SON DƏQİQƏ! Azərbaycanlı məşhur vəfat etdi - FOTO

SON DƏQİQƏ! Azərbaycanlı məşhur vəfat etdi - FOTOAzərbaycanın tanınmış alimi Maqsud Əliyev dünyasını dəyişib.

"Report"un məlumatına görə, Prezident İlham Əliyev, dövlət və hökumət nümayəndələri, alimlər M.Əliyevin vəfatı ilə bağlı nekroloq imzalayıblar.

Nekroloqda deyilir:

"Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın tanınmış alimi, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının fizika-riyaziyyat və texnika elmləri bölməsi akademik-katibinin müavini Maqsud İsfəndiyar oğlu Əliyev 2016-cı il dekabrın 23-də ömrünün 93-cü ilində vəfat edib.

Maqsud Əliyev 1924-cü il avqust ayının 27-də Tbilisi şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1941-ci ildə Tbilisi Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1943–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirakı ilə əlaqədar ali təhsilini yarımçıq qoymuş və cəbhədən qayıtdıqdan sonra təhsilinə davam etmiş, 1947–1950-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində oxumuşdur.

Əmək fəaliyyətinə 1950-ci ildən etibarən Azərbaycan Politexnik İnstitutunda assistent kimi başlayan Maqsud Əliyev 1954–1957-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda baş müəllim, 1957–1961-ci illərdə isə Azərbaycan Dövlət Universitetində baş müəllim, dosent vəzifələrində çalışmışdır. O, 1961-ci ildən taleyini Azərbaycan Elmlər Akademiyası ilə bağlayaraq Fizika İnstitutunda 1966-cı ilədək baş elmi işçi, 1966–2013-cü illərdə laboratoriya müdiri işləmiş, 1971-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının fizika-riyaziyyat və texnika elmləri bölməsi akademik-katibinin müavini vəzifəsini icra etmişdir.

Maqsud Əliyev 1957-ci ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmiş və 1967-ci ildə professor elmi adını almışdır. O, fizika ixtisası üzrə 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik Maqsud Əliyev Azərbaycanda fizika elminin inkişafında mühüm xidmətlər göstərmişdir. Onun uzun bir dövrü əhatə edən səmərəli elmi fəaliyyətinin başlıca istiqamətini yarımkeçiricilərin fiziki xassələrinin öyrənilməsi təşkil etmişdir. Yarımkeçiricilərin istilik keçirməsi probleminin həllinə yönəlmiş həmin araşdırmalar aktuallığı ilə səciyyələnərək bu sahədə bir sıra əsaslı məsələlərin aydınlaşdırılmasına zəmin yaratmışdır. Maqsud Əliyev selenin kristallaşmasına, elektrik, optik və istilik xassələrinə az miqdarda aşqarların təsirinin ilk tədqiqatçılarından idi. Alimin apardığı fundamental tədqiqatlardan əldə olunan mühüm nəticələr mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdir.

Maqsud Əliyev elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə daim ahəngdar şəkildə əlaqələndirmiş və Azərbaycanın bir sıra ali təhsil ocaqlarında yüksəkixtisaslı kadrların yetişdirilməsində fəal iştirak etmişdir. O, nüfuzlu beynəlxalq elmi simpozium, forum və konfranslardakı çıxışları ilə Azərbaycan elmini ölkənin hüdudlarından kənarda da layiqincə təmsil etmişdir.

Maqsud Əliyev respublikamızda və xaricdə nəşr edilmiş 350-dən artıq elmi əsərin və 30 patentin müəllifidir. Alimin rəhbərliyi ilə yarımkeçiricilər fizikası və onun tədris metodikası üzrə 40-dan çox fəlsəfə və elmlər doktoru hazırlanmışdır.

Akademik Maqsud Əliyevin elmi fəaliyyəti lazımınca qiymətləndirilmişdir. Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə o, müxtəlif orden və medallara layiq görülmüş, o cümlədən, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Qocaman alim, gözəl pedaqoq və səmimi insan Maqsud İsfəndiyar oğlu Əliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır".

Allah rəhmət eləsin!

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Elçin Əfəndiyev

Hacıbala Abutalıbov

Fatma Abdullazadə

Akif Əlizadə

Mikayıl Cabbarov

Arif Paşayev

Tofiq Nağıyev

İbrahim Quliyev

İsa Həbibbəyli

Rasim Əliquliyev

Telman Əliyev

Çingiz Qacar

Cavad Abdinov

Bahadur Tağıyev

Firudin Haşımzadə.

Xəbərlər     Baxılıb: 5888   Tarix: 24 dekabr 2016
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Çörək seçimi yalnız dad məsələsi deyil. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan çörək düzgün seçildikdə sağlamlıq üçün də faydalı ola bilər. Bəs, hansı daha sağlamdır, tam buğda, yoxsa çovdar? . xəbər verir ki, dietoloqla

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

turlar.az

geyim dəbləri sac duzumleri həkim məsləhəti qaynar qazan sengulum nagili körpə gəzintidə hakışta sözləri kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır saglam qidalanma tapmaca sac modelleri laylalar