SON DƏQİQƏ!!!- RƏSMİ! DOLLARLA KREDİTİ OLANLARA ŞAD XƏBƏR!

SON DƏQİQƏ!!!- RƏSMİ! DOLLARLA KREDİTİ OLANLARA ŞAD XƏBƏR!Vüqar Bayramov "Kompensasiyaların verilməsi qaçılmazdır"

Son günlər liberal məzənnə siyasətinə keçidlə bağlı çoxlu suallar yaranıb. Çoxunu manatın sonrakı taleyi, dollarla götürülən kreditlərin sonrakı mərhələsi maraqlandırır.

Bu və digər suallara tanınmış iqtisadçı Vüqar Bayramov aydınlıq gətirib?

- Azərbaycanda həyata keçirilən mövcud məzənnə siyasəti nədir?

- Mərkəz Bank ötən ilin dekabrın 21-də tənzimlənən (pegged exchange rate) məzənnə siyasətindən tənzimlənən üzən məzənnə siyasətinə (managed or dirty floating regime) qədəm qoyduğunu elan edib. Bundan sonra manatın ikinci devalvasiyası baş verib. Amma bu manatın bazar dəyərinin tapılmasına imkan vermədi. İndi manatın məzənnəsi hərracda müəyyənləşdirilsə də belə hələ də Mərkəzi Bank və ya Dövlət Neft Fondu tərəfindən hərraca nə qədər valyutanın çıxarılması çox önəmlidir. Doğrudur, 2016-cı ildə Mərkəzi Bankın intervensiyası kəskin şəkildə azaldı və bu daha daha çox sözügedən bankın rezervlərinin psixoloji həddədək azalması ilə bağlı idi. Praktik olaraq, manatın məzənnəsi bazardakı tələb və eləcə də sözügedən iki qurumun təklifi hesabına formalaşır. Bu isə o deməkdir ki, hələ də təklif bazardan deyil, inzibati qurumlardan gəlir.

- Liberal üzən məzənnə nədir?

- Liberal məzənnə manatın bazar müəyyənləşdirilməsi deməkdir. Bu zaman bazar tarazlığı yaranır və kurs bazardakı tələb və təklifə uyğun olaraq müəyyənləşdirilir. Buna adətən milli valyutanın "bazarda dibi görməsi" kimi xarakterizə edirlər. Mərkəzi Bank daimi bazarda deyil, sadəcə çox krtik anlarda intervensiya edə bilər. Ölkəyə daxil olan valyutanın həcmi və eləcə də tədiyyə balansının vəziyyəti birbaşa milli valyutanın kursuna təsir göstərir.

- Liberal məzənnəyə keçid nə zaman olmalı idi?

- Manatın liberal üzən məzənnə rejiminə keçidi xeyili yubandı. Əslində, Mərkəzi Bank 2014-cü ilin sonu və ya ən geci 2015-ci ilin əvvəllərində üzən məzənnə rejiminə keçməliydi. Mərkəzi Bank prosesi yubatdı və nəticədə ötən müddətdə rezervlərinin 75 faizini itirdi, 16 milyard dollardan 4 milyarda düşdü, intervensiya imkanları məhdudlaşdı. Ötən iki il ərzində Mərkəzi Bankın əsas siyasəti manat sterilizasiyası ilə milli valyuta bazasını azaltmaq oldu. Bu müddətdə hər zaman qeyd etdiyim kimi, bu doğru siyasət deyildi. Bununla manatın məzənnəsini optimallaşdırmaq mümkün deyildi. Təəssüf ki, iki il müddətində Mərkəzi Bank mövcud siyasəti davam etdirdi və bazarın liberallaşdırılması istiqamətində demək olar ki, addımlar atmadı. Mərkəzi Bankın pul kredit siyasəti real sektora "isti pulların" daxil olmasına imkan vermədi və nəticə də bu xidmət sektoru daxil olmaqla çox fərqli sferalarda iş yerlərinin bağlanmasına səbəb oldu. Mərkəzi Bank gələn il də bu ilki siyasətini davam etdirəcəyi bəyan edib. Belə olan halda isə baş bank manatın problemini 2017-ci ilə daşıya bilər.

- Liberal məzənnə siyasətinə keçid niyə qaçılmaz hala gəlib?

