ŞOK:Əmisi qızı vermədi, qısası dəhşətli oldu – Azərbaycanda inanılmaz cinayət

ŞOK:Əmisi qızı vermədi, qısası dəhşətli oldu – Azərbaycanda inanılmaz cinayətQəbələ şəhərində sevdiyi qızın atasının evini yandırmaqda təqsirli bilinən 2000-ci il təvəllüdlü Məhəmməd Əhmədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xanim.az teleqraf.com-a istinadən xəbər verir ki, Məhəmməd Əhmədli ötən il fevralın 19-da gecə saat 2 radələrində əmisi və qonşusu olan Natiq Əhmədova məxsus Qəbələ şəhəri İsmayıl bəy Qutqaşınlı küçəsində yerləşən birmərtəbəli evi yandırıb.

Buna səbəb Natiq Əhmədovun qızı Məhəbbətin Məhəmmədlə ailə qurmasına razılıq verməməsi olub. Məhəmməd Əhmədli qisas almaq məqsədilə əmisinin evini yandırmaq qərarına gəlir.

Natiq Əhmədov və ailə üzvlərinin evdə olmadıqlarından istifadə edən Məhəmməd evin pəncərəsinin şüşəsini sındırmaqla içəri daxil olub. O, özü ilə gətirdiyi alışqanla yataq otağında yerləşən taxta çarpayının üzərindəki yataq dəstini alovlandırıb.

Yanğın nəticəsində Natiq Əhmədovun 21 118 manat dəyərində əmlakı məhv olub. Natiq Əhmədovun şikayəti əsasında Məhəmməd Əhmədli həbs olunub.

"Əmim qızının mənimlə evlənməsinə imkan vermədi"

İstintaq orqanı tərəfindən Məhəmməd Əhmədliyə Cinayət Məcəlləsinin 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Məhəmməd Əhmədli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, Natiq Əhmədov onun doğma əmisidir:

"Atam Qalib vəfat etdikdən sonra anam Şəhla və qardaşım ilə birlikdə yaşamışam. Əmimin qızı Məhəbbət ərindən boşandıqdan sonra 2015-ci ildən etibarən onu sevməyə başladım. Məhəbbət də qarşılıqlı olaraq, məni sevdi. Məqsədimiz ailə qurmaq idi. Lakin əmim və arvadı Həqiqət Məhəbbətin mənimlə evlənməsinə imkan vermədilər".

"O gündən Məhəbbətlə münasibətim..."

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Natiq və onun ailə üzvləri ilə münasibətləri pisləşib: "Hətta bir dəfə 2017-ci ildə bu məsələ üstündə əmimlə aramızda mübahisəmiz oldu və dalaşdıq. Həmin dava ilə bağlı Qəbələ rayon polis şöbəsinin təhqiqat qrupunda araşdırma aparıldı. Barışdığımız üçün işə xitam verildi. Təxminən bir il bundan əvvəl əmim Natiq və bütün ailə üzvləri yığışaraq Bakı şəhərinə köçdülər. Həmin vaxtdan istər əmim Natiq, istərsə də qızı Məhəbbətlə hər hansı bir münasibətim olmadı".

"İçkili olduğumdan anam yatmağımı istədi..."

Məhəmməd Əhmədli ifadəsinin bu hissəsində qeyd edib ki, buna görə əmisindən qısas almağı qərara alıb:

"Fevralın 18-də, gecə saat 12 radələrində birdən ağlıma gəldi ki, əmim Natiqdən heyf çıxmaq üçün evlərini yandırım. Bir qədər fikirləşdikdən sonra qəti olaraq əmimin qonşuluğumuzda yerləşən evini yandırmaq qərarına gəldim. Bundan sonra yarım litrlik bir şüşə pivə aldım. Pivəni içə-içə əvvəlcə evimizə gəldim. Anama dedim ki, nə yolla olur-olsun, Məhəbbəti mənə almalısan. Anam da məni sakitləşdirərək, dedi ki, Məhəbbəti valideynlərindən istəyəcəm. İçkili olduğumdan anam məndən xahiş etdi ki, artıq gecdir, yat. Çünki xoşagəlməz hadisə törədə bilərdim".

