İnsan beyni mühitdə hərəkəti süni intellektdən daha yaxşı qavrayır - TƏDQİQAT

İnsan beyni mühitdə hərəkəti süni intellektdən daha yaxşı qavrayır - TƏDQİQATYeni tədqiqat insan beyninin vizual mühitlərdə avtomatik olaraq mümkün fiziki fəaliyyətləri necə müəyyənləşdirdiyini üzə çıxarıb və bu sahədə süni intellektin hələ də insan qabiliyyətinə çatmadığını göstərib. Amsterdam Universitetinin hesablama üzrə nevroloqu İris Qroen və onun rəhbərlik etdiyi qrup beynimizin ətraf mühitdəki mümkün hərəkətləri şüuraltı səviyyədə necə qiymətləndirdiyini araşdırıb. Tədqiqatçı Klemens Bartnikin də qatıldığı bu iş insanın müxtəlif vizual səhnələrə baxaraq həmin mühitdə hərəkət imkanlarını necə dərhal qavradığını ortaya qoyub.
AZƏRTAC "Science Daily" portalına istinadla xəbər verir ki, tədqiqat zamanı iştirakçılar maqnit-rezonans tomoqrafiya (MRT) cihazına yerləşdirilərək müxtəlif açıq və qapalı məkanların fotolarına baxıblar. Paralel şəkildə onların beyin fəaliyyətləri qeydə alınıb.
Qroen bildirir ki, məqsəd yalnız görüntüdəki obyektlərin və rənglərin deyil, eyni zamanda mühitlə fiziki qarşılıqlı təsirin, yəni hərəkət imkanlarının (üzmək, velosiped sürmək, dağ cığırında gəzmək) beyində necə təmsil olunduğunu aşkara çıxarmaq olub. Araşdırma nəticəsində müəyyən edilib ki, vizual korteksin bəzi hissələri yalnız görünən obyektlərə deyil, həm də mühitdə edilə biləcək hərəkətlərə reaksiya verir. Maraqlısı budur ki, bu aktivlik iştirakçılara konkret təlimat verməsə də avtomatik şəkildə baş verir.
Tədqiqatçılar "ChatGPT" və digər süni intellekt modellərinin bu cür fəaliyyət imkanlarını da müqayisə ediblər. Nəticələr göstərib ki, AI modelləri bu sahədə insan beyninə yaxınlaşa bilmir. Xüsusi şəkildə hərəkəttanıma üçün təlim görsələr belə süni intellekt insan beyninin təbii reaksiyalarına uyğun gəlmir.
Qroen qeyd edir: "Hətta ən qabaqcıl AI sistemləri belə, insan üçün intuitiv və sadə olan bir mühiti düzgün qiymətləndirməkdə çətinlik çəkir. Bu da sübut edir ki, insan qavrayışı dünyanı bədənimizdəki fiziki qarşılıqlı əlaqə yolu ilə başa düşür. Süni intellekt isə bu bacarığa malik deyil, çünki onun təməli yalnız kompüter hesablamalarına əsaslanır".
Tədqiqat insan beyni haqqında bu biliklərin süni intellekt sistemlərinə inteqrasiya olunmasının mümkün faydalarına da işarə edir. Qroen bildirir ki, xüsusilə səhiyyə və robot texnikası kimi sahələrdə, AI-nin yalnız vizual məlumatı deyil, həm də fiziki mühitdə mümkün hərəkətləri anlama bacarığı kritik əhəmiyyət daşıyır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1050   Tarix: 01 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

donlar 2026 sade makiyaj sekilleri gelinlikler testlər xarici seks dəri xəstəlikləri seksual qadinlar kosmetika əqrəb sanama ana haqqinda bayati yemek reseptleri sac modelleri