SON DƏQİQƏ: bu metro stansiyasının çıxışı bağlandı - Güclü KÜLƏYƏ GÖRƏ
"Bakı Metropoliteni" QCS-nin "Elmlər Akademiyası" stansiyasının əsas çıxışı bağlanıb.
Xanim.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Qurum rəsmisi bildirib ki, stansiyanın əsas çıxışının bağlanmasına səbəb güclü küləklə bağlıdır: "İki gündür ki, Bakıda güclü şimal küləyi hökm sürür. Güclü külək stansiyanın giriş və çıxışlarında təhlükə yaradır. Sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün bu günlərdə sərnişinlərin az olmasını nəzərə alaraq stansiyanın əsas çıxışı bağlanıb. Hazırda giriş və çıxış stansiyanın əsas girişi ilə həyata keçirilir".
B.Məmmədovin sözlərinə görə, proses nəzarətdədir: "Əgər sərnişin sıxlığı müşahidə olunarsa, əsas çıxış açılacaq. Təhsil müəssisələrində tədris prosesi dayandırıldığından hələ ki, sərnişin sıxlığı yoxdur".










Ofeliyanın qardaşı komaya düşdü
Türkan Pərvizi kimə dəyişdi? - Yeni duet ortağı ilə ilk FOTO
Tezliklə öləcəyəm' - Sərdar Ortaçın vəsiyyəti
Oğlumun müğənni olmasına əsla razı olmaram
Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi
Hər gün yediyimiz "zəhər": Şirin ləzzətin qaranlıq tərəfləri
Yusuf Güney yenidən SAXLANILDI
Ayaqqabını nəm salfetlə silməyin - SƏBƏB
Mədə problemlərinin gizli səbəbləri məlum oldu
"Game of Thrones"in aktyoru öldü - FOTO
Məşhur aktyor ABŞ-İsrail-İran müharibəsindən film çəkir
Sen anlat Karadeniz'in aktyoruna qeyri-adi mükafat verildi
Hər gün bir stəkan içənlərin ürəyi yenilənir