"Yataq otağına keçdim və..."

Məhəmməd Əhmədli bildirib ki, həmin gün yata bilməyib:

"Bir neçə dəqiqə evdə oturduqdan sonra həyətə düşdüm, əmimin həyəti ilə bizim həyətimiz arasındakı daş hasardan tullanaraq onun həyətinə keçdim. Saat 1 və ya 2 olardı. Natiqin evinin işıqları yanmırdı və bilirdim ki, evdə kimsə yoxdur. Əvvəl eyvana qalxdım, evin giriş qapısına baxdıqda, gördüm ki, bağlıdır. Buna görə də əvvəlcə qonaq evinin eyvan tərəfdən pəncərəsinə yaxınlaşaraq, yumruğumla sındırdım. Oradan keçə bilmədiyim üçün üzü eyvana tərəf olan mətbəxin pəncərəsinə yaxınlaşdım. O pəncərənin də şüşəsini yumruğumla sındırdım. Yumruq vuranda şüşə sağ əlimi kəsdi. Daha sonra mətbəxə daxil olub yataq otağına keçdim. Evin işıqları yanmırdı, hər tərəf qaranlıq idi. Buna görə də otaqda hansı əşyaların olduğunu görə bilmədim. Yalnız giriş qapısı ilə üzbəüz paltar şkafını və evin ortasındakı taxta çarpayını görürdüm. Çarpayıya alışqanla od vurdum. Alov bütün otağa yayıldı".

"Həyətdə evin yanmasını seyr etdim"

Məhəmməd Əhmədlinin ifadəsinə görə, məqsədi evin yataq otağını yandırmaq olub:

"Həmin otaqda Məhəbbətə aid xatirələri məhv etmək istəyirdim. Evi tamamilə yandırmaq niyyətim yox idi. Otağın alovlandığını görərək oradan çıxdım. Həyətə düşdüm ki, evin yanmasını seyr edim. 1-2 dəqiqə ərzində alov yataq otağını bürüdü. Yanğını görüncə əvvəlcə anam Şəhla, qonşumuz Saleh, daha sonra tanışım Səfa gəldi. Saleh gələn kimi evi söndürməyə kömək etmək üçün qonşuları çağırmağa qaçdım".

"Əsəbimdən ağlayırdım"

Məhəmməd Əhmədli deyib ki, Səfa onu oradan götürüb və sakitləşdirmək üçün Qəbələ şəhərinə gətirib:

"Səfa gələrkən, əsəbimdən ağlayırdım. O, məndən nəyə görə əmimin evini yandırdığımı soruşdu. Dedim ki, əmimdən heyf çıxmaq üçün yandırdım. Səfa məni sakitləşdirdikdən sonra öz maşını ilə evimizə gətirdi. Evə gəldikdə, gördüm ki, yanğınsöndürənlər evi söndürüblər. Bundan bir neçə dəqiqə sonra polis əməkdaşları gəldi. Natiqin evini yandırıb-yandırmadığımı soruşanda, səmimi olaraq törətdiyim əməli etiraf etdim. Bundan sonra polis əməkdaşları məni Qəbələ rayon polis şöbəsinə gətirərək, sərxoşluğumu yoxladılar, izahatımı aldılar. İzahatımda Natiqin evini qəsdən yandırdığımı etiraf etdim".

"Qızımı narahat edirdi"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Natiq Əhmədov bildirib ki, qardaşı Qalib 2016-cı ildə öldükdən sonra Məhəmməd və anası Şəhla ilə onun ailə üzvləri arasındakı münasibət pozulub, 2 ilə yaxın küsülü olublar:

"Məhəmmədin mənim ərdən boşanan qızım Məhəbbəti sevməsi, qızımın isə onu sevməməsi, həm də ailəsinin buna razı olmaması Məhəmmədlə aramızdakı münasibətlərin pisləşməsinə səbəb oldu. Qızımın Məhəmmədi sevməməsinə və sonuncuya ərə getməyə razı olmamasına baxmayaraq, o, qızımdan əl çəkmədi. Tez-tez mobil telefonla qızıma zəng vururdu. Sonra yaşadığımız evə gələrək, qızımı narahat edirdi. Bu münaqişələrin böyüməməsi və gələcəkdə xoşagəlməz hallarla nəticələnməməsi üçün ailə üzvlərimlə birlikdə qərara gəldik ki, Qəbələdən Bakıya köçək".

"Bildirdim ki, Məhəmməd evimi qəsdən yandırıb"

Natiq Əhmədov qeyd edib ki, 2017-ci il mayın 15-də ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. Zərərçəkmiş paytaxtda kirayədə yaşadığı müddətdə evinin qardaşı oğlu tərəfindən qəsdən yandırıldığını eşdib.

O deyib ki, qardaşı oğlunun törətdiyi əməl nəticəsində ona 30 000 manat maddi ziyan dəyib:

"Polisə şikayət etdim. Bildirdim ki, Məhəmməd evimi qəsdən yandırıb. O, əvvəllər də qızımı ona verməyəcəyim halda evimi yandırmaqla hədə-qorxu gəlib. Bu səbəbdən evimi satıb birdəfəlik Bakı şəhərinə köçmək istəyirdim. Amma hələ ki, evimi alan olmadığı üçün sata bilməmişdim. Evimin yandırılmasında Məhəmməddən başqa heç kimdən şübhələnməmişəm".

"Anam polisə məlumat verdi ki..."

Şahid qismində ifadə verən Məhəbbət Əhmədovanın sözlərinə görə, 2009-cu ildə ərə gedib, 1 il sonra rəsmi qaydada məhkəmə yolu ilə ərindən boşanıb, həmin vaxtdan etibarən valideynləri ilə birlikdə yaşamağa başlayıb:

"Əmim oğlu Məhəmmədin ailə üzvləri ilə valideynlərimin münasibətləri 2017-ci ildən pisləşdi. Həmin ildən etibarən Məhəmməd müxtəlif mobil nömrələrdən mobil telefonuma zəng vurub, məni narahat etməyə başladı. Atam və anam Məhəmmədi çağırdılar, öz iradlarını bildirdilər. Bu zaman Məhəmməd atama və anama hücum çəkdi, onlar dalaşdılar. Hətta bu barədə anam polisə məlumat verdi".

"Sevmədiyimdən onunla ailə qurmağa razı olmadım"

Məhəbbət Əhmədova qeyd edib ki, Məhəmməd həmin vaxt onu sevdiyini, onunla ailə qurmaq istədiyini bildirib:

"Mən isə Məhəmməddən yaşca böyük olduğumdan, əmim oğlu olduğundan və onu sevmədiyimdən ailə qurmağa razı olmadım. Hətta valideynlərim də mənim Məhəmmədlə ailə qurmağıma razı deyildi. Buna görə də Məhəmməd bizimlə ədavət aparmağa başladı. Məhəmmədlə aramızda yaranmış mübahisə daha da böyüməsin deyə valideynlərimlə birlikdə Qəbələdən Bakıya köçmək məcburiyyətində qaldıq. Qəbələdəki evimizdə həmin vaxtdan kimsə yaşamayıb".

Qəbələ rayon Məhkəməsinin hökmü ilə Məhəmməd Əhmədli 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan zərərçəkmiş Natiq Əhmədov apelyasiya şikayəti verib. O, qardaşı oğlunun barəsində olan cəzanın 7 ilə qədər artırılmasını istəyib.

Məhəmməd Əhmədli və ya vəkili tərəfindən apelyasiya şikayəti verilməyib. Onlar birinci instansiya məhkəməsinin hökmündən razı qalsalar da, zərərçəkmişin şikayətinin təmin olunmaması barədə yazılı etiraz veriblər.

Natiq Əhmədovun apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsində hakim Mirbahəddin Hüseynovun sədrlik etdiyi kollegiyada baxılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərarı elan edib.

Qərara görə, zərərçəkmişin şikayəti təmin olunmayıb.

Xəbərlər     Baxılıb: 1580   Tarix: 18 yanvar 2019
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

sade makiyaj sekilleri maskalar qadin sayti qadın məsləhətxanaları əli əmirli praktik badimcan tursusu hazirlanmasi kosmetika bürcler ariqlamaq ariqla cinsi elaqe nagillar