Son dəqiqə! Faciəvi şəkildə həlak olan Ayselin ölümünün ŞOK DETALLARI - Avtomobilin sahibi GÖRÜN KİM İMİŞ - FOTOLAR

Daha öncə də xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonu ərazisində faciə ilə nəticələnən ağır zəncirvari yol qəzası baş verib. Qəzada "Hyundai" markalı, 10 NA 556 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 32 yaşlı Aysel Quliyeva vəfat edib.

Unikal.org xəbər verir ki, hadisə ilə bağlı daha detallı məlumat əldə etmək üçün "Yeni Müsavat"ın əməkdaşı olaraq dünyasını dəyişən A.Quliyevanın yaşadığı mənzilə yollandıq.

İlk olaraq onu qeyd edək ki, hadisə Heydər Əliyev Mərkəzinin yaxınlığında baş verib. Öyrəndik ki, Mehdiabad ərazisində yerləşən Zəngilan məktəbində dərs hissə müdiri vəzifəsində çalışan A. Quliyeva hadisə baş verən günü işdən gəlirmiş. İş yoldaşlarını Heydər Əliyev prospektində düşürdükdən sonra yaxınlıqda yerləşən evinə getmək istədikdə isə əks istiqamətdə hərəkət edən Ağamirzə Heybətov adlı şəxsin idarə etdiyi "Toyota" markalı, 99 RL 220 nömrəli avtomobil yoldakı beton maneəyə çırpıldıqdan sonra A. Quliyevanın idarə etdiyi avtomobilin üstünə düşüb. Hadisədə yolda hərəkət edən Şəhriyar Ələsgərov adlı şəxsin idarə etdiyi "Wolksfagen" markalı avtomobilə də zərər dəyib. Lakin onların heç birinin həyati təhlükəsi yoxdur.

Aysel Quliyevanın üç və yeddi mərasimi iyun ayının 4-də "Tural" mərasim evində keçiriləcək. Buna baxmayaraq, onun yaşadığı evin həyətində kiçik məclis qurulub, başsağlığı üçün gələn qonaqlar burada qəbul edilir. Ailə hələ hadisənin şokundan ayılmayıb. Ona görə də Quliyevanın valideynləri mətbuata geniş açıqlama vermək istəmədilər. Bildirdilər ki, üç və yeddi mərasimindən sonra geniş fikir bildirəcəklər.

Atası Ruslan Quliyev çətin vəziyyətdə söylədi ki, deməyə söz tapmır:"Elə vəziyyətdəyəm ki, heç dilim söz tutmur. Dərdimiz çox ağırdır. İndiki vəziyyətdə istəsəm belə, nə isə danışa bilmərəm. Çünki fikrimi toplaya bilmirəm. Nə edək axı..."
Öyrəndik ki, A. Quliyevanın atası Ruslan Quliyev uzun müddət Zəngilan Dəmir Yolu xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Son altı aya qədər də o, həkim kimi çalışırmış. Lakin hazırda yaşı ilə əlaqədar təqaüdə çıxıb. A. Quliyevanın anası isə müəllimə işləyir. Nənəsi tanınmış həkim Əfşan Quliyeva, babası isə Sovet İttifaqı Qəhrəmanı Vəli Quliyevdir. Mərhumənin bir bacısı və bir qardaşı var. Öyrəndik ki, Zəngilan rayonu işğal edildikdən sonra ailə Montin qəsəbəsinə gələrək, hazırda qaldıqları ünvanda məskunlaşıb. A. Quliyeva da 1985-ci il, iyunun 11-də ermənilər tərəfindən işğal olunan Zəngilan rayonunda dünyaya gəlib. O, Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirib.

Universiteti bitirdikdən sonra Mehdiabadda yerləşən Zəngilan məktəbində ixtisası üzrə müəllimə kimi çalışıb. Daha sonra isə dərs hissə müdiri olub. Evləri ilə məktəbin arasında məsafə uzun olduğu üçün avtomobil almaq qərarına gəlibmiş...

