Şok fakt - "Raffaello" şokoladı Azərbaycana Ermənistandan gətirilir

"Ferrero" şirkətinin istehsal etdiyi "Raffaello" şokolodlarının Ermənistandan Azərbaycana idxal edilməsi ilə bağlı redaksiyamıza məlumat daxil olub.
qadınsaytı.az qafqazinfo-ya istinadən xəbər verir ki, müştərilər marketdən sözügedən şokoladı alarkən rus dilində yazılan etiketdə idxalçı ölkə kimi Ermənistanın adının yazıldığını görüblər. Azərbaycan dilindəki etiketdə isə idxalçı ölkə kimi Azərbaycanın və şirkətin adı qeyd olunmayıb. Bir neçə marketdəki qutuların üzərinə əlavə stiker yapışdırılıb və idxalçının "Engin LTD" adlı şirkət olduğu vurğulanıb. İstehlakçılar isə Ermənistandan Azərbaycana mal idxal olunmasından narahat olduqlarını dilə gətiriblər.

Sayt əməkdaşları da bir sıra supermarketlərdə olub və vəziyyəti müşahidə ediblər. Həqiqətən də məlum olub ki, qutuların arxa hissəsinə ayrıca stiker yapışdırılıb, rus dilində isə idxalçı ölkə kimi Ermənistanın adı qeyd olunub.

"Qafqazinfo" məsələ ilə bağlı "Engin LTD" şirkətinin Xarici əlaqələr üzrə direktoru Leyla Seyidzadə ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, Azərbaycana Ermənistandan mal idxal olunması düzgün deyil: "Çünki dövlət təhlükəsizliyi ilə bağlı olaraq Azərbaycana Ermənistandan birbaşa məhsul idxal oluna bilməz. Biz rəsmi şirkətik. "Ferrero" şirkətinin 2003-cü ildən etibarən Azərbaycanda eksklüziv distrübyutoru kimi çalışırıq.

Rus dilindəki etiketdə Ermənistanın adının qeyd olunmasının bir səbəbi var. Ermənistanla Rusiya eyni gömrük assosiasıyasının üzvüdürlər. Buna görə də rus dilində yazılıb. Amma yazılanlar o deməkdir ki, "Slav Qrup" adlanan şirkət yalnız Ermənistan ərazisində "Raffaello" məhsulunu satır. Azərbaycanda isə "Engin" şirkəti olaraq biz distrübyutoruq. Biz də onu Ermənistandan deyil, Polşadan, İtaliyadan idxal edirik. Məhsulun üzərinə ona görə stiker yapışdırılıb ki, bəzi məlumatlar əvvəlcədən etiketdə göstərilməyib. Ona görə də əlavə məlumatlar stiker vasitəsilə qeyd olunub.

Biz o rus dilində olan etiketi bağlayıb üzərindən başqa bir məlumat qoymuruq. Bu cür vəziyyət bir neçə dəfə mövcud olub. Bəzən elə olub ki, etiketin üzərində Azərbaycan dili olmayıb, ona görə də əvvəlcədən bazara satmamışdan qabaq malların üzərinə stikerlər vurmuşuq.

Biz bütün partnyorlarımıza malların üzərində hansı məlumatların yazılacağı ilə bağlı məlumatları göndəririk. Bu dəfə isə bəzi partiya mallarda xətaya yol verilib. Biz Polşadan idxal etmişik. "Ferrero" şirkətinin bir neçə ölkədə zavodları var. Bu bir logistika məsələsidir.

Hazırda stikerləşmə prosesindəyik. Amma bazardan yığışdırılmaq üçün əsas yoxdur. Yanlış başa düşülən məlumatdır. Yalnız rus dilində olan etiketdə idxalçı ölkə olaraq Ermənistanın adı qeyd olunub. Gürcü dilində isə qeyd olunmayıb. Rus dilində qeyd olunmasının isə səbəbini izah etdim".

İstehlak bazarlarına nəzarət xidməti şöbəsinin müdiri Fazil Vəliyev "Qafqazinfo" ya açıqlamasında bildirib ki, istehlakçıların bununla bağlı şikayətləri varsa, "qaynar xətt"ə müraciət etsinlər: "Bundan sonra biz adıçəkilən şokolodın markalanması ilə bağlı problem varsa, monitorinqlər apara bilərik. Ümumiyyətlə isə, biz təsdiq olunmuş qrafikə uyğun olaraq marketlərdə monitorinqlər aparırıq".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, etiketdə xaricdə idxalçı ölkə olaraq Ermənistanın adı yazılırsa, belə çıxır ki, mal Ermənistandan Azərbaycana idxal olunub: "Bu da yolverilməzdir. Sonradan stikerin yapışdırılmasının isə əsası yoxdur. Bununla belə, mən birmənalı şəkildə Azərbaycan mallarının Ermənistanda satılmasının tərəfdarıyam. Lakin Ermənistandan bizə idxalın tərəfdarı deyiləm. Ancaq üçüncü ölkə vasitəsilə Ermənistandan Azərbaycana mal gələ bilər. Tbilisidə hər gün azərbaycanlılarla ermənilər görüşürlər. Ermənistanın kənd təsərrüfatı malları da Gürcüstan vasitəsilə Azərbaycana gəlir. Ancaq Azərbaycanla Ermənistan arasında ticarət tərəfdaşlığı yoxdur. Bu məsələdə biznes qurumları ehtiyatlı olsunlar. Ermənistana idxal olunmuş məhsulun bizə gəlməsi prosesi dayandırılsın. Qanunda yazılıb ki, yalnız körpə qidalarının üçüncü ölkədən Azərbaycana idxalı qadağandır. Birbaşa istehsalçıdan daxil olmalıdır. Qanunda isə "Ermənistandan Azərbaycana mal idxal oluna bilməz" maddəsi yoxdur. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına uzun illərdir üzv olmamasının səbəbi odur ki, Ermənistandan Azərbaycana mal idxal olunmasın".

Qeyd edək ki, "Engin LTD" şirkəti "Ariel", "Tide", "Pampers", "Pantene", "Gillette", "Head and shoulders", "Discreet", "Fairy", "Always", "Safeguard", "Lenor", "Oral-b" " Blendamed", " Bonux" , "Ace" , " Comet", " Nutella" " Tat" və s. kimi onlarla məhsulun ölkəmizdə distrübyutorudur.
Şok fakt - "Raffaello" şokoladı Azərbaycana Ermənistandan gətirilirŞok fakt - "Raffaello" şokoladı Azərbaycana Ermənistandan gətirilir

Xəbərlər     Baxılıb: 2338   Tarix: 04 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Ev heyvanları ilə bağlı vacib XƏBƏRDARLIQ: Səbəb tükdür?

"Ev heyvanları bəzi insanlarda allergiya riskini artıra bilər". xəbər verir ki, bnunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onun sözlərin

.

Bu əlamətlər bağırsaq probleminin göstəricisidir

Qarında yaranan bəzi ağrılar sadə narahatlıqdan daha ciddi problemlərin əlaməti ola bilər. Həkimlərin sözlərinə görə, xüsusilə qəfil başlayan və güclü hiss edilən ağrılar diqqətdən kənarda qalmamalıdır. xəbər verir ki, mütəxəssislə

.

Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil

Jujube (hünnap) yüksək C vitamini tərkibi ilə limon və portağalı geridə qoya bilər. Uzaq Şərq təbabətində uzun illərdir istifadə olunan bu meyvənin immunitet sistemini gücləndirdiyi bildirilir. xəbər verir ki, mütəxəssisləri

.

Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş

Azərbaycan mətbəxində içalat arasında qaraciyər və böyrək qədər məşhur olmasa da, dana dalağı əslində qida dəyəri baxımından ən zəngin ət məhsullarından biri hesab olunur. Çox vaxt süfrələrdə diqqətdən kənarda qalan bu qid

.

Saçlarınız üçün ən yaxşı qulluq üsulları AÇIQLANDI

Saçların sağlam və sürətli uzanması bir çox insanın maraqlandığı mövzulardan biridir. Mütəxəssislər bildirirlər ki, saçın uzanma sürəti yalnız kosmetik vasitələrdən deyil, həm də qidalanma və ümumi həyat tərzindən birbaş

.

Həkimdən qorxuducu XƏBƏRDARLIQ - Bu əlamətlər astmanın xəbərçisi İMİŞ

"Allergiya vaxtında müalicə olunmadıqda astmanın yaranmasına gətirib çıxara bilər". . xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyev

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

turlar.az

donlar 2026 reseptler yaz geyimleri 2026 moruğun faydasi maraqli pecenyeler veten haqqinda atalar sozu qadın və cəmiyyət kosmetika bayatılarımızda vətən həsrəti veten faydalı məsləhətlər bakire sağlamlığa aid atalar sözləri