalı vəziyyət çıxıb. Kişi evində ölü vəziyyətdə tapılıb. Araşdırma zamanı onun tapançadan açdığı atəş ilə özünü öldürdüyü müəyyən edib.

HADİSƏ AYDINLIĞA QOVUŞDU

Araşdırmalara davam edən polis Hüseyin Tiryakinin Hakan Kılıçın atası ilə öz anası Aysel Aslanın evlilik planlarına qarşı çıxdığını müəyyən edib. Atasına da Aslan ailəsinə maddi cəhətdən həddən artıq yardım göstərməsinə əsəbləşən Hakan Kılıçın ilk olaraq səhər saatlarında Hüseyn Tiryaki ilə görüşdüyü müəyyən edilib.

Tiryakini məhəllələrdən birinə aparan Kılıçın burada cinayəti törətdikdən sonra onların yaşadıqları evə gəldiyi ortaya çıxıb. Burada o, çörək bıçağı ilə 3 aylıq hamilə olan Fadiməni, ikinci əri bir il əvvəl ölən Aysel Aslanı və onun qızı Behiye Aslanı öldürdüyü aydınlanıb. Hadisədə istifadə edilən silah qatilin maşınında tapılıb.

Hakan Kılıç onları öldürdükdən sonra intihar edib.

Xəbərlər     Baxılıb: 2521   Tarix: 18 yanvar 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

gözəllik məhsulları geyim və ayaqqabılar makiyaj instagram uz ucun maska resepti gənc ana idmandan sonra ne yemek lazimdi hakışta sözləri kosmetika seksual terezi novruza aid hakisdalar arıqla bahar