SON DƏQİQƏ! Bakının mərkəzində insident: polisin üzərinə ...
Bakıda oğurluğa cəhd etmiş şəxs polisə müqavimət göstərib.
Xanim.az DİN-ə istinadən xəbər verir ki, mayın 17-də Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları polis serjantları Ramin Qədimov və Rüstəm Məhərrəmov paytaxtın Yasamal rayonu ərazisində yerləşən xarici dövlətlərdən birinin səfirliyində xidmət apararkən Hüseyn Cavid prospektindəki "Favorit" supermarketdən bir nəfərin çıxıb qaçmağa üz tutduğunu və marketin işçilərinin "oğrunu saxlayın" deyə kömək istədiyini görüb. Polis əməkdaşları onu saxlamaq istəyəndə həmin şəxs cibindən bıçaq çıxararaq müqavimət göstərməyə çalışıb. Polislər həmin şəxsi silahsız özünümüdafiə fəndi ilə tərksilah edərək zərərsizləşdirib, bıçaqla birlikdə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə təhvil veriblər.
Polis Bölməsində aparılan araşdırma zamanı hadisəni törədən şəxsin Şabran rayon sakini Ramin Paşayev olduğu, həmçinin onun əvvəllər narkotik vasitələrin satışı və soyğunçuluq maddələri ilə iki dəfə məhkumluq həyatı yaşaması da müəyyən edilib.
f Paylaş








Məşhur aktyor ürəyindən əməliyyat oldu
Rusiyalı sənətçi Polşada güllələndi
"Sevdam Karadeniz" serialında ard-arda ayrılıq: Aslıhan Malbora da layihədən getdi
Aysel zəhərlənib, vəziyyəti yaxşı deyil' - FOTO
Taşacak bu deniz'də ayrılıq: 'Gezep' yeni mövsümdə olmayacaq
Zəng' qorxu filminin aktrisası gənc yaşda vəfat etdi - FOTO
Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
Acunundan ayrılan xanımı yenidən ərə gedir
Cavan Zeynallının səhhətində problem yarandı
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Məşhur müğənni barədə qərar verildi - Qadağa tətbiq edildi
Övladlarımın başını aşağı etməmişəm' - Nazənin
"Avroviziya" qalibi Bakıya gəlir