- İqtisadiyyatın liberallaşdırılması ilə bağlı islahatlar liberal məzənnə siyasətinin tətbiqini tələb edir. Manatın bazar kursu müəyyənləşməyincə nə dollarlaşma prosesinin azaltmaq, nə də real sektora investisiyaların cəlb edilməsi mümkün olacaq. Rusiya və Qazaxıstan təcrübəsini nəzərə alsaq əslində, Azərbaycan üçün liberal məzənnə tətbiq etməkdə ən uyğun il 2014-cü il idi. Təəssüf ki, öndə qeyd etdiyim kimi, Mərkəzi Bank gözləməyə üstünlük verdi. Milli valyutanın bazar dəyəri bəlli olmayınca həm investorlar, həm də vətəndaşlar pullarını dollarda saxlamağa üstünlük verəcəklər. Qısası, milli valyutanın bazar kursu müəyyənləşməyincə uzun müddətli diversifikasiya islahatları aparmaq olduqca çətindir.

- Liberal məzənnə hansı səviyyədə ola bilər?

- Manata həm iqtisadi, həm də psixoloji təsirlər qalmaqdadır. Neftin dünya bazar qiyməti aşağı olduğu üçün Neft Fondu xərcləmləri sıxır və bazara daxil olan dollar kütləsi azalr. Mərkəzi Bank "qara bazar"ı aradan qaldıra bilmədi. "Qara bazar"ın manata psixoloji təzyiqi olduqca yüksəkdir. Bizim qiymətləndirməmiz göstərir ki, indiki məzənnə siyasəti ilə manatın bazar məzənnəsi 100 dollar üçün 195 manatdır. Amma liberal məzənnə siyasətinə keçid olarsa, Mərkəzi Bank tamamən bazardən çəkilərsə, cari tələb və təklifi nəzərə almalqa o zaman 1 dollar 2 manat 20- 2 manat 50 qəpik intervalında dəyişə bilər. Bununla belə, bu məzənnə siyasətinə hazırlıqsız keçidlə daha aşağı məzənnə ilə və ya hazırlıqlı başlangıcla daha uyğun kursla keçmək mümkündür.

- Liberal məzənnə keçid zamanı manatın kəskin dəyərsizləşməsindən necə qaçmaq olar?

- 2015-ci ildə təklif etdiyim kimi, 4 milyard dollar rezerv ölkəyə gətirilməsi məqsədə uyğundur. Təbii sual yaranır ki, rezervlərimizdən böhran zamanı istifadə etməyəcəyiksə nə zaman faydalanacayıq? Bu vəsait 2 mərhələdə bazara transfer edilə bilər. Təklif edirəm ki, bu vəsaitin 2 milyard dolları banklarda konvertasiya edilib, kiçik və orta sahibkarlara kredit formasında verilsin. Hətta kreditlərin verilməsi üçün xüsusi beynəlxalq və yerli ekspertlərdən ibarət xüsusi komissiyanın yaradılmasını təklif edirdim ki, kreditlər şəffaf şəkildə sahibkarlara təqdim edilsin və bu da real sektoru canlandırsın. İkinci mərhələnin sonunda isə cari tələbə təsir edərək Mərkəzi Bank liberal məzənnə siyasətinə keçə bilər. Mövcud cari tələbi ödəyib üzən məzənnə siyasətinə keçərsə, kursu müəyyən qədər optimallaşdıra bilər. Bununla daha az itkilərə liberal məzənnə keçmək və real sektorun mərhələli canlandırılmasına nail olmaq olar.

- Liberal məzənnə siyasətə keçiləndən sonra məzənnə dəyişikliyinin mənfi sosial tərəflərini necə minimumlaşdırmaq olar?

- Təklif edirəm ki, əgər Azərbaycan liberal məzənnə siyasətinə keçərsə, kompensasiya və ya subsidiya mexanizmi tətbiq etməlidir. Əvvəla, dollarla krediti olanlara kompensasiya verilməlidir. Milli valyutanın dəyər itirməsi dollarla krediti olanlara kompensasiyanın verilməsini bir daha gündəmə gətirir. Mərkəzi Bankın, Maliyyə Nazirliyinin bu təklifə qarşı çıxmasına baxmayaraq, liberal məzənnə siyasətinə keçiləcəyi halda, kompensasiyaların verilməsi qaçılmazdır. Əks halda vətəndaşların kreditləri ödəməsi ciddi problem olacaq, problemli kreditlərin həcmi kəskin şəkildə artacaq. Dollar krediti olanlara kompensasiyanın verilməsi liberal məzənnə siyasətinə keçiləcəyi halda, artıq qaçılmazdır. Hökumət də bunu həyata keçirməlidir ki, yeni məzənnə siyasətinin vətəndaşlara mənfi təsiri olmasın. İstehlak mallarının xüsusən də ərzaq məhsullarının qiymət artımlarının baş verməməsi üçün idxalla məşğul olan şirkətlərə həmin idxal yerli istehsal hesabina əvəzlənənədək subsidiyaların verilməsinə ehtiyac var. Bu da nəticə etibarilə həmin idxalçı şirkətlərin xərclərin bir hissəsinin qarşılanmasına və qiymət artımının qarşısının alınmasına gətirib çıxara bilər. Büdcədə sosial olmayan xərclərin optimallaşdırılması yolu ilə bunun maliyyə mənbəsi formalaşdırmaq mümkündür.//millixeber.com

