SON DƏQİQƏ! Azərbaycanda bu marşurutlarda gediş haqqı ARTDI
Bir neçə gündür ki, Bakıətrafı kəndlər istiqamətində fəaliyyət göstərən bəzi marşrut xətlərində gediş haqqı qaldırılıb.
Xanim.az xəbər verir ki, bu səbəbdən "Qafqazinfo"ya şikayət edən sərnişinlər bildiriblər ki, 131, 107 və 172 nömrəli marşrut avtobuslarının salonunda gediş haqqı 30 qəpik yox, 35 qəpik göstərilir. Təbii ki, sürücülər çox vaxt 5 qəpiyin olmadığını bəhanə gətirərək sərnişinlərdən 40 qəpik çıxırlar.
Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevlə əlaqə saxladıq. M. Ağayev bildirib ki, hazırda heç bir qiymət artımından söhbət gedə bilməz və həmin avtobusların daşıyıcılarına ciddi xəbərdarlıq ediləcək:
"Qiymətlər Tarif Şurası tərəfindən müəyyənləşdirilir. Bizim əsas tələblərimizdən biri odur ki, gediş haqqı avtobusun salonunda sərnişinlərin görə biləcəyi bir yerdə qeyd olunmalıdır. Kimsə əgər qeyd olunan və ya Tarif Şurasının müəyyən etdiyi məbləğdən artıq ödəniş tələb etsə, müvafiq qaydada cərimələnəcək. Agentlik olaraq məsələni araşdıracağıq və şikayət doğru olduğu təqdirdə həmin marşrut xətlərinin daşıyıcılarına xəbərdarlıq ediləcək".
f Paylaş








Rza Tamerin ölümü ilə bağlı- araşdırma başladı
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Bu meyvə xərçəngə qarşı gizli silah imiş
Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər
Aysun: Yağmur məni bloka atıb
Vəfa yenidən konsert verəcək
Ürəyi qoruyub, stressi azaldan ÇAY
Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun
Məşhur reper ikinci dəfə baba oldu
Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ
Hər gün yumurta yemək olar?
Ana olmaq ehtimalım belə qorxuncdur
Məşhur aktyor vəfat etdi
Atam küçədə yığılıb qalıb, heç kim ona yardım etməyib
Boran' bu tarixdə 'Uzak şehir'ə vida edəcək