Son dəqiqə! Azərbaycanda günün dəhşətli xəbəri! qəzada ölənlər tanınmış şirkət işçiləri olub - DƏHŞƏTLİ FOTOLAR

Son dəqiqə! Azərbaycanda günün dəhşətli xəbəri! qəzada ölənlər tanınmış şirkət işçiləri olub - DƏHŞƏTLİ FOTOLARDünən axşam saatlarında Yevlaxın Tanrıqulular kəndində 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb.Xanim.az lent.az-a istinadən xəbər verir ki, ilkin araşdırma zamanı məlum olub ki, Yevlax rayon Salahlı kənd sakini, 1963-cü il təvəllüdlü Səfərov Ziyad Surxay oğlunun idarə etdiyi 20 CF 226 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik maşınla Tərtərin Cəmilli kənd sakini, 1992-ci il təvəllüdlü Zülqədarlı Zülqədar Üzeyir oğlunun idarə etdiyi 50 CE 046 nömrə nişanlı "VAZ 21015" markalı avtomobil sürət həddinin aşılması nəticəsində toqquşub. Belə ki, həmin yol xeyli vaxt təmirsiz vəziyyətdə olub və avtomobillər burada saatda 60 kilometr sürətdən artıq hərəkət edə bilmirmiş. Bir müddət əvvəl isə yol tamamilə yenidən qurulub və sürət həddi də artıb. Hadisə vaxtı avtomobillərin ən azı saatda 110-120 kilometr sürətlə hərəkət etdiyi bildirilir.

Qeyd edək ki, "VAZ 21 015"də vəfat edən 3 nəfər – 25 yaşlı Zülqədər Zülqədərli, 29 yaşlı Pərviz Zeynalov və 24 yaşlı Zahir Allahverdiyecv "Veysəloğlu" şirkətinin regional satış və paylama şəbəkəsinin işçisi olub.

Faktla bağlı Yevlax Rayon polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

*****

12 may 22:00

Yevlaxın Tanrıqulular kəndində 5 nəfərin ölümü, 1 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Yevlax rayon Salahlı kənd sakini, 1963-cü il təvəllüdlü Səfərov Ziyad Surxay oğlunun idarə etdiyi 20 CF 226 dövlət nömrə nişanlı VAZ 2107 markalı minik maşını Tərtərin Cəmilli kənd sakini, 1992-ci il təvəllüdlü Zülqədarlı Zülqədar Üzeyir oğlunun idarə etdiyi 50 CE 046 nömrə nişanlı VAZ21015 markalı avtomobillə toqquşub.

Nəticədə hər iki minik maşınının sürücüsü və daha üç nəfər - VAZ-2107-nin sərnişini, Kəlbəcər rayonundan məcburi köçkün, 1961-ci il təvəllüdlü Həşimov İlya Yunis oğlu, digər maşındakı sərnişinlər, Mingəçevir şəhər sakini, 1988-ci ildə anadan olmuş Zeynalov Pərviz Fərəc oğlu və 1993-cü il təvəllüdlü Allahverdiyev Zahir Həsən oğlu hadisə yerində keçiniblər.

VAZ 2107-də olan digər sərnişin, Kəlbəcər rayonundan məcburi köçkün Alışanlı Tural Əliyar oğlu ağır bədən xəsarətləri ilə Mingəçevir şəhər Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir. Faktla bağlı Yevlax Rayon polis Şöbəsində araşdırma aparılır.

***

Mingəçevirdə ağır yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri ərazisində iki "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobillərində sıxılmış vəziyyətdə qalmış 5 nəfərin meyitini çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 20:10-da başa çatıb.

Xəbərlər     Baxılıb: 11672   Tarix: 13 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, di

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Maşında ürəkbulanma niyə yaranır? - Səbəb

Avtomobildə yol gedərkən ürəkbulanma, başgicəllənmə və hətta qusma ilə qarşılaşan insanlar az deyil. Xalq arasında "maşın tutması" adlandırılan bu vəziyyət hərəkət xəstəliyi kimi tanınır. xəbər verir ki, hərəkə

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

İnsult riskini artıran axşam vərdişləri

Uzunmüddətli perspektivdə bəzi axşam vərdişləri insult riskini artıra bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloqlar Liz Vays və Rosanna Rast "Eating Well" nəşrinə müsahibələrində xəbərdarlıq ediblər

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Bu peşələrdə çalışanların xərçəngdən ölüm riski daha yüksəkdir

BŞ-də aparılan genişmiqyaslı araşdırma pilot və stüardessaların radiasiya ilə əlaqəli xərçənglərdən ölüm riskinin digər peşə qrupları ilə müqayisədə daha yüksək olduğunu göstərib. xəbər verir ki, araşdırmada 2020-2024-c

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

turlar.az

sade makiyaj sekilleri reseptler hamilelikde qidalanma cennet almasinin murebbesi toy dəbi ziyafət geyimləri 2026 çolkalı saç modelleri kosmetika novruza aid hakışta sanama hakışta sağlamlığa aid atalar sözləri rus dili