Xəbərlər     Baxılıb: 10459   Tarix: 14 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Tromb ola biləcəyini göstərən əsas narahatedici ƏLAMƏTLƏR

Trombozun simptomları qəfil ortaya çıxa və ya zəif şəkildə hiss oluna bilər. Tromboz qan damarında trombun (qan laxtasının) əmələ gəlməsidir. xəbər verir ki, tromb sıx bir laxtadır və o, qan damarını qismən yaxud tam şəkild

.

Virusların yayılması artır - Həkim xəbərdarlıq etdi

Hava temperaturunun kəskin dəyişdiyi bu dövrlərdə immun sistemi zəifləyən insanlarda virusların yayılması sürətlənir. Qapalı məkanlarda daha çox vaxt keçirilməsi və kifayət qədər havalandırmanın olmaması isə bu xəstəlikləri

.

Bu vərdişləriniz varsa, arıqlaya bilməyəcəksiz

Arıqlamaq, artıq çəkidən xilas olmaq üçün saatlarla idman zalında vaxt keçirmək əlbəttə ki, pis deyil. Amma bəzi halda bu da sizə kömək etmir. Kişilər arıqlamaq üçün bir neçə vərdişlərini də unutmalıdır. 1. Yedikləriniz

.

Bu suyu içmək məsləhət deyil: tərkibində zərərli bakteriyalar ola bilər

Əgər bir stəkan su uzun müddət masa üzərində qalırsa, onu içməmək daha yaxşıdır. xarici mediaya istinadən xəbər verir ki, masada qalan su təhlükəsiz kimi görünsə də, bir neçə saatdan sonra onun tərkibi dəyişə bilər. Dietoloqla

.

"Gərəksiz" deyilən həmin orqan xərçənglə mübarizə aparırmış: Faydasızdır deyib əməliyyatla götürürdülər

Alimlər uzun illərdir böyüklərdə funksiyasını böyük ölçüdə itirdiyi düşünülən timus vəzisinin, əslində immun sistemini dəstəkləyərək xərçənglə mübarizədə və ürək sağlığında mühüm rol oynadığını sübut ediblər.  xəbər veri

.

Səhər və axşam fərq etmədən zəhər istehlak edirik

Fransa Milli Qida Təhlükəsizliyi Agentliyinin (Anses) apardığı son araşdırmalar qidalarımızdakı qorxulu mənzərəni ortaya qoyub. Təhlil edilən 700 birləşmədən 250-dən çoxunun sağlamlıq üçün ciddi risk daşıdığı məlum olub

.

Sağlam beyin üçün səhər rutini - Oyanan kimi edin

Gündəlik vərdişlər beynin fəaliyyətinə ciddi təsir göstərir. xəbər verir ki, həm gənc yaşlarda, həm də irəliləyən dövrdə sağlam və güclü beyin üçün düzgün addımlar atmaq vacibdir:. Bir stəkan su için: Orqanizmin və beyni

.

Allergiya mövsümü başladı: Gözlərinizin qorunma yolları

Bir çox insan qaşınma, sulu gözlər, qızartı və göz qapaqlarının şişkinliyini mövsümi reaksiya kimi qəbul edir, lakin bu, həm də infeksiya ola bilər. xəbər verir ki, bunu rusiyalı həkim Karina Kozina yerli KİV-ə açıqlamasınd

.

Qatıq yeməyin də saatı varmış: Faydası qat-qat artır

Qatıq istehlakının faydası yalnız onun tərkibindən deyil, həm də nə vaxt yeyildiyindən asılıdır. Araşdırmalar göstərir ki, düzgün zamanda yeyilən qatıq həzmdən enerjiyə qədər bədəndə mühüm fərqlər yaradır.  xəbər verir ki

turlar.az

geyim dəbləri geyim seçimi gozel gorunmek şir bürcü vətən haqqında atalar sözləri dibcekler fitnes klubu kosmetika maraqli hakistalar bayatılar paxlava novruz bayramı haxışta rus dili 2ci ders