ŞOK! Nənə nəvəsini "ağıllı" etmək üçün falçıya 8 MİLYON VERDİ - FOTOLAR
Moskvada qəribə hadisə baş verib. Avtosfer.az istipress-ə istinadən xəbər verir ki, yaşlı qadın nəvəsinin daha ağıllı olması üçün ekstrasenslərə sərvət ödəyib.
Məlumata görə, Rusiya kimya-texnologiya universitetində təhsil alan 23 yaşlı Ani adlı gənc qızın atası Əmlak Nazirliyində çalışır. Ailə imkanlı olsa da qız yaxşı oxuya və dərslərini tam qavraya bilməyib.
Nəvəsinin dərdinə kədərlənən 81 yaşlı nənə isə qızın sessiyaları yaxşı bitirməsi və universitetdə "5"lə oxuması üçün yollar axtarmağa başlayıb.
Radioda ekstrasens haqqında eşidən nənə ondan kömək istəmək qərarına gəlib. Göstərilən telefona zəng edən Lidiya adlı qadın sevimli nəvəsinin problemindən danışıb və cadugərdən nəvəsini daha "ağıllı" etməsini istəyib.
Falçı isə uzaqdan xidmət göstərəcəyini və nəvənin mütləq "ağıllanacağını" deyib. Yaşlı qadın falçının hesabına 8 milyon rubl (təqribən 132 min dollar) köçürüb. Naməlum şəxs qadına nəvəsinin çox ağıllı olduğunu, onun gələcəyinin yaxşı gördüyünü, amma paxıllıq edənlərin olduğunu deyib.
Amma qızın dərsləri 3 ay ərzində heç cür düzəlməyib. Səhvini başa düşən qadın baş verənləri oğluna danışıb. Bundan sonra ailə başçısı polisə müraciət edib.
İndi polis 8 milyona gənc qızı "daha ağıllı" etməyə çalıçan ekstrasensi axtarır.











8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Space TV-də bu veriliş də yayımlanmayacaq
Böyük sağlamlıq faydaları VAR
Anam yaşındasan, ayıb olsun' - FOTO
Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI
Madonna xalqdan kömək istəyir
Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş
Həddindən artıq yuxu niyə təhlükəlidir?