ŞOK HADİSƏ: Həkimlər xəstənin qarnındakı şişdən iki vedrə maye çıxardı - FOTO

ŞOK HADİSƏ: Həkimlər xəstənin qarnındakı şişdən iki vedrə maye çıxardı - FOTORusiyanın Moskva şəhərində həkimlər nəhəng yumurtalıq şişi olan xəstənin həyatını xilas ediblər. Moskva Regional Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan (МОНИИАГ) verilən xəbərə görə, 61 yaşlı qadın qarnının aşağı hissəsində ağrı, böyümə və ürəkbulanma şikayətləri ilə Dmitrov xəstəxanasına müraciət edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müayinə zamanı qadının yumurtalığında şiş aşkar edilib, bundan sonra xəstə təcili olaraq Moskva Regional Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna köçürülüb. İnstitutun baş elmi işçisi Natalya Şukinanın sözlərinə görə, törəmənin həcmi çox böyük olub.
"Boyu 165 sm olan xəstənin çəkisi 130 kiloqram olub, onun qarnının çevrəsi isə 150 sm-i keçib. Əlavə tədqiqatın nəticələrinə əsasən məlum olub ki, çanağı və qarın boşluğunu çoxkameralı və həcmi 30 litrə qədər olan nəhəng yumurtalıq şişi tutub", - deyə o bildirib.
Bundan əlavə, qadın həddindən artıq piylənmə, hipertoniya, karbohidrat mübadiləsinin pozulması, öd və böyrək daşı xəstəliyi, aşağı ətrafların şişməsi ilə ağır varikoz genişlənməsi, baldır və pəncələrin dərisində trofik dəyişikliklər, həmçinin uşaqlıq yolu xəstəliklərindən əziyyət çəkir. Sonuncunu nəzərə alaraq, həkimlər radikal müdaxilə etmək - bütün orqanı əlavələrlə birlikdə çıxarmaq qərarına gəliblər.
N.Şukina qeyd edib ki, tromboembolik ağırlaşmaların, qanaxmanın, bitişik orqanların zədələnməsinin, eləcə də irinli-septik fəsadların son dərəcə yüksək riskinə baxmayaraq, əməliyyat uğurla başa çatıb və qadın cəmi 100 millilitr qan itirib. Bunların hamısı anestezioloq və cərrahların yaxşı əlaqələndirilmiş işi sayəsində baş tutub. Müdaxilədən sonra isə ağır xəstələrə qulluq göstərilməsinin işlənib-hazırlanmış sistemi öz rolunu oynayıb.
"Əməliyyat zamanı çıxarılan yumurtalıq şişinin təcili diaqnostikası aparılıb, onun bədxassəli olması istisna edilib. Xəstə əməliyyatı yaxşı keçirib", - o əlavə edib.
Artıq əməliyyatdan 12 saat sonra qadın köməksiz hərəkət etməyə başlayıb və sonrakı reabilitasiya üçün tövsiyələrlə evə buraxılıb.
Maye çıxarıldıqdan sonra qalan şişin kapsulu
ŞOK HADİSƏ: Həkimlər xəstənin qarnındakı şişdən iki vedrə maye çıxardı - FOTOŞişin içindən çıxan 30 litr maye
ŞOK HADİSƏ: Həkimlər xəstənin qarnındakı şişdən iki vedrə maye çıxardı - FOTOMilli.Az

Xəbərlər     Baxılıb: 1273   Tarix: 19 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

həkim məsləhəti aksessuarlar qadın geyimi tərəvəz yeməkləri qadin psixologiyasi uzun saclarin yigilmasi günay musayeva kosmetika arxadan olmag yemek reseptleri tapmacalar layla qoğalın nağlı