"Yeni Müsavat"a danışa A. Quliyevanın bacısının yoldaşı Ramin Vəliyev bildirdi ki, hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. R. Vəliyev hadisə ilə bağlı bəzi detalları açıqladı:"Açıq-aşkar görünür ki, qarşı tərəf günahkardır. Yəni bunu sübut etməyə ehtiyac yoxdur. Çünki hadisəni törədən şəxs yoldakı maneəni aşaraq rəhmətliyin avtomobilinə çırpılıb. Dünənə qədər biz başqa fikirdəydik. Düşünürdük ki, hadisəni törədən tərəf soyuqqanlı münasibət göstərir. Öyrəndik ki, vuran adam şəxsi sürücü olub. Onun sürücülük etdiyi şəxs isə bizə məlum olmasa da, deyilənə görə, yuxarı təbəqənin nümayəndəsidir. Bu gün isə bizim qohumumuzla əlaqə saxlayıb, maraqlanıblar. Rəhmətlik hələ xəstəxanada olduğu zaman da onların nümayəndələrindən gələn olub. Ancaq biz həmin vaxt gərginlik içərisində, hadisənin şokuna düşüb aqressiv olduğumuz üçün yaxınlaşmağa risk etməyiblər. Eləcə də dəfn mərasimində də qəbiristanlıqda olublar. Öyrəndik ki, rəhmətlik basdırılan zaman da iki avtomobil gəlib, kənardan baxıblar. Yəni vəziyyəti izləyirlər hələ ki. Hadisəni törədən şəxs və digər avtomobilin içərisindəkilərin də səhhətində heç bir problem yoxdur. Vuran adamı artıq polislər saxlayıblar. Gördüyünüz kimi, ailə ziyalı ailədir. Atası çox gözəl ziyalıdır. Üç-yeddi mərasimindən sonra düşünürük ki, qarşı tərəfin ağsaqqalları ilə söhbət edək. Həyatdır, olacaqdır... Vuran adam da cavan deyil, 51 yaşı var. Hadisəni görənlər deyirlər ki, adam 100-120 sürətlə gəlirmiş. Avtomobili də son model "Lexus" olub".

R. Vəliyev bildirdi ki, 10 il öncə A.Quliyevanın nişanlısı da Moskvada avtomobil qəzasına düşərək, dünyasını dəyişib:"İkisi də oxşar həyatı yaşadılar. O da on il əvvəl toylarına az qalmış Moskvada qəza keçirib, dünyasını dəyişmişdi. Hadisədən sonra qız yaxınlarına dedi ki, daha bundan sonra kimsə mənə ailə qurmağı söyləməsin. 32 yaşı olacaqdı, ancaq axırı bu cür oldu..."

Qohumlarından öyrəndik ki, qəza baş verdikdən sonra A. Quliyevanı xəstəxanaya yol polisinin əməkdaşları çatdırıblar. "Hadisə baş verdikdən sonra Ağamirzə Heybətov şok vəziyyətində olub. Deyilənə görə, nə edəcəyini bilməyib. Qəza yerinə gələn polislər isə təcili yardım xidmətinə zəng etsələr də qızın vəziyyətinin ağır olduğunu görüb, öz avtomobillərində onu xəstəxanaya çatdırıblar. Biz başa düşürük ki, polisin vəzifəsi bu deyil. Onlar qanunla xəsarət almış şəxsi xəstəxanaya aparmalı deyillər. Ancaq bu cür insanlıq göstərdikləri üçün onlara təşəkkür edirik. Həqiqətən də böyük iş görüblər. Xəstəxanada olduğu zaman da həmin yol polisləri iki dəfə gəlib, onun vəziyyəti ilə maraqlandılar. Çox sağ olsunlar", deyə ailə üzvləri bildirdilər.

Yuxarıda da qeyd etdiyimiz kimi, ailə hələ ki şok vəziyyətində olduğu üçün foto çəkilməsinə, açıq şəkildə müsahibə verməyə razılıq vermədilər. A. Quliyeva iyunun 1-də Günəşli qəbiristanlığında dəfn olunub.
Son dəqiqə! Faciəvi şəkildə həlak olan Ayselin ölümünün ŞOK DETALLARI - Avtomobilin sahibi GÖRÜN KİM İMİŞ - FOTOLARSon dəqiqə! Faciəvi şəkildə həlak olan Ayselin ölümünün ŞOK DETALLARI - Avtomobilin sahibi GÖRÜN KİM İMİŞ - FOTOLARSon dəqiqə! Faciəvi şəkildə həlak olan Ayselin ölümünün ŞOK DETALLARI - Avtomobilin sahibi GÖRÜN KİM İMİŞ - FOTOLAR

Xəbərlər     Baxılıb: 7093   Tarix: 03 iyun 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

kosmetoloq qaşların formalari yay kolleksiyasi yaglarin faydasi xinayaxdi bayati makiyaj gözəl qadin kosmetika masturbasiya nedir haxista burcler haqqinda arxadan olmaq baliq