SON DƏQİQƏ! Bu da uzun fasilədən sonra ANS - lə bağlı GÖZLƏNİLƏN QƏRAR

SON DƏQİQƏ! Bu da uzun fasilədən sonra ANS - lə bağlı GÖZLƏNİLƏN QƏRAR"Bu yaxınlarda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən rəsmi məktub almışıq. Məktubda bildirilib ki, bizim xahişimizlə ANS-in rəhbərliyi çağırılıb və onlara öz əmlaklarını başqa yerə köçürməli olduqları haqda məlumat verilib".

Bunu açıqlamasında AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib. Onun sözlərinə görə, ANS-in avadanlıqları ilə bağlı məsələdə hələ ki qeyri-müəyyənlik hökm sürür:

"Təxminən bir həftə öncə təkcə Zoologiya İnistituna deyil, AMEA Rəyasət Heyətinə də istintaq idarəsindən rəsmi məktub göndərilib. Lakin ANS-dən heç kimlə əlaqə yoxdur, onlar da gəlib-getmirlər və durğunluq müşahidə edilir.

Biz ANS-dən avadanlıqlarının yerləşdiyi binanı boşaltmağı, əmlakı başqa yerdə saxlamağı istəmişik. Hətta biz avadanlıqların başqa yerə köçürülməsini də təklif etmişik. Yəni anbar, o cümlədən işlər idarəsinin yerləri var. Amma qarşı tərəf bildirir ki, onlara xüsusi yer lazımdır. Səbəb kimi isə avadanlıqların qiymətli olduğunu, onları yerləşdirmək üçün özəl şərait lazım olduğunu deyirlər. Yəni ANS hər zaman müəyyən bəhanələr gətirib, təkliflərimizdən imtina edir.
İndiyə kimi dözmüşük, münasibətləri birdən-birə sökmək, ya da bıçağı sümüyə də dirəmək istəmirik. Onları çətin anında bir tərəfdən də bizim baltalamağımız etik deyil. Amma dostluq belə olmur. Onlar bizim haqqımızda da düşünməlidirlər".

E.Yusifov qeyd edib ki, ANS binadan avandanlıqlarını çıxarmadığı üçün Zoologiya İnistitutu öhdəliklərini yerinə yetirə bilmir:

"Akademiyanın qarşımıza qoyduğu tələblər, yeni planlarımız var və biz onları edə bilmirik. Hətta hansısa sahibkar Fiziologiya İnistitunu söküb və onların vəziyyəti pisdir. Hörmətli akademik Akif Əlizadənin Fiziologiya İnistitunun əməkdaşlarına həmin ərazidə yer verilməsi ilə bağlı tapşırığını yerinə yetirə bilmirik.

Eyni zamanda, ölkə prezidentinin qarşımıza qoyduğu yol xəritəsi, strateji planlar var. 2020-ci ilə qədər bioloji müxtəlifliyin davamlı inkişafı, nadir, nəsli kəsilməkdə olan fauna növlərinin süni çoxaldılması üçün biz də öhdəlik götürmüşük.. Xüsusi tətbiqi zoologiya mərkəzi yaratmışıq. Amma ANS-in fəaliyyəti ucbatından bunlar kağız üzərində qalıb. Təsəvvür edirsiniz, İstintaq İdarəsi də ANS-in əmlakının başqa yerə köçürülməsi üçün heç bir etiraz etmədiklərini bildirib. Bunlar isə bizdən təsir vasitəsi kimi istifadə edir. Bu isə ürəkaçan hal deyil. Görünür, bizim vasitəmizlə harasa təzyiq etmək istəyirlər. Əgər fəaliyyətləri yoxdursa, binanın möhürlənməsinin əhəmiyyəti olmamalıdır. Amma ANS-çilər gah bizi, gah da möhürü bəhanə edir. ANS-in etdiyi faktiki zəbtdir, başqa ad vermək olmaz".

Mənbə: modern.az

Xəbərlər     Baxılıb: 9685   Tarix: 11 iyul 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

geymler 2026 toy makiyaji sekilleri geyim dəbləri ilk tibbi yardim gil maskalari uşaq yeməkləri hamilelikde axinti kosmetika sanamalar qaynana hakista xeyanet qiz burcu vətən haqqında atalar